Yaddaşsızlıqla bağlı mütəxəssislərdən fərqli rəy


Son günlər xüsusəndə yetkinlik yaşına çatmayan uşaqlarda və gənclərdə yaddaşsızlıq problemi ilə bağlı ciddi narahatlıqlar meydana gəlib.
Bəzi ekspertlər və mütəxəssislər hesab edirlər ki, burda əsasən qidanın keyfiyyətsizliyi, internetdən asılılıq və s. amillərin rolu böyükdür.
Redaksiyamıza daxil olan müraciətlər əsasında Sumqayit.tv olaraq yeniyetmə çağlarını yaşayanlarda yaddaşsızlığın meydana gəlmə səbəblərinin və çıxiş yollarının nədən ibarətdir olması ilə bağlı məsələyə aydınliq gətirmək üçün bu sahənin mütəxəssislərinə müraciət etmək qərarına gəldik.
Həkim-psixoloq Gülər Məmmədovaya görə insan hafizəsi mütəmadi nəzarətdə saxlanılmalıdır. "Zəmanəmizdə insan hafizəsi o qədər informasiyanı qəbul edir ki, bunlar da çox ağır proseslərdir. Bu səbəbdən də insanlar bu gün ətrafdan rəngarəng informasiya qəbul edirlər və bir çoxu onların psixikasında neqativ hallar yaradır. Adi biz hər hansısa bir informasiyanı axtaranda onunla yanaşı minlərlə yeni informasiyalar almış oluruq. Bu da diqqətin idarə olunmasında problemlər yaradır". 

İnsanların bu gün hafizəsinin, yaddaşının zəifləməsinə səbəb onu düzgün idarə edə bilməmələridir. İnsanlar bu gün yaddaşların gərəksiz informasiyalar ilə doldurur, nəinki, lazımlı informasiyalar. Onlar beyin gimnastikası ilə məşğul olmurlar. Biz beynimizlə hərəkətə keçirik, təfəkkürümüzlə düşünürük, qavrayırıq, diqqətimiz ilə hər şeyə nəzər edirik. Əsas da hafizəmizlə bunların hər birini yadda saxlayırıq. Məhz hafizədə gedən proseslər zamanı biz kənardan rəngli-rəngli informasiyaların hifz olunmasına təkan veririk. Dediyim kimi tövsiyəm odur ki, insanlar beyin gimnastikası etsinlər, hafizələrini gərəksiz və yersiz informasiyalar ilə doldurmasınlar. Çünki bununla onlar fərqində olmadan beyinlərini yorurlar.
"Ümid" kilinikasının əməkdaşı, NAT MASTER, şüuraltı dəyişim ustası  Qərənfil Ağalarova isə 
hafizənin zəifləməsinin əsasən ana və atanın travmalarıyla sıx bağlı olduğu qənaətindədir.  "Bu travmalardan yaranan duyğuların epigenetik ötürülməsi sayəsində olur. Bir evdən ayrılmaq, şəhərdən ayrılmaq, sevdiyi insanlardan və ya əşyalardan ayrılmaq kimi hallar özü travmalara yol açir. Bütün bunlar hətta, valideynlərdə belə kiçik yaşlarından iz qoyur və övlada ötürülür". Yaranmış vəziyyətdə çıxış yolları ailənin bütün üzvləri ilə terapiyadır. Bunun üçün ailələr maarifləndirilməlidir. Ananın ya da atanın yaşadığı travmaların hansı xəstəliklərə səbəb olduğu barədə maarifləndirici seminarlar təşkil etmək, bukletlər hazırlayıb həkim ginekoloqlara vermək lazımdır ki, pasientlərinə paylasınlar. Çünki hər evdə hamilə qadına davranış mühümdür. Hər kəs övladının sağlamlığını istəyirsə, uşağı daşıyan ananın yaşadıqlarına diqqət etməlidir. Heç bir uşaq xəstə doğulmamalıdır. Onu xəstə edən anaya yaşadılanlardır. Siz hafizə itkisi deyirsiniz lakin 4-5 yaşında danışmayan uşaqlarla bağlı da çox müraciət olunur. Bu da ananın yaşadıqlarına bağlıdır. Ekspertlərin dediyin də də həqiqətən var, lakin dediyim kimi valideynlərin psixoloji vəziyyəti uşaqlar üçün daha əhəmiyyətlidir. Bu səbəbdən bizim klinikaya uşaqlarla bağlı müraciət olunduğu zaman, öncə  ana və atanın özünü tələb edirik ki, onlar terapiyadan keçsinlər. Əgər, valideyinlərin üzərindən travmalar qaldırilarsa, uşaqlarda belə hallar meydana gəlməz.
Müxbir: Şəbnəm MƏŞİYEVA


22-10-2022, 17:00 999

Digər xəbərlər

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 13:50
Dünən, 11:03
Dünən, 10:51
20-10-2025, 23:57
20-10-2025, 21:42
20-10-2025, 17:51
20-10-2025, 12:16
20-10-2025, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 972