Erməni kilsəsinin antisülh bəyanatları və beynəlxalq əlaqələr

 
Dünyada sülh və əmin-amanlıq prinsipləri, demək olar ki, hər bir dinin əsas prinsiplərindən biri olaraq qəbul edilir. İslamda, Xristianlıqda və Yəhudi inancında sülh, tanrı ilə, insanlar arasında harmoniyanı təmin etmək məqsədini güdür. Həmçinin, digər dinlərdə də, məsələn, Buddizm və Hinduizm kimi inanclarda da daxili və xarici sülhün təşviqi vacibdir. Bu prinsiplər, dini liderlərin və müvafiq dini qurumların dünya səviyyəsində münaqişələrin qarşısını almaq və sülhə nail olmaq üçün önəmli addımlar atmalarını gözləyir. Lakin, bəzi dini qurumlar, xüsusilə də Ermənistandakı bəzi kilsə liderləri, zaman-zaman bu məqsədin əksinə, təxribatçı bəyanatlarla vəziyyəti gərginləşdirir, bu da ümumilikdə regional sabitliyi təhdid edir. Erməni kilsəsinin bu cür antisülh mövqeləri, xüsusilə Azərbaycan-Ermənistan münaqişəsi fonunda daha da qabarıq şəkildə özünü göstərir. Bu yazıda, erməni kilsəsinin bəzi bəyanatlarının beynəlxalq əlaqələrə və regional sülhə necə mənfi təsir göstərdiyi, həmçinin Azərbaycanın sülhə yönəlmiş mövqeyi müzakirə olunacaq.

Beynəlxalq dini qurumlar və dini mərkəzlər uzun illərdir insanları, ruhaniləri, cəmiyyətləri sabitliyə və əmin-amanlığa çağırır. İslam dini "Sülhə çağıranlar Allahın yolunda olanlardır." dediyi halda, xristianlıqda İsa Məsihin "sülhü" və "sevgi", yəhudi inancına görə isə sülh, həm Tanrı ilə, həm də insanlar arasında əmin-amanlıq prinsiplərini çox vacib sayır. Digər inanclarda, məsələn, buddizmin və induizmin əsas məqsədi də daxili və xarici sülhün harmoniyasını təşkil edib, insanların sülh və balans içində yaşamasını təmin etməkdir.
Belə olduğu halda, əsasən də dini liderlər sülhü təşviq etməli, bütün dünyada münaqişələrin qarşısını almaq üçün hərəkətə keçməlidirlər. Sülhsevərlik və tərəfdaşlıq, dini mühiti formalaşdıran əsas prinsiplərdəndir. Ancaq təəssüf ki, bir sıra hallarda erməni kilsələrindən səslənən bəzi antisülh bəyanatları və çağırışlar bu mənəvi mövqeyə ziddir olur.
Bütün dünyanın bildiyi kimi, erməni lobbisi, diasporu və kilsələri arasında sıx əməkdaşlıq mövcuddur və bu əməkdaşlıq artıq uzun illərdir birgə fəaliyyət göstərir. Xüsusilə, erməni kilsəsinin mövqeyi və həmin kilsələrin din xadimlərinin bəyanatları, xüsusən də region üçün təhlükəli olan bu birliyin davamlı şəkildə möhkəmlənməsinə səbəb olur. Tarixdən də bilindiyi kimi, erməni kilsəsi tarix boyunca müxtəlif dövrlərdə və müxtəlif ölkələrdə Azərbaycana qarşı mənfi mövqedə olub. Bu gün də, bu qurumlar regionda sülhün bərqərar olmasına, mane olmaq üçün hər fürsətdə vəziyyəti gərginləşdirməyə davam etdirirlər.
Hər zaman xristianlıqla əlaqəli olan mərkəzi məsələlərdə erməni kilsəsi və diasporu, bu günümüzdəki gərgin vəziyyəti yaratmağa çalışmışlar. Təbii olaraq, bu yanaşma, Ermənistanın dini mühitində geriləmə yaratmaqla yanaşı, dünya üçün yara halına gəlir.
Belə ki, erməni kilsəsindən səslənən məsuliyyətsiz bəyanatlar, vəziyyəti daha da gərginləşdirir. Katalikos II Qaregin, xalqı mübarizəyə səsləməklə, Ermənistanın guya təhlükədə olduğunu bildirir. O, hər an Azərbaycanın Ermənistanı işğal edəcəyi ilə bağlı əsassız iddialar irəli sürür. Onun bu çağırışları, xalqı müharibəyə hazırlamaq, qan tökərək mübarizəyə qalxmağa təhrik etmək məqsədi güdür. Belə bəyanatlar, erməni cəmiyyətinin sülhə deyil, müharibəyə doğru köklənən səbəblərdir.
Erməni kilsəsindən çıxan qızışdırıcı səslər, erməni dövlətinin sülhə dair səsləndirdiyi fikirlərlə ziddiyyət təşkil edir. Bu bir danılmaz faktdır ki, xüsusən də son illər Azərbaycan dövlətini və onun liderinin yürütdüyü uğurlu siyasət və qazanılan qələbələr, erməni lobbisi və kilsəsinin gücünü zəiflədib. Rəsmi Bakının ard-arda imza atdığı uğurlar isə heç şübhəsiz ki, erməni siyasi mühiti ilə dini qurumlar arasındakı əlaqələri daha da gərginləşdirir. Ermənistanın daxili siyasəti və xarici əlaqələri, erməni kilsəsinin mövqeyini ciddi şəkildə zərbə altına alır.
Bu gərgin vəziyyətdə, Azərbaycan dövləti isə sülh və əməkdaşlıq mövqeyini qorumağa və inkişaf etməyə israr edir. Azərbaycan rəhbərliyi, regionda uzunmüddətli sabitlik və əmin-amanlıq üçün beynəlxalq əməkdaşlıq və qarşılıqlı hörmət əsasında fəaliyyət göstərməyin tərəfdarı olaraq çıxış edir. Azərbaycanın mövqeyi, erməni kilsəsinin təxribatçı bəyanatlarına qarşı sülhə xidmət edən bir yanaşmadır.
Nəticə etibarilə, erməni kilsəsinin son dövrlərdəki antisülh bəyanatları və müharibəyə çağırışları, regiondakı gərginliyi artıran bir faktor olaraq qalır. Buna baxmayaraq, Azərbaycan dövlətinin və beynəlxalq ictimaiyyətin sülhə yönəlik addımları, bu çağırışların qarşısını almağa və münaqişənin həllinə dair ümidi qorumağa xidmət edir.

QAİ Sumqayıt nümayəndəsi, Ramiz İsmayılov


8-03-2025, 12:53 273

Digər xəbərlər

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 13:50
Bu gün, 11:03
Bu gün, 10:51
Dünən, 23:57
Dünən, 21:42
Dünən, 17:51
Dünən, 12:16
Dünən, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 972