Stalin nə üçün Sumqayıt şəhərini yaratdı?


Bu günə qədər Sumqayıtın adı ilə bağlı bir neçə uydurma izahlar verilib. Guya Hindistandan gəlib Yaxın Şərqə doğru hərəkət edən dəvə karvanında olan Sum adlı gənc və Ceyran adlı qızın “sevgi rəvayət”ində “Sum qayıt, Sum qayıt!” çağrışı edib və bundan sonra bu ərazi belə adlanıb. Birinci “Hindistandan gələn” dəvə karvanının Sumqayıtdan keçməsi nəinki məntiqlə, heç coğrafi yolla da mümkün deyil. İkinci, Hindistandan gələn karvanda olan səyyahlar Azərbaycan türkcəsində “Sum, qayıt” sözü deyə bilməzdi.
Sumqayıtın adında süni şəkildə zorla hind kökü axtaranlar da yanlış olaraq bunu həmin dildə müvafiq olaraq dəvə və iz mənasını bildirən “sumq upt” ifadəsi ilə bağlamağa çalışırlar. Bu da uydurma faktdan başqa bir şey deyil. Hindistandan gələnlər Suraxanı ərazisinə gediblər, Hövsan kəndində o zaman mümkün olan limana gəlirdilər, dizin-dizin ordan Suraxanı Atəşgahına qədər sürünürdülər.
“Sumqayıt şəhərinin tarixi” mövzusunda ilk doktorluq dissertasiyasının müəllifi olmuş Həmid Alıyev yazır: “Yerli toponimlərə zorla “uyğunlaşdırılmış” “Sum və Ceyran” əfsanəsi əslində həqiqətdən çox-çox uzaq bir erməni uydurmasıdır. Söhbət Sumqayıtın adının özgələşdirilməsindən getdiyindən, bu termin barədə bir neçə əsaslandırılmış söz demək məcburiyyətindəyik və bildiririk ki, burada işlədilən sözlərin hamısı türk mənşəlidir və onlar yalnız yerli-milli köklərə bağlıdır”.
A.V.Tverdi “Qafqazın toponimik lüğəti”də yazır: “Sumqayıt — Azərbaycanda şəhər; eyniadlı çayın mənsəbində, Azərbaycanın paytaxtı Bakı şəhərinin şimalında yerləşir. Hidronim XIII əsrdə Azərbaycanın monqollar tərəfindən işğalında iştirak etmiş türk tayfası sukaytın adı ilə bağlıdır”.
Tarixçilərin fikrincə, burada Midiya tayfaları yaşayıb. Tikinti bumu zamanı, icra binasının bünövrəsi qazılarkən ərazidən qədim karvansaranın qalıqları, habelə şəxsi əşyalar və qab-qacaq aşkar edilib.
Tarixçilərin digər bir versiyası da var. Şəhərin adı qədim türk tayfası olan “suqa” və ya “sunqa”ların adından gəlmişdir. "-it" şəkilçisi isə qədim türk dillərində cəm şəkilçisi olub. “Sumqait” – “Sunqa-lar”, yəni “sunqaların yerləşdiyi ərazi” mənasını daşıyır.
Şəhərin adının mənşəyi ilə bağlı başqa bir fikir, şəhərdən bir az şımalda axan Sumqayıt çayı ilə əlaqədardır. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay quraqlıqda tamamilə quruyur. Çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar “su qayıdan çay” demişlər. Çayın adı və sonradan salınmış şəhərin adı da məhz bu ifadədən gəlir.
Eyni fikri alman səyyahı İ.Lerx də yazır: XVIII əsrin 30-cu illərində Sumqayıtın yerləşdiyi hazırkı ərazidə axan çayın olduğunu və onun üzrərində daş körpünün mövcudluğunu bildirmişdir.
Semyon Bronevski 1823-cü ildə nəşr edilmiş “Qafqaz haqqında ən yeni coğrafi və tarixi xəbərlər” adlı kitabında yazır: “Bakı xanlığı demək olar ki, Abşeron yarımadasında yerləşir, şimalda Quba mülkü ilə sərhəddir ki, ondan Suqaytı çayı ilə ayrılır”.
Bu versiya daha ağlabatandır. Çünki tarixi sənədlərdə Sumqayıtın adı ilk dəfə 1580-ci ildə ingilis səyyahı X.Berou tərəfindən çəkilir. 1858-ci ildə fransız yazıçısı A.Dümanın “Qafqaz səyahəti” adlı kitabında Sumqayıt adlı poçt stansiyasından bəhs edilir. Rus səyyahı İ.Berezin öz yol qeydlərində yazırdı: “Şəhərin yaxınlığında Suqayıt adlı bir çay axır. Bu ad onunla bağlıdır ki, havalar isti keçəndə çayda su quruyur, yağışlar mövsümündə isə çay yenidən canlanır”. İ.Berezinin fikrincə, ola bilsin ki, bu ad “su” və “qayıt” sözlərindən yaranmışdır. Qafqazın 1808-ci ildə Almaniyada Veymarda nəşr olunmuş xəritəsində Sumqayıt çayının adı “Suqayıt” kimi verilmişdir.
Bu ərazidə hələ eramızdan əvvəl 7-ci əsrdə qədim yaşayış məskənləri var idi.

24-11-2023, 09:00 435

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Bu gün, 20:18
Bu gün, 20:15
Bu gün, 18:30
Bu gün, 18:28
Bu gün, 16:23
Bu gün, 15:19
Bu gün, 10:16
Dünən, 23:25
Dünən, 19:21
Dünən, 14:22
Dünən, 09:48
Dünən, 09:44
Dünən, 09:35
Dünən, 09:11
Dünən, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065