Yanlış təsəvvürlərdən biri odu ki, vətən kasıblarındı - Coşqun Eldaroğlu yazır



Yanlış təsəvvürlərdən biri odu ki, vətən kasıblarındı. Vətənin harası kasıblarındı? Bir az konkretləşdirək. Dəqiq hara kasıblarındı? “Vətənin suyu, çörəyi” söhbəti eləməyək. Heç kimə heç nəyi müftə vermilər. Əksəriyyətin bu torpaqda uşaq böyütməyə gücü qalmayıb...

Mən bir məmur tanıyıram. On il əvvəl “yağlı” işindən təqaüdə çıxıb. Hələ də şəhərdə tikdirdiyi, aldığı obyektlərin sayəsində yüksək səviyyədə yaşayır. Canının bir parçasını müharibədə itirənlər də onun obyektlərində kölə kimi işləyir. İndi deyin görüm, vətən kimindi?..


Ayda iki dəfə bildiklərimi bölüşməyə getdiyim ucqar kənddə bir valideynlə söhbətimi xatırlayıram. Deyirdi ki, məktəb olsa da, uşaqlarını həmişə göndərə bilməyəcək. Çünki bəzən tamamilə ac yatırlar, səhər gedib məktəbdə yıxılarlar...
İlk dəfə həmin kəndə gedəndə axşam evlərin birində uşaqlarla yığışdıq ki, əyləncəli oyun keçirək. Hamımız bardaş qurub yerdə əyləşdik. Mən dərs üçün bütün uşaqlara qələm, dəftər gətirmişdim, nə öyrənmişdiksə, yazmışdılar. Dedim, gedin bir qələm, bir vərəq gətirin, oyuna başlayaq. Bir az tərəddüd hiss elədim. Uşaqlardan biri dilə gəlib dedi ki, əmi, sizin verdiyinizdən başqa bizim dəftər-qələmimiz yoxdu. Vətən necə bu uşaqların olur ki?!
Vətən, bilirsiz, nə vaxt sənin olur? Sən uşağının gələcəyindən narahatlıq keçirməyəndə. Sən uşağının gələcəyini bu ölkədə görə bilmirsənsə, hər şey çox qaranlıq görünürsə, deməli, vətən sənin deyil, eşitdiklərin quru, pafosdan o tərəfə keçməyən sözlərdi.
Vətən insan yerinə qoyulan vətəndaşındı. Acından ölən adamların vətəni olmur...

Coşqun Eldaroğlu

11-11-2021, 11:51 228

Digər xəbərlər

Bakı–Pirşağı sürət qatarında texniki nasazlıq: ADY-dən açıqlama

Zakir Fərəcov növbəti vətəndaş qəbulunu keçirib

Sumqayıt və Abşeron çimərliklərində sabah hava necə olacaq?

Səbinə Salmanova: Azərbaycan türk dünyasının inteqrasiyasında mühüm rol oynayır

Sumqayıtda 4-cü mikrorayon sakinlərinin müraciətləri dinlənilib

Aşura günü Sumqayıt, Bakı və Abşeronda qanvermə aksiyaları keçiriləcək – Ünvanlar

Sumqayıtda oğlunu namaz qılmağa məcbur edən sabiq axund CƏRİMƏLƏNDİ - FOTO/VIDEO

Sumqayıtda 7 nömrəli marşrut xətti ilə bağlı şikayət: Təhlükəli idarəetmə iddia olunur - VİDEO

Sumqayıtda bina sakinləri SOS verir: Zirzəmi aylardır çirkab sular altında qalıb-VİDEO

Sumqayıtın kanalizasiya sisteminin inkişafına dəstək – yeni saziş imzalandı-VİDEO

Prezident: Siyasi, iqtisadi və sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır

Dünya bazarında Azərbaycan neftinin qiyməti azaldı

Sumqayıt Dövlət Universiteti QS dünya reytinqində mövqeyini qorudu-FOTO

Sumqayıtın tanınmış müəllimi vəfat edib

III qrup üzrə ölkə birincisi Sumqayıtdan çıxdı – 690 bal topladı

Sumqayıt və Novxanı çimərliklərinə gedənlərin nəzərinə: Sabah hava necə olacaq?

Bakı-Sumqayıt yolunda faciəvi şəkildə ölən Zəhranın - FOTOLARI

Valideynlərin nəzərinə! Bu gündən məktəb və müəllim seçimi mümkündür

Sumqayıtda doğulan yeniyetmə müəllimi güllələmə işi üzrə ev dustaqlığına buraxılmadı

Sumqayıtda uğur hekayəsi: "İlin Ən Yaxşı Olimpiada Müəllimi" və onun uğurlu şagirdləri-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1065
Dünən, 20:18
Dünən, 20:15
Dünən, 18:30
Dünən, 18:28
Dünən, 16:23
Dünən, 15:19
Dünən, 10:16
18-06-2026, 23:25
18-06-2026, 19:21
18-06-2026, 14:22
18-06-2026, 09:48
18-06-2026, 09:44
18-06-2026, 09:35
18-06-2026, 09:11
18-06-2026, 01:36
17-06-2026, 16:51
17-06-2026, 13:47
17-06-2026, 13:22
17-06-2026, 13:17
17-06-2026, 12:55
16-06-2026, 18:59
16-06-2026, 17:14
16-06-2026, 17:11
16-06-2026, 17:08
16-06-2026, 01:40
15-06-2026, 19:13
15-06-2026, 18:51
15-06-2026, 11:42
15-06-2026, 11:39
15-06-2026, 11:37
14-06-2026, 15:13
14-06-2026, 09:45
13-06-2026, 21:38
13-06-2026, 21:03
13-06-2026, 20:52
13-06-2026, 12:53
13-06-2026, 11:27
13-06-2026, 11:23
13-06-2026, 11:21
13-06-2026, 11:20
1 2 3 4 5 6 7 8 9 10 ... 1065