Bir Rəşad Cəfərov kimi olmaq


 

Bəzən bir hadisə illərlə formalaşmış fikirləri dəyişməyə kifayət edir. Dünən baş verənlər də məhz belə bir təsir yaratdı.

Bakı–Naxçıvan istiqamətindəki 257 saylı AZAL uçuşu texniki səbəblərlə təxirə salınsa da, bu müddət ərzində şahidi olduğumuz davranışlar, insanlara göstərilən münasibət ölkəmizdə baş verən gözəl dəyişikliklərin real göstəricisi idi.

Aviasiya Təhlükəsizlik Baş İdarəsinin əməliyyat növbətçisi Rəşad Cəfərovun səmimi və peşəkar yanaşması gərgin atmosferi sakitliyə çevirdi. O, uşaqlardan yaşlılara, qazilərdən hərbçilərə qədər hər kəsə xüsusi diqqət göstərdi. İnsanlarla nəzakətlə, anlayışla danışdı, ehtiyaclarını qarşıladı, çay, sendviç gətizdirdi, zənglər etdi, əlaqələr qurdu və nəticədə daha böyük təyyarənin uçuşuna icazə alındı.

Bu, sadəcə vəzifə deyil, xalqına xidmət missiyası idi. Və bu davranışlar, heç şübhəsiz, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin daim vurğuladığı “məmur xalqın xidmətçisidir” çağırışına layiq bir nümunə idi.

Hava limanındakı digər əməkdaşlar, polis və xidmət personalı da eyni səbir, mədəniyyət və peşəkarlıqla hərəkət etdilər. Heç bir sərt sözə reaksiya verilmədi, hər bir narazılıq anlayışla qarşılandı. Bütün ünsiyyət Azərbaycan türkcəsində, aydın və səmimi aparıldı. Bu isə sadəcə texniki yanaşmanın deyil, düşüncə tərzinin dəyişdiyinin göstəricisidir.

O sərnişinlər arasında xarici vətəndaşlar da vardı. Əminəm ki, onlar bu səmimiyyəti, bu münasibəti öz ölkələrində danışacaq və deyəcəklər: “Azərbaycan təkcə gözəl təbiətə yox, eyni zamanda gözəl insanlara, mədəni məmurlara sahibdir.”

Bu davranışlar ölkəmizin imicinə əlavə dəyər qatır. Çünki hər bir əcnəbinin yaşadığı müsbət təcrübə, Azərbaycanın diplomatik gücünə çevrilir.

Belə insanlar – Rəşad Cəfərov kimi məmurlar – sistemin soyuqluğunu insanlıqla isidir, xalqla dövlət arasındakı bağları möhkəmləndirir.

Unutmayaq: Vicdanla görülən bir iş, qanunla görülən min işdən üstündür.
Və bu vicdanlı yanaşma, bu səviyyəli xidmət, Prezidentin adına layiq dövlət idarəçiliyinin təntənəsidir.


 Müəllif: Firudin Əsgərov


17-07-2025, 16:41 240

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102