Dünən Ukraynada Ukrayna prezidenti Volodimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub. Tərəflər Rusiya-Ukrayna münaqişəsi və bu məcrada olan bir çox məsələləri müzakirə ediblər.
Xüsusən də dünyanın taxıl təhlükəsizliyi mövzusu da masada olub. Tərəflər gələcək perspektivlər barəsində fikir mübadiləsi aparıblar.
Bütün bu məsələlər ilə bağlı və görüş ətrafında baş verən hadisələri politoloq
Yeganə Hacıyeva dəyərləndirib:
"Öncə onu deyim ki, Ukrayna- Rusiya müharibəsi adlandırdığımız, Rusiya tərəfindən xüsusi hərbi əməliyyatlar adlandırılan, lakin əslində işğal faktı olan bu müharibənin bir neçə ayı ərzində dünya üçün vacib qlobal təhlükələr formalaşıb. Kənar regionlarda baş verən proseslər də bu təhlükələri daha da kəskinləşdirir. Xüsusilə 1-ci məsələ odur ki, müharibə Ukrayna - Rusiya arasında başlasa da, Avropa və Asiya arasında yükdaşımaları, ərzaq daşımaları və s. kommunikasiyaların daşınmasını təhlükə altına salır və bu səbəbdən dünyanın bir çox fabrikləri pulunu ödədiyi malları əldə edə bilməyiblər. Biz indi danışaq birinci və ikinci dünya istehsalçıları olan Ukrayna və Qazaxıstandan. Xatırlayırsınızsa Qazaxıstanla Rusiya arasında da vəziyyət gərginləşmişdi. Çinin və Türkiyənin israrından sonra Rusiya geri çəkilmişdi. Ardınca isə əldə etdikləri müqavilələr əsasında buğdanın daşınması, alınması və s. məsələlər yaranmışdı. Daha sonra dünya üzrə ikinci ən vacib buğda istehsalçısı olan Ukraynanın da birinci növbədə 2022-ci ildə əkilən, 2023 və 2024-cü illərdə yığılmış məhsulun daşınmasında problemlər və Rusiya dövlətinin dünyanın buğda ehtiyatını ələ keçirmək səyləri və s. göz önündə oldu. Bunlar Rusiyanın Ukraynadakı əməliyyatlarının bütün dünya tərəfindən qəbul etdirməsi alətlərindən bir neçəsi idi. Digər alətləri də var idi, indi isə onlar haqqında danışaq. İstər Qazaxıstan, istər Ukraynada baş verən hadisələr Rusiyanın dünya ərzaq təhlükəsizliyində yaratdığı böhranın elementləridir və dünya buğda ehtiyatının ələ keçirilməsidir və s. Qazaxıstanda buğdanın ələ keçirilməsi ilə bağlı çox az danışılır. Lakin bu məsələdə Rusiya iştirak edirdi və Çin tərəfindən, digər ölkələr tərəfindən bu qıcığa səbəb olduğu üçün israrla Rusiyanın qarşısına şərtlər qoydular. Amma Ukraynada Rusiya bunu bir az fərqli göstərdi. Faktiki ələ keçirdiyi buğdanı daha ucuz qiymətə digərlərinə təklif etməyə çalışdı. Bu münasibətdə də belə deyək, Türkiyənin, Çinin və digər ölkələrin xidmətlərindən istifadə etməyə cəhd göstərdi. Türkiyə Ukrayna-Rusiya müharibəsinin ilk günlərindən bu 2 ölkə arasındakı münasibətlərin formalaşmasında müəyyən rol almaq istəyir. Buna qədər bir neçə dəfə atəşkəslə bağlı Türkiyənin ciddi addımları oldu. Daha sonra Rusiya tərəfindən bu razılaşma pozuldu və s. Bir neçə dəfə Ukrayna ilə görüşdən sonra artıq dünənki görüş daha ciddi mövzular ətrafında nəticələrə köklənmiş bir görüş adlandırılır. Məsələ ondadır ki, artıq müharibənin bu qədər uzanması təkcə Ukrayna iqtisadiyyatına mənfi təsir göstərməklə, böhran və s. yaratmaqla yanaşı, Rusiyanın özündə də sentyabr-oktyabr aylarından ciddi etirazların başlanması gözlənilir. Bu proses artıq Ukrayna və Rusiya dövlətləri üçün kifayət qədər fəsad törədib. İrəlidə daha ciddi fəsadların olmaması üçün bu müharibə dayanmalıdır. İstər Ukrayna, istər Rusiya tərəfindən müharibənin aparılması üçün sərf olunacaq aktivlər hələ müharibənin 2023-cü ilədək davam edəcəyini bizə əsas verir. Amma məhz Türkiyə fərqindədir ki, proseslərin fəsadları hər gün daha da dərinləşir və bu proseslər Türkiyəyə də ciddi problemlər yaradır. Biz hələ bu problemlərin üzdə olan hissəsini izləməkdəyik. Payıza doğru çox ciddi nəticələrlə üzləşəcəklər. Biz faktiki olaraq şahidi oluruq ki, Rusiya daha çirkli addımlara əl atacaq. Daha böyük nəticələr əldə etmək üçün ballistik raketlər payızdan işə düşəcək və bu da müharibənin daha qanlı fazaya qədəm qoymasını göstərir. Və bu nümunədə sanksiyalar daha çox artır. Məsələ ondadır ki, Rusiya Türkiyənin ciddi strateji tərəfdaşıdır və Türkiyə bu məsələdə müharibənin bitməsi üçün təkliflər edir. Onu da qeyd etmək lazımdır ki, bu təkliflər çərçivəsində çox ciddi işlər aparılır. Bu işlərin mediaya məlum olan və məlum olmayan tərəfləri var. Regional anlamda yenə Türkiyə-Rusiya və Ukrayna-Rusiya münasibətlərini qeyd etdik.
Digər bir məqam Türkiyə-Ukrayna münasibətləridir. Öncəliklə onu qeyd etmək lazımdır ki, Türkiyə və Ukrayna tarixən bir-birinə bağlı iki dövlətdir və onlar orta əsrlərdən başlayaraq qarşılıqlı bir-birilərilə dost və strateji tərəfdaşlığı olan dövlətdirlər. Tarixən Krım türkləri istər siyası partiyalar, istər sivil cəmiyyətdə, istərsə də maliyyə dünyasında təmsil olunublar. Bu gün AKP hakimiyyətinin qruplarından biri də məhz Krım türkləridir. O üzdən Türkiyə və Ukrayna razılaşmalı olan məsələləri bir yerdə müzakirə edirlər. Ümumiyyətlə, mən bu qədər geniş danışdım ki, qoy prosesin gedişatı ilə əlaqədar ümumi bir təsəvvür yaransın. Ümumiləşdirməli olduqda, bu görüşü qlobal çərçivədən, regional risklərin aradan qaldırıması cəhətdən, Ukrayna-Türkiyə və Türkiyə-Rusiya münasibətlərinə görə faydalı hesab etməliyik. Kiçik irəliləyişlər əldə olunub, iqtisadi dairələrdə ümidli razılaşmalar var. Bu razılaşmalar Ukraynanın təhlükəsizliyi üçün vacibdir, Rusiya üçün isə ümumilikdə Ukraynanın ətrafında formalaşmış bu blakadanın sındırılması ilə özünə müəyyən arqumentlərin formalaşması üçün vacibdir. Birmənalı olaraq bu görüşü faydalı hesab etməliyik."
Müxbir: Şəbnəm Məşiyeva