Brüssel görüşü, sülh variantı - TƏHLİL


??????Dünən Brüsseldə tərəflər XİN səviyyəsində sülh müqaviləsinin hazırlanması və aprelin sonunadək iki ölkənin sərhədlərinin müəyyən olunması üzrə ikitərəfli komissiyanın yaradılması barədə razılığa gəliblər. 
Bu haqda siyasi blogger Əli Məhərrəmli öz fikirlərini bölüşüb:


?Bəs sülh müqaviləsi nə dərəcədə realdır və kimlər bunda maraqlıdır?
Unutmayaq ki, Sülh Sazişinin hazırlanması bəzən illər çəkən sonsuz bir prosesdir. Yaponiya ilə Rusiya (SSRİ) arasında bu “hazırlıq” yarım əsrdən çoxdur gedir.
?Hesab edək ki, tərəflər müəyyən razılığa gəldilər. Böyük dövlətlər buna xeyir-dua verəcəklərmi? Nəzərə alsaq ki, yekun sülh silahlı qarşıdurmanı tamamilə bitirəcəyi üçün Rusiyanın Qarabağda hərbi mövcudluğu əhəmiyyətini itirmiş olacaq. Tutalım tərəflər Qarabağ ermənilərinin təhlükəsizliyi məsələsində öz aralarında razılaşarsa, Rusiya bununla barışacaqmı? Rəsmi Moskvanın, şəxsən Putinin dəfələrlə dediyi bir fikir var "Sülh barədə danışmaq hələ çox tezdir...". Elə ona görə də Sülh Sazişi məsələsi Moskvada yox, Brüsseldə müzakirə olunur...
?️Qərb dövlətləri də ağ qanadlı göyərçin deyil. Onlar da bir şəkildə öz siyasi və iqtisadi mövcudluqlarını bölgədə möhkəmləndirəcək mexanizmlər yaratmağa çalışacaqlar. Məsələn ATƏT-in Sülh Sazişinin icrasına nəzarət edən hər hansı təsisatını yaratmaqla və s. Bundan başqa, Qərb həm tərəflərin bir-birlərinə, həm də vasitəçilərə münasibətdə siyasi güzəştlərə getmələrini istəyəcəklər.
?Bax işin ən qəliz tərəfi də budur. Güzəştlər! Ermənistan Qarabağdakı ermənilərin “öz müqəddəratını təyin etmə hüququndan” imtina etmək istəmir, Azərbaycan isə ermənilərə status vermək. Digər problemli məsələ isə ərazidə rus hərbi kontingentinin mövcudluğudur. Rusiya istənilən vaxt Qarabağda gərginliyi artırıb danışıqlarda əldə edilən proqressiv nəticələri sıfırlayacaq “alətlərə” sahibdir. Digər bir nüans isə hər iki ölkədə mövcud ictimai rəydir. Xalqlar sülhə hazırdırmı? Hər iki ölkənin ictimai rəyində barışmaz və güzəştsiz ritorika hökm sürür. Dinc birgəyaşayış üçün xalqların mənəvi və psixoloji hazırlığı da lazımdır. Görünən qədər etibarlı sülh elə də yaxında deyil, amma unutmayaq ki, siyasətin görünməyən sürprizləri də var...





7-04-2022, 10:58 236

Digər xəbərlər

Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Sumqayıt Azərbaycanın ən çox çirklənmiş ərazilərindən biri hesab olunur – Ekoloq

Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Xəzər dənizi Sumqayıt sahillərindən geri çəkilir – yeni ərazilər üzə çıxıb - VİDEO

Zərifə Quliyevanın “Qəhrəmanlıq zirvəsi” kitabının təqdimatı keçirilib - FOTOLAR

Sumqayıtın 12-ci mikrorayon sakinləri yol problemindən şikayətlənirlər

Sumqayıtda 16 yaşlı yeniyetmənin faciəli ölümü ilə bağlı yeni detallar üzə çıxdı

Səbinə Salmanova: Şuşa Bəyannaməsi iki qardaş dövlətin ortaq gələcəyinin yol xəritəsidir

Elnarə Akimova: Kitabxanalar kitab saxlanılan yer deyil, oxucu yetişdirən mərkəzlərə çevrilməlidir

Sumqayıtın bir hissəsində qaz kəsiləcək

Sumqayıtda 390 cüdoçu kəmər imtahanında iştirak edib - FOTO

Sumqayıt”ın yeni baş məşqçisi o olacaq

Silahlı Qüvvələr Gününə həsr olunmuş Braziliya Ciu-Citsu seminarı keçirildi-FOTOLAR

Qızıl medala gedən yol: Sumqayıtlı şagird Vəli Əliyevlə müsahibə -FOTO

Sumqayıtda reabilitasiya mərkəzi ilə bağlı cinayət işi – məhkəmə başlayır - VİDEO

Sumqayıtda mühüm addım: 76-cı məhəllə qəbirlistanlığının yolları asfaltlanır-VİDEO

Bulvardakı güllər və qazon üçün 100 min manat xərclənəcək-VİDEO

Ən çox milyarderin yaşadığı 5 ölkə - Rəqəmlər ŞOKA SALIR - VİDEO

Haqqın.az saytında rəhbər dəyişikliyi - Yeni baş redaktor Teymur Hüseynov oldu

Sumqayıtda ölümlə nəticələnən qəzanın təfərrüatları məlum oldu-VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1062
Bu gün, 13:16
Bu gün, 10:15
Bu gün, 09:25
Bu gün, 09:14
Dünən, 21:42
Dünən, 18:54
Dünən, 17:32
Dünən, 14:26
Dünən, 14:12
Dünən, 11:13
Dünən, 10:19
Dünən, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
9-06-2026, 15:35
9-06-2026, 14:32
9-06-2026, 12:06
8-06-2026, 22:22
8-06-2026, 18:24
8-06-2026, 16:42
8-06-2026, 13:04
8-06-2026, 12:03
7-06-2026, 14:13
6-06-2026, 11:14
6-06-2026, 09:30
6-06-2026, 09:23
6-06-2026, 09:07
5-06-2026, 18:23
5-06-2026, 18:07
5-06-2026, 17:44
5-06-2026, 17:27
5-06-2026, 16:48
5-06-2026, 14:45
5-06-2026, 13:18
5-06-2026, 13:00
5-06-2026, 12:08
5-06-2026, 10:30
1 2 3 4 5 6 7 8 9 10 ... 1062