
Bu gün Sumqayıtda 3x3 basketbol üzrə Dünya Seriyasının növbəti mərhələsinə start veriləcək.
Sumqayit.tv xəbər verir ki, turnirdə Azərbaycanın təmsilçiləri olan "Neftçi SOCAR" komandası və Azərbaycan millisi mübarizə aparacaq.
Azərbaycan yığması yarışa seçmə mərhələdən başlayacaq. Komanda A qrupunda ilk oyununu saat 10:00-da Tailanda qarşı keçirəcək. Millimiz qrupdakı ikinci görüşündə isə saat 10:50-də Litva ilə üz-üzə gələcək.
"Neftçi SOCAR" isə əsas mərhələnin A qrupunda çıxış edəcək. Komanda saat 16:05-də Çinin "Yanjing" klubu, saat 17:55-də isə Çin millisi ilə qarşılaşacaq.
Qeyd edək ki, 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsi iyunun 21-də başa çatacaq.
Bu gün, 14:50
8