Körpələrin gözü önündə narkomanlar iynə vurur – Dəhşət yuvasından REPORTAJ


İşığın altında biri digərinə iynə vurur. Bu vəziyyətdə uşaq böyütmək nə qədər çətin olduğunu şərh etmək belə çətindir mənə.
"Uşaqlarımızın da, özümüzün də həyatı təhlükədədir. Hər gün səhər saatlarında uşaqlar evdən çıxmadan öncə pilləkənlərdə, boş otaqların girişində olan şpris və iynələri toplayıram ki, onlar bu iyrənc mənzərəni  görməsin. Hər yer təhlükə saçır".
Lent.az-ın əməkdaşına həyəcanla bu sözləri deyən Elnarə Hüseynova bildirir ki, sakini olduğu 10 saylı Sumqayıt peşə məktəbinin binasının həm qəzalı vəziyyətdə olmasından, həm də narkotik istifadəçilərinin “isti yuvasına” çevrilməsindən narahatdır. O, bu narahatlığında tək deyil. Əslən Füzulinin Horadiz qəsəbəsindən olan 8 ailə 1992-ci ildən həmin yaşayışa yararsız binada məskunlaşıb. Ümumilikdə 32 nəfərlik 8 ailə bu uçuq-sökük, özlərinin dediyinə görə “narkomanların yuva saldığı” bu binada yaşamağa məcburdur. 

Sakinlər deyirlər ki, əvvəllər burada yaşayan məcburi köçkünlərin sayı daha artıq olub. 2019-cu ildə 96 ailə binadan köçürülsə də, onların sənədləri qaydasında olmadığına görə, köçürülmənin ikinci mərhələsinə qaldıqları bildirilib.  
Həmin binaya baş çəkən saytımızın əməkdaşı sakinlərin acınacaqlı yaşayışına şahid olub.

Bina normal həyat üçün yararsız halda, tullantılar, zir-zibillərlə dolu vəziyyətdədir.  Antisanitariya baş götürüb gedir. 
Yarımdağılmış pilləkənlər binanın sakinlər yaşayan mərtəbəsinə aparır. Uçuq-sökük, tullantılarla dolu qaranlıq dəhliz adamı vahimələndirir. Dəhlizdə sıra ilə düzülmüş qapıların hamısı bağlıdır, amma bəzi otaqlarda işığın yandığı sezilir. 
Sakinlər bütün qapıların niyə bağlı olduğu sualına belə cavab verirlər: “Narkomanlardan qorunmaq üçün məcburuq”.
Həmin binanın sakini Rima Hüseynova deyir ki, narkotik istifadəçiləri ilə illərdir “qonşuluq” edirlər. 
“Hərdən səmimi söhbətlərimiz də olur onlarla. Deyir, məndən niyə qorxursunuz? Başa sala bilmirik ki, narkomansınız, günlərlə özünüzdə olmursunuz. Belə olan vəziyyətlərdə bilmirik binanın başımıza uçub dağılan divarlarından qorunaq, yoxsa narkomanlardan. Gecənin bir yarısı bir də görürük divarın o tayında qırğındır. Hərdən “hallı qonşularımız” yola getmir, öz aralarında dalaşırlar”. 

Elnurə İsayevanın 3 qızı var. Övladlarının böyüyü artıq orta məktəbin sonuncu sinfindədir, repetitor yanına hazırlıqlara gedir. Deyir ki, hər yerə övladları ilə birgə gedib-gəlməyə məcburdur. Kiçik övladını evin önünə belə tək buraxa bilmir. 

“Hər yerə müraciət etmişik, bizə başqa yerdə ev lazım deyil. Öz rayonumuzdan daxma tikib versinlər, yığışıb gedək. Artıq yorulmuşam narkomanlarla mübarizə aparmaqdan. Qarşıdan soyuq aylar gəlir. Bir azdan qızınmaq üçün otaqlarda ocaq qalayacaqlar. Belə olan halda qorxuram ki, mənim evimə də yanğın keçəcək. Ona görə tez vedrələrlə su daşıyıb söndürürəm qaladıqları ocağı. Hazırda hava yağışlıdır. Çöldə yağış bir gün yağırsa, bizim evimizdə 3 gün davam edir. Betonların arasına dolan yağış suyu hələ neçə gün başımıza damcılayacaq. Betonlar uçub başımıza tökülür. Hərtərəfli təhlükədəyik. Uşaqları çörək almağa gedəndə də özümlə aparmağa məcburam”.

Elmir Əliyev sənədləşmə üçün döymədikləri qapı qalmadığından gileylənir.
“Füzulinin Horadiz qəsəbəsində adımızda 35 kvadratmetr yataqxana otağı var. Orada qeydiyyatda olmağımız bizim yeni mənzillə təmin olunmağımıza əngəl oldu. Amma ailədə 7 nəfərik, sözü gedən ünvana biz yerləşə bilmərik. Sənədləri çox çətinliklə də olsa qaydasına saldıqdan sonra yenidən aidiyyatı üzrə müraciət etdik. O zaman artıq bizə qaçqın və məcburi köçkünlərin mənzillə təmin edilməsinin dayandırıldığı bildirildi. Öz rayonumuza gedəcəyimiz xəbərini alanda sevindik. Amma indi nə işğaldan azad olunan rayonumuza da göndərmirlər, nə də ki burada müvəqqəti sığınacaqla təmin etmirlər. 
Çox çətindir hazırda vəziyyətimiz. Binada yaşayan digər ailələr köçürüldükdən sonra, qapı pəncərələr hamısı sökülüb aparıldı. İndi qışın soyuğunda, yayın istisində çadırda yaşayanlardan fərqimiz yoxdur. Bir tərəfdən də işığa gələn narkomanlarla mübarizə aparırıq. Dəfələrlə olub ki, qapını açıb çölə çıxmaq istəyirsən, işığın altında biri digərinə iynə vurur. Bu vəziyyətdə uşaq böyütmək nə qədər çətin olduğunu şərh etmək belə çətindir mənə”., - Elmir Əliyev deyir
Mövcud problem üzrə peşə məktəbinin balansına daxil olduğu Təhsil və Elm Nazirliyinə sorğu ünvanladıq. 
Təhsil və Elm Nazirliyindən Lent.az-a bildirildi ki, Sumqayıt şəhər 10 saylı peşə məktəbinin hazırkı vəziyyətindən xəbərdardırlar. Əraziyə yerində baxış keçirilib. 
Həmçinin bildirildi ki, təhsil ocağı haqqında tədbirlər planı da hazırdır. İlk öncə binanın ətrafı hasarlanacaq. Oradan ailələr köçürüldükdən sonra isə növbəti il bina sökülərək, yerində yeni müasir standartlara cavab verən peşə məktəbi tikiləcək. 
Sumqayıt şəhər İcra Hakimiyyətindən Lent.az-a problemin həlli ilə bağlı konkret heç bir şey deyilməsə də, ərazinin nəzarətdə olduğu bildirilib:
“Ərazi nəzarətimizdədir, yaşayış olmayan hissələrdə giriş çıxışları bağlamışıq. Vaxtaşırı əraziyə baxış keçiririk. Lakin peşə məktəbinin binası Sumqayıt şəhər icra hakimiyyətinin balansında olmadığı üçün əlavə tədbirlər görə bilmirik”.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən isə Lent.az-a məlumat verildi ki, Sumqayıt şəhərində yerləşən 10 saylı peşə məktəbinin inzibati binasında  müvəqqəti məskunlaşmış məcburi köçkünlər 2019-cu ildə Abşeron rayonu ərazisində yeni inşa edilmiş yaşayış kompleksinə köçürülüb. Həmin obyektdə məskunlaşmış 110 ailədən 96-sı yeni mənzillə təmin olunub. 
Məcburi köçkünlərin yeni yaşayış sahələrinə köçürülməsi Nazirlər Kabinetinin 2017-ci il 24 fevral tarixli 65 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”na əsasən həyata keçirilib. Qaydanın bəndlərinə əsasən, adıçəkilən ünvanda yeni yaşayış sahəsinə köçürülməsi qanunvericiliyə zidd olan 13 ailə yeni mənzillə təmin olunmayıb. Bu ailələr daha öncə bölgələrdə yerləşən qəsəbələrdə mənzillə təmin olunmuş, valideynlərinə mənzil verilmiş və ərazisi işğaldan azad olunmuş kəndlərdən olan şəxslərdir. 
“Hazırda peşə məktəbinin binasında məcburi köçkünlər və yerli sakinlər olmaqla, 13 ailə yaşayır. Bu ailələrin əksəriyyəti orada yaşamış məcburi köçkünlərin köçürülməsindən sonra məskunlaşıblar”, - qurumun cavabında bildirilir.
Bu cavabdan belə nəticəyə gəlmək olar ki, ya aidiyyatı qurumun vəziyyətlə bağlı dəqiq məlumatı yoxdur, ya da peşə məktəbinin binasında qeydiyyatda olub, lakin orada yaşamayan ailələr var. Çünki yerində problemlərlə tanış olduqda binada 8 ailənin yaşadığının şahidi olduq. Yəni bir-bir onların qapısını döyüb gözümüzlə gördüklərimizi sizlərə çatdırırıq. 
Rəqəmlərdən, verilən rəsmi cavablardan asılı olmayaraq sakinlərin ağ günə çıxacağı ümidi ilə onlarla sağollaşıb ayrılırıq. Ümid edirik ki, yaxın vaxtlarda sakinlərin yeni ünvana köçürülməsi haqda xəbər paylaşacağıq.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Nurlan Əliyev Lent.az-a bildirib ki, həmin ərazini polis əməkdaşları nəzarətə götürüb:
"Əraziyə əlavə naryad qrupları təhkim olunub. Qeyd olunan neqativ əməllərin qarşısını tam almaq məqsədilə tədbirlər davam etdirilir".











15-09-2023, 09:30 115

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903