
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Elnarə Akimova Stansiya Sumqayıt ərazisində seçicilərlə növbəti səyyar görüşünü keçirib.
Sumqayit.tv xəbər verir ki, görüş zamanı sakinlər sosial vəziyyət, kommunal xidmətlər, məşğulluq, infrastruktur və sərnişindaşıma ilə bağlı problemlərini deputatın diqqətinə çatdırıblar. Elnarə Akimova qaldırılan hər bir məsələnin aidiyyəti qurumlara təqdim ediləcəyini və nəzarətdə saxlanılacağını bildirib.
Səfər çərçivəsində deputat ərazidə yerləşən 43 saylı orta məktəbi də ziyarət edib. Məlum olub ki, 250 nəfərlik məktəbdə hazırda 771 şagird 3 növbədə təhsil alır. Akimova məktəbin mövcud çətinlikləri ilə yerində tanış olub və kollektivlə görüşüb.
Deputat bildirib ki, sakinlərlə səyyar görüşlər davamlı olacaq və qaldırılan problemlərin həlli üçün müvafiq qurumlara müraciətlər ediləcək.










Bu gün, 14:43
12