"Ermənilər yenidən müharibə istəsəydilər,..." - Politoloq şərh etdi

"Hazırkı vəziyyətdə Ermənistanın müharibə istəyi olduğunu düşünmürəm. Brincisi, rəsmi İrəvan çox gözəl anlayır ki, mövcud durumda onların qalib Azərbaycan əsgərləri ilə üz-üzə gəlməsi bu ölkənin intihara sürüklənməsi deməkdir. Yəni, yenidən İkinci Qarabağ müharibəsində yaşadıqları taleyi yaşamaq onlar üçün sözün həqiqi mənasında fəlakət olar. İkincisi, erməni xalqının özünün də müharibə istəmədiyi qənaətindəyəm". Sumqayit.tvxəbər verir ki, bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.

Onun sözlərinə görə, ermənilər yenidən müharibə istəsəydilər, Qarabağda müharibə istəyən siyasi liderlərini qoyub, onları məğlubiyyətə uğradan baş nazir Nikol Paşinyana yenidən səs verməz, onu növbəti illər üçün Ermənistanın idarəçilik sükanı arxasına keçirməzdilər: "Üçüncüsü, bilirsiniz ki, həm hərbidə, həm də iqtisadiyyatda düzənli sistem olmalıdır. Ermənistanda isə nə hərbi, nə iqtisadi, nə də sosial vəziyyət yaxşı deyil. Bu ölkədə dağıdılmış ordu, tükənmiş silah-sursat və tənəzzülə uğramış iqtisadiyyat açıq-aşkar ortadadır. Belə bir vəziyyətdə Ermənistanın hansı müharibəyə başlamaq istəyindən söhbət getdiyini anlaya bilmirəm.


Etiraf edirəm, sadaladıqlarıma rəğmən, Azərbaycan-Ermənistan sərhədində, o cümlədən Qarabağda vəziyyət heç də ürəkaçan deyil. Təbii, bunu da körükləyən qüvvələr var. Bu qüvvələr isə bir daha təkrar edirəm Ermənistan əhalisi və rəhbərliyi deyil. Bölgədə vəziyyəti qızışdırmaq, müharibə ritorikasını ucaldan qüvvələr şübhəsiz ki, düşmən ölkəyə havadarlıq edən dövlətlərdir. O cümlədən də vəziyyətin gərginləşməsində Rusiya izini rahatlıqla görmək mümkündür. Qarabağ daxil, bütün post-sovet respublikalarında məqsədli şəkildə yaradılmış bütün konfliktlərin hamısı Kremlin adı ilə bağlıdır. Bu gün isə Moskva dünya birliyi tərəfindən təklənib. Rusiya istəyir ki, özünün nəzarətində olan geosiyasi zonalarda təsir imkanlarını daha da genişləndirərək, mövqelərini gücləndirmək və özünün mövcudluğunu dünyaya sübut etsin. Rusiya bu niyyətini Qarabağda ermənilərin əli ilə etmək istəyir.

Ona görə də düşünürəm ki, Rusiyanın bu istəyini dərk edən Ermənistanın ictimai-siyasi elitası nəinki, Azərbaycanla müharibəyə getmək istəyirlər əksinə onlar Rusiyanın morianetkası rolunu oynamaqdan xilas olmağa çalışırlar. Sadəcə mövcud situasiya bu bədbəxt xalqın boyunduruq altından çıxması üçün yetərli deyil".

27-07-2022, 13:12 411

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041