Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Xocavənd rayon Əmirallar kənd tam orta məktəbinin sabiq direktoru Mərkəz Hüseynov məhkəmə tərəfindən təqsirli bilinib.

Sumqayit.tv xəbər verir ki, "Qafqazinfo"nun yaydığı məlumata görə, Sumqayıtda məskunlaşmış məktəb direktorunun 2023-cü ilədək ümumilikdə 71 min 301 manat büdcə vəsaitini mənimsədiyi müəyyən edilib.

İstintaqla məlum olub ki, Mərkəz Hüseynov işə çıxmayan müəllimlərin əməkhaqqı kartlarını özündə saxlayaraq həmin vəsaitləri nağdlaşdırıb. Bundan əlavə, evdə təhsilə cəlb edilən müəllimlər üçün ayrılan ödənişləri də mənimsədiyi bildirilib.

Onun barəsində Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Məlumata görə, təqsirləndirilən şəxs istintaq dövründə dövlət büdcəsinə vurulmuş zərərin bir hissəsini ödəyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mərkəz Hüseynov qeyd olunan maddələr üzrə təqsirli bilinib. Ona sınaq müddəti təyin edilməklə şərti cəza verilib.


Bu gün, 15:45 10

Digər xəbərlər

Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

Sumqayıtda bıçaqlanma: Yaralının son durumu ilə bağlı AÇIQLAMA-VİDEO

İki xain aqressorun xəyanət günü – milyonlarla insanın qiyamət günü

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 15:47
Bu gün, 15:45
Bu gün, 15:23
Bu gün, 15:21
Bu gün, 13:08
Bu gün, 10:05
Bu gün, 09:53
Bu gün, 09:44
Bu gün, 09:11
Bu gün, 09:03
Dünən, 20:56
Dünən, 20:53
Dünən, 17:20
Dünən, 16:12
Dünən, 16:06
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:21
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 09:45
Dünən, 08:55
Dünən, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
19-06-2026, 10:16
18-06-2026, 23:25
1 2 3 4 5 6 7 8 9 10 ... 1066