Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

 
Aşura günü münasibətilə Sumqayıt, Bakı və Abşeron ərazisində qanvermə aksiyaları təşkil olunacaq.

Sumqayit.tv xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) məlumat yayıb.

Məlumata görə, məhərrəmlik dövrünün mühüm tədbirlərindən biri olan Aşura günü qanvermə aksiyası Kərbəla şəhidlərinin xatirəsinə keçirilir. Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə reallaşdırılan aksiya illərdir davam etdirilir və geniş ictimai dəstək qazanıb.

Sumqayıt, Bakı və Abşeron üzrə qanvermə aksiyasının keçiriləcəyi ünvanlar aşağıdakılardır:

Sumqayıt

  • "Cümə" məscidi

Bakı

  • Xəzər rayonu – Mirmövsüm Ağa Ziyarətgahı
  • Nəsimi rayonu – Əjdərbəy məscidi (Göy məscid)
  • Nizami rayonu – "Sahib-əz-Zaman" məscidi
  • Nizami rayonu – "Şah Abbas" məscidi
  • Səbail rayonu – "Bibiheybət" məscid ziyarətgahı
  • Sabunçu rayonu – "İmam-Rza" məscidi
  • Suraxanı rayonu – "Qaraçuxur" məscidi
  • Yasamal rayonu – "Təzə Pir" məscidi
  • Yasamal rayonu – Azərbaycan İlahiyyat İnstitutu
  • Binəqədi rayonu – Cümə məscidi
  • Binəqədi rayonu – "İmam Əli" məscidi

QMİ və Səhiyyə Nazirliyi vətəndaşları qanvermə aksiyasında fəal iştirak etməyə çağırır. Bildirilir ki, verilən hər bir qan nümunəsi talassemiya, hemofiliya və digər xəstəliklərdən əziyyət çəkən insanların həyatının xilas edilməsinə mühüm töhfə verir.


19-06-2026, 15:19 100

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102