Tramp dünyanın sevdiyi o qadını niyə yalvardıb? – Gərginliyin pərdəarxası

ABŞ Prezidenti Donald Tramp İtaliyanın La7 televiziyasına müsahibəsində bu ölkənin baş naziri Ciorciya Meloni ilə bağlı səsləndirdiyi fikirlər ölkələr arasında diplomatik gərginliyə səbəb olub. Onun G7 sammitində Meloninin onunla şəkil çəkdirmək istədiyini və buna razılıq vermədiyini bildirməsi İtaliyada sərt reaksiyalarla qarşılanıb. Rəsmi Roma bu açıqlamaları təhqiredici kimi qiymətləndirib, ölkənin xarici işlər naziri isə Vaşinqtona planlaşdırılan səfərini təxirə salıb.

Tramp dünyanın rəğbət bəslədiyi bu qadını niyə yalvartdığı deyib? Bu açıqlama diplomatik münasibətlərdə yeni gərginlik yarada bilərmi?

Globalinfo.az-a danışan politoloq Elçin Abdullayevin fikrincə, bu cür söz atışmaları dövlətlərarası münasibətlərdə, xüsusilə də diplomatik etika və milli qürur müstəvisində müəyyən gərginliyə səbəb ola bilər:

“Ümumiyyətlə, diqqət etsək, Donald Trampın ritorikası hər zaman qeyri-rəsmi üslubu və şəxsi nüfuzunu ön plana çıxarmağa hesablanıb. Bu baxımdan onun Ciorcia Meloniyə ünvanladığı ifadələr də daha çox şəxsi siyasi imicinə xidmət edən açıqlama kimi qiymətləndirilə bilər. Lakin Trampın bu bəyanatının ABŞ-da necə qarşılanmasından asılı olmayaraq, hesab edirəm ki, Roma üçün bu, sıradan bir məsələ deyil. İtaliya cəmiyyətində belə açıqlamalar dövlətin və onun liderinin nüfuzuna yönəlmiş hörmətsizlik kimi qəbul oluna bilər”.

Politoloq bildirib ki, Trampın bəyanatı bir neçə istiqamətdə ABŞ-İtaliya münasibətlərə mənfi təsir göstərə bilər:

“İlk növbədə, bu, diplomatik etika baxımından müəyyən narazılıq yarada bilər. İkinci istiqamət isə İtaliyanın daxili siyasəti ilə bağlıdır. İtaliya ictimaiyyəti bunu ölkənin daxili siyasi proseslərinə təsir göstərmək cəhdi kimi də qiymətləndirə bilər. Məlumdur ki, Meloni İtaliyada milli maraqları ön planda saxlayan siyasi lider kimi tanınır.

elcin abdullayev

Elçin Abdullayev

Baş nazir olduğu gündən etibarən o, ölkəsinin maraqlarını beynəlxalq platformalarda qətiyyətlə müdafiə edən siyasətçi obrazı formalaşdırıb. Bu səbəbdən Trampın belə bir açıqlaması Meloninin daxili auditoriya qarşısında zəif göstərilməsi cəhdi kimi də qiymətləndirilə bilər. Hesab edirəm ki, məhz buna görə də Romanın bu məsələdə geri addım atması ehtimalı yüksək deyil”.

E.Abdullayev deyib ki, İtaliya iləAmerika həm NATO, həm də G7 çərçivəsində strateji müttəfiqdir:

“Lakin bu cür bəyanatlar, şübhəsiz ki, müttəfiqlər arasında uzun illər ərzində formalaşmış qarşılıqlı etimadı zəiflədən amillərdən biri ola bilər. Əgər Vaşinqton tərəfindən vəziyyətin yumşaldılması istiqamətində hər hansı izahat və ya diplomatik addım atılmasa, müəyyən müddət ərzində iki ölkə arasında ikitərəfli layihələrin və əməkdaşlıq mexanizmlərinin həyata keçirilməsinə mənfi təsir göstərə bilər. Nəticə etibarilə, hesab etmirəm ki, Donald Trampın bu məsuliyyətsiz bəyanatı ABŞ ilə İtaliya arasında uzunmüddətli strateji münasibətlərin pozulmasına səbəb olacaq. Düşünürəm ki, bu açıqlama qısamüddətli diplomatik gərginlik yarada və münasibətlərin müəyyən qədər soyumasına təkan verə bilər. Amma strateji baxımdan iki dövlət arasında mövcud müttəfiqlik münasibətlərinin uzun müddətə zədələnəcəyi ehtimalı yüksək deyil”.

Zaira Akifqızı
Globalinfo.az


22-06-2026, 08:50 64

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102