“Tək, gözəl-göyçək xanımam. Allah yazıb ki, elə ömür boyu tək yaşayım? Xoşuma gələn bir insan olsa, bu izdivac baş tuta bilər”.
Sumqayit.tvpravda.az-a istinadən xəbər verir ki, bu sözləri Mənzurə Musayeva “Elgizlə izlə” verilişində deyib.
O, həyatında bir insan olduğunu açıqlayıb:
“Mənə sadəcə “Votsap”a yazıb ki, səndən xoşum gəlir, ailə qurmaq istəyirəm, görək sözümüz düz gəlir, ya yox. Elə hoydu-hoydu salıblar, sanki nəsə pis hərəkət etmişəm. Tək qalanda deyirsiniz ki, niyə ailə qurmursan? Mənə aşiq olan oğlanın bəs qədər pulu, var-dövləti, iki-üç maşını, dörd-beş evi var. Müğənnidir, 45 yaşındadır, ailəli olub, iki övladı var. 20 ildir, ayrılıblar. Oturub söhbət etsək, bəlkə də, bu iş alınar”.