"Azərbaycan və Bolqarıstan əlaqələri bundan sonra daha da inkişaf edəcək" - POLİTOLOQ ŞƏRH ETDİ


“Öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan və Bolqarıstan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. 31 il əvvəl qurulan münasibətlərin tarixinə baxsaq görərik ki, Azərbaycan-Bolqarıstan əlaqələri bir sıra sahələr-siyasi, iqtisadi, enerji, mədəni istiqamətlərdə inkişaf edib”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.
Onun sözlərinə görə, bu münasibətlərin yüksək səviyyəyə qalxması isə əsasən Azərbaycan Prezidentinin 2015-ci ildə Sofiyaya rəsmi səfəri zamanı Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalanması ilə daha yüksək dinamika halına gətirildi: “Mühüm əhəmiyyət daşıyan məlum sənəd, tərəflərə həm ikitərəfli formatda, həm də beynəlxalq miqyasda əməkdaşlığı genişləndirmək imkanları açmış oldu. Birgə Bəyannamənin nəticəsi olaraq Bakı ilə Sofiya arasında Strateji Dialoq adı altında iki dəfə iclas keçirilib, dövlət və hökumət nümayəndələrinin intensiv səfərləri baş tutub.
O cümlədən, ötən ay ölkəmizə səfərə gələn Bolqarıstan prezidenti Rumen Radevinin, bu gün isə Azərbaycan liderinin Sofiyaya səfərini iki ölkə arasında yaranmış xoş münasibətlərin təzahürü kimi qiymətləndirmək olar. Ümumiyyətlə bilirik ki, son illər Rusiya-Ukrayna müharibəsinin fonunda dünya o cümlədən də Avropa enerji böhranı yaşamaqdadir”.



Politoloq sözlərinə davam edərək bildirib ki, belə olan halda Azərbaycanın dəyəri və çəkisi dünya dövlətləri, eyni zamanda “köhnə qitə” ölkələri üçün əhəmiyyətli dərəcədə artmış oldu: “O cümlədən, balkan ölkəsi olan Bolqarıstan üçün də vəziyyət belədir. Danılmaz faktdır ki, Azərbaycanın enerji təminatında mühüm rol oynaması, xarici siyasətimizin prioritet istiqamətlərdən birinə çevrilib. Bu da Avropanın Azərbaycanla əməkdaşlığa marağını artırmış olur.
Ölkəmizin enerji bazarında əhəmiyyətli rol oynaması, ondan xəbər verir ki, nəinki, təkcə Azərbaycan-Bolqarıstan münasibətləri eyni zamanda, Azərbaycanın digər Avropa ölkələri ilə də əlaqələri bundan sonra daha da genişlənəcək və inkişaf edəcək. Bu isə ondan xəbər verir ki, Avropanın enerjiyə olan ehtiyacı, Bakıya imkan verəcək ki, hələ də bəzi xarici qüvvələrin Qarabağ üzərində oynadıqları oyunu poza bilsin”.
Müəllif: Ləman Əlizadə

25-04-2023, 16:33 140

Digər xəbərlər

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

SDU-da 45 il çalışan müəllim dünyasını dəyişib

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 22:30
Bu gün, 19:36
Bu gün, 18:39
Bu gün, 17:32
Bu gün, 16:11
Bu gün, 16:10
Bu gün, 16:05
Bu gün, 15:20
Bu gün, 14:57
Bu gün, 13:15
Bu gün, 11:46
Bu gün, 11:40
Bu gün, 11:27
Bu gün, 11:19
Bu gün, 09:24
Dünən, 20:32
Dünən, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
20-08-2026, 10:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102