Deputat Müşfiq Məmmədli: "Sumqayıt Tibb Mərkəzinin direktoru 7800 AZN, direktor müavini isə 4700 AZN maaş alır"


“Səhiyyə xərclərinin 1.871,3 mln (büdcə xərclərinin 5,1 %-i) olması,səhiyyə xərclərinin son 2 ildə 34% artması dövlətimizin bu sahəyə necə qayğı ilə yanaşmasının göstəricisidir.
İcbari Tibbi Sığortanın tətbiqi ilə ölkə səhiyyəsinin maliyyələşməsində müasir yanaşmaların tətbiqi səhiyyə sahəsinin inkişafına əhəmiyyətli dərəcədə təsir etmişdir. Səhiyyə xərclərinin 73,5 % nin  ya (1.376,0 mln) əhalinin icbari tibbi sığortalanmasına yönəlməsi bu sahənin prioritet olmasının sübutudur. Məhz bu diqqət və qayğının nəticəsidir ki, bu il İcbari Tibbi Sıöortsa Dövlət Agentliyinin gördüyü tədbirlər sayəsində həm xidmətlər zərfinin əhatə dairəsi genişlənmiş və zərfdəki xidmətlərə görə müvafiq ödəmələrin həcmi artmışdır.
Ancaq tibb müəssisələrində gedən proseslərin, Hesablama Palatasının auditlərinin analizindən göründüyü kimi burada da bəzi korrektələrə, daha fərqli idarəetmə həllərinə ehtiyac vardır”.
Sumqayit.tv xəbər verir ki, bunu deputat Müşfiq Məmmədli Milli Məclisdə 2024-cü il büdcə zərfinin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, digər sahələrdə olduğu kimi, səhiyyədə TƏBİB-in tabeliyində yaradılmış publik hüquqi şəxslərin hələ də büdcə təşkilatları kimi fəaliyyət göstərdiyinin şahidi oluruq. 
“Regionlarda PHŞ-lər şəklində fəaliyyət göstərən tibb mərkəzləri cevik, korporativ idarəetmə modellərini tətbiq etmədiklərinə görə hələ də dotasiya ilə fəaliyyət göstərirlər.(Hesablama Palatasının  Sumqayıt Tibb Mərkəzində apardıgı auditdə dotasiya həcminin 70% olduğu aşkar olunmuşdur.) Bu PHŞ-lərdə ən gəlirli sahələr(laborator və diaqnostika fəaliyyəti) autsorsinqə verilir. Əslində bu şərti, natamam autsorsinqdir. Çünki tibb işcilərinin maaşı, kommunal xidmətlər dövlət müəssisələri tərəfindən ödənilir, daşınmaz əmlak və bəzi avadanlıqlar dövlət tibb müəssisələrinə məxsusdur. Lakin tibb müəssələrin üzərində iqtisadi yükə çevrilən camaşırxana, qida təminatı və mühafizə kimi xidmətlərin hələ də tibb müəssisələrinin kadr təminatında qalması haqlı suallar dogurur”, o qeyd edib.
Əlavə edib ki, PHŞ-lər şəklində fəaliyyət göstərən tibb mərkəzlərində idarəetmə və qeyri tibb mütəxəsislərin həm sayının artması, həm yüksək maaşların verilməsi, həkimlərə verilən bonusların gecikdirilməsi bu müəssisələrdə rentabelliyin aşağı düşməsinə və müəsisələr üçün əsas gəlir gətirən tibb personalının özəl sektora yönəlməsinə gətirib cıxarır: “Əslində burada ən uyğun variant iqtisadiyyat naziri hörmətli Mikayıl Cabbarovun dediyi kimi- cox mükəmməl hazırlanmış, dövlət-özəl tərəfdaşlığı haqqında qanunu tətbiq etmək və ona riayət etməkdir. Məsələn, 70% dotasiya ilə işləyən Sumqayıt Tibb Mərkəzinin direktorunun fiks maaşı 7800 AZN, direktor müavini isə 4700 AZN maaş, lakin əsas gəlir gətirən xəstəxanaların baş həkimləri 2000 azn məvacib almaqdadırlar. Bu isə iqtisadi səmərəlilik prinsiplərinə uyğun gəlməməkdədir. İkinci bir misal - İTSF-da əvvəlki illərdə fondun istifadə olunmamış vəsaiti 2023 -cü ildə 215 mln, 2024 cü ildə isə 450 mln AZN olmuşdur. Bu vəsaitlərin idarə olunmasından 31mln gəlir əldə edilməsi nəzərdə tutulur. Əgər bu 450 mln vəsait  laboratoriyaların qurulmasına sərf olunsa, TƏBİB tərəfindən şərti autsorsinqə verilmiş bütün diaqnostik laboratoriyar avadanlıqlarla təmin olunar və bir il ərzində maya dəyərini çıxararaq, PHŞ-lərə gəlir gətirərdi. Səhiyyə idarəetməsi və tibbi xidmət standartlarının hazırlanmasında Səhiyyə Nazirliyi mühüm rol oynamalıdır. Səhiyyə Nazirliyinin ölkə paytaxtı  ilə yanaşı, regionlarda fəaliyyət göstərən müəssisələrinin PHŞ-lərə çevrilməsi mühüm əhəmiyyət kəsb edir. Beləliklə, İcbari Tibbi Sığorta Fondu (İTSF) da toplanan kifayət qədər böyük vəsaitə bütün qurumlarının eyni dərəcədə əlçatanlığının təmin edilməsi əhaliyə rəqabətli, keyfiyyətli tibb xidmətinin göstərilməsi ilə nəticələnərdi. Bu vəsaitlərə çıxışa süni əngəllərin yaradılması Azərbaycan Dövlət Tibb Universitetinin klinikalarının demək olar ki, fəaliyyətsiz qalmasına səbəb olur və tibbi kadr hazırlığına ciddi zərbələr vurur. Burada ciddi nəzarət və şəffaflığın olması, həm də  İTSF-nin büdcəsində nəzərdə tutulmuş 260 mln vəsaitin səmərəli istifadəsinə gətirib çıxarardı.
Tam əminik ki, tibb müəssisələrinin akreditasiyası və Səhiyyə Nazirliyinin əsasnaməsinə olunan dəyişikliklərlə bağlı cənab Prezidentin fərmanı inqilabi dəyişikliklərə səbəb olacaqdır.
2024-cü ilin dövlət büdcəsində səhiyyəyə ayrılan vəsaitlər İcbari Tibbi Sığorta Fondunda olan məbləğlərdə birgə cəmi-3.310 mln AZN vəsait, müstəqillik dövrünün rekord səhiyyə büdcəsidir. İnanırıq ki, səhiyyədə fəaliyyət göstərən qurumların ölkə rəhbərinin strateji kursuna uygun olaraq, birgə koordinasiyalı calışm3ası və işə vicdanlı münasibəti səhiyyəmizin inkişafını daha da yüksək səviyyələrə çatdıracaqlar”.//olke.az

14-11-2023, 13:24 290

Digər xəbərlər

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 13:50
Bu gün, 11:03
Bu gün, 10:51
Dünən, 23:57
Dünən, 21:42
Dünən, 17:51
Dünən, 12:16
Dünən, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 972