Sürət qatarı ilə bağlı baş verən qəzalar niyə təkrarlanır ? – EKSPERT RƏYİ


Xəbər verdiyimiz kimi, dünən Sumqayıt-Bakı sürət qatarı qəza törədib. Hadisə Novxanı stansiyasına yaxın ərazidə baş verib. Sürət qatarı yolu keçmək istəyən 1960-cı il doğumlu Hüseynova Kəmalə Heydər qızını vurub. Nəticədə qatar fasilə verməli olub. Hadisə nəticəsində qadının şok vəziyyətinə düşdüyü bildirilir. 

Bəs, bu cür halların vaxtaşırı təkrarlanması nə ilə bağlıdı ? Problemin aradan qaldırılması üçün hansı tədbirlər görülsə, effektli olar. Bu haqda nəqliyyat eksperti Ərşad Hüseynovun fikirlərini öyrəndik: “Hər bir hadisə ayrıca təhlil olunmalıdır,  hüquqi qiymət verilməlidir. Mən ümumi qiymət verəcəm, sırf bu hadisə ətrafında rəy vermirəm. Bizim yol hərəkəti qaydaları var. Üstəlik, qatarların təhlükəsiz hərəkəti və istismarı ilə bağlı qaydalar var. Burda daha çox yol hərəkət qaydaları önə çəkilməlidi. Söhbət piyadaların və avtomobillərin dəmiryolundan keçməsindən gedir. Yol hərəkəti qaydalarına əsasən piyadaların dəmiryol xəttini piyada keçidi olmayan yerdən keçməsi birmənalı olaraq qadağandır. Heç bir halda, keçid yoxdusa, piyadalar və avtomobillər dəmiryolundan keçməməlidir.   Özü də yol hərəkəti qaydaları avtomobillər, velosipedlər üçündür. Yəni qatarın dayanıb hansısa nəqliyyat vasitəsinə, piyadaya yol verməsi qanunda yoxdu və ya qatarın gözləyib kiməsə güzəşt etməsi deyə bir qayda yoxdu. Təhlükə varsa, maşinist sürəti azaltmalıdı, əgər əyləci basmaq uyğundusa, onu icra etməlidi. Amma qatarın dayanması üçün  uzun məsafə və vaxt lazımdı. Relsdən çıxa bilər, təhlükə olar. Qatarlar keçən yaşayış ərazilərində müxtəlif təhlükəsizlik tədbirləri görülməlidi. Birinci, maarifləndirmə aparılmalıdır ki, qatar avtomobil deyil. O   avtomobil kimi səni görəndə tormozlayıb dayana bilməz. Qatar gəldiyi sürətlə səni vura bilər. Çünki onun tormozlanması tamam başqa mexanizmlə baş verir. Onun qarşısına çıxmaq çox təhlükəlidi. İkinci, keçid olmayan yerdən qatar yoluna yaxınlaşmaq olmaz, birmənalı olaraq qatara üstünlük verilir və s. Üçüncüsü, qatarın keçdiyi yaşayış məntəqələrinin yanında belə riskli məkanlar varsa, orda müxtəlif təhlükəsizlik tədbirləri görülə bilər. Daha çox insanın keçdiyi yerdə yerüstü piyada keçidi tikilə bilər. Avtomobil yollarının üstündən fərqli olaraq, dəmiryollarının üstündən keçid tikmək də ucuz başa gəlir. Çünki dəmiryolunun eni daha kiçikdi. Bəzən avtomobil yolunun eni 30 metrə qədər olur. Hər yerdə də keçid olmaz. Xüsusi ehtiyac olan və piyada axınları çox olan yerlərdə yürüstü keçid olmalıdı. Digər yollarda isə dəmiryol xəttinin kənarlarına çəpərlər çəkmək olar ki, insanlar qatar yoluna girməsin. Bir də məskunlaşma ilə bağlı problem varsa, deyək ki, qatar kiminsə evinin yanından keçir. Orda da mühafizə tədbirləri görülməlidir ki, qatar yoluna çıxılmasın”. 


25-10-2022, 17:29 287

Digər xəbərlər

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

Sumqayıtın 45-ci məhəlləsində yeni quraşdırılan yelləncəklər yararsız hala salınıb - VİDEO

Sumqayıtda ilk dəfə paraüzgüçülük üzrə Azərbaycan çempionatı keçiriləcək

Sumqayıtda istehsal olunan karbamidin ixracı azalıb

Sarıqayada silah-sursat aşkar edilib

İzmirdə Milli Qurtuluş Günü və Şuşa Bəyannaməsi qeyd olundu - FOTOLAR

Sumqayıtda oğurluq edən qadın polisə yaxalandı

1 2 3 4 5 6 7 8 9 10 ... 1064
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
13-06-2026, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
1 2 3 4 5 6 7 8 9 10 ... 1064