Bakıda nəqliyyatın tənzimlənməsi ilə bağlı operativ qrupun yaradılmasına qərar verildi




Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, Baş Dövlət Yol Polisi İdarəsi, Bakı şəhər Dövlət Yol Polis İdarəsi, Bakı şəhəri İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyi, Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, "Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC-nin nümayəndələrinin iştirak etdiyi tədbirdə Bakı şəhərində yol-nəqliyyat infrastrukturunun inkişafı məqsədi ilə hazırlanan layihələrin ekspertiza rəylərinə dair fikir mübadiləsi aparılıb.Tədbir 14 oktyabr tarixində Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun sədrliyi ilə Bakı şəhərində nəqliyyatın vəziyyətinə dair keçirilən işçi müşavirəsi zamanı verilmiş tapşırıqların icra vəziyyəti ilə bağlı keçirilib.
Bildirilib ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən yol infrastrukturu layihələrinə rəy verilərkən sahəcə böyük yaşıllıqların, paytaxtın iqlimi üçün qiymətli ağacların qorunmasına xüsusi önəm verilir və son illərdə Bakı şəhəri üzrə bir sıra ünvanlarda – Azadlıq prospekti ilə Əcəmi Naxçıvani küçəsinin kəsişməsində, Akademik Ziya Bünyadov prospekti, 9 saylı Bakı Peşə Liseyinin yaxınlığında, Heydər Əliyev Beynəlxalq hava Limanı – Mərdəkan dairəsi – Bilgəh avtomobil yolu, Atçılıq sovxozunun yaxılığında, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci kilometrliyində və digər ərazilərdə yerüstü piyada keçidlərinin tikintisinə müsbət rəy verilib. Həmçinin, bəzi ərazilərdə yerüstü piyada keçidinin baş planına baxılıb və layihə sənədlərinin təqdim edilməsindən sonra rəy verilməsi məsələsinə baxılacaq.
Bundan əlavə, Babək prospektindən Bəkir Çobanzadə küçəsinə, M.Mehdizadə ilə S.Orucov küçələrindən Yusif Səfərov küçəsinə rahat hərəkətin təmin edilməsi, həmçinin Xətai metrostansiyasından N.Rəfiyev küçəsinə sağ istiqamətdə daimi döngənin yaradılması ilə bağlı yaşıllıqların köçürülərək yolun genişləndirilməsi layihələrinə ekoloji ekspertiza rəyi verilib.Tədbirdə həmçinin yol hərəkətinin təhlükəsizliyinə ciddi şəkildə mane olan yaşıllıqların götürülməsi, xüsusilə də yol-hərəkət nişanlarının görünməsini əngəlləyən ağac və kolların budanması, bu sahədə ictimaiyyətin maarifləndirilməsi və başqa məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda Bakı şəhərində avtomobil nəqliyyatının fəaliyyəti ilə bağlı mövcud problemlərin operativ həlli ilə bağlı iştirakçı qurumların nümayəndələrindən ibarət operativ qrupun yaradılmasına qərar verilib. Qrup vasitəsilə Bakı şəhərində avtomobil nəqliyyatının fəaliyyətinə maneə yaradan, tıxac, qəza, bədbəxt hadisə və sair olaylara səbəb ola biləcək yaşıllıqların götrülməsi və budanması üzrə operativ, təxirəsalınmaz və nəticəyönümlü tədbirlər həyata keçiriləcək.

21-10-2022, 17:00 157

Digər xəbərlər

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Bu gün, 15:01
Bu gün, 11:17
Bu gün, 11:05
Bu gün, 10:40
Bu gün, 07:41
Dünən, 22:31
Dünən, 21:20
Dünən, 20:30
Dünən, 12:19
Dünən, 10:17
Dünən, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
1 2 3 4 5 6 7 8 9 10 ... 1059