Səbinə Salmanova: “14 iyulu müstəqilliyimizin başlanğıcı kimi qəbul edirik”

 Bu gün Ümummilli Lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsinin 56-cı ildönümünü qeyd edirik. Bu tarixi hadisə ölkəmizin müstəqillik tarixində və dövlətçilik ənənələrinin bərpasında dönüş nöqtəsi olmaqla yanaşı, Azərbaycanın intibah və yüksəliş dövrünün başlanğıcını təşkil edir.

Bu fikirləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Deputat vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi Azərbaycanın sosial-iqtisadi inkişafında, milli özünüdərkində dönüş yaratdı:

“O, mürəkkəb və gərgin ictimai-siyasi şəraitdə Azərbaycanın perspektiv yolunu müəyyən etdi, milli kadrların formalaşmasına xüsusi önəm verdi, elmin, təhsilin və mədəniyyətin inkişafına təkan verdi. 1969–1982-ci illərdə Ümummilli Lider Azərbaycanın iqtisadiyyatında, sənaye və kənd təsərrüfatında böyük irəliləyişlərə nail oldu. Onun təşəbbüsü ilə Azərbaycanın neft sənayesi, maşınqayırma, kimya və digər sahələri inkişaf etdirildi. Sosial infrastrukturun genişləndirilməsi, səhiyyə və təhsil müəssisələrinin yaradılması dövlət siyasətinin prioritetləri oldu”.

Deputat əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə milli mədəniyyət və dilin qorunmasına xüsusi diqqət ayrıldı:

“O, Azərbaycan xalqının tarixini, adət-ənənələrini, mədəni irsini qoruyub saxlamaqla yanaşı, yeni nəsillərə ötürülməsi işini dövlət siyasətinin mərkəzinə qoydu. Bu isə milli qürur və həmrəyliyin artmasına səbəb oldu. Ulu Öndər milli kadrların hazırlanmasına böyük önəm verdi. Onun təşəbbüsü ilə Azərbaycan gəncləri keçmiş SSRİ-nin aparıcı ali məktəblərində təhsil aldı, bu gənclər sonradan müstəqil Azərbaycanın quruculuğunda önəmli rol oynadılar. Bu, Azərbaycanın gələcək inkişafının ən möhkəm təməl daşı oldu”.

Səbinə Salmanova bildirib ki, 1969-cu ilin 14 iyulunda başlanan yol Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsinə gətirib çıxardı:

“Ulu Öndərin siyasi iradəsi və uzaqgörənliyi sayəsində Azərbaycan həm iqtisadi, həm də milli mədəni yüksəliş dövrünə qədəm qoydu. Bu gün biz 14 iyul tarixini müstəqilliyimizin başlanğıcı kimi qəbul edir və qeyd edirik”.

Deputat söyləyib ki, Azərbaycanın dövlətçilik tarixində Ümummilli Lider Heydər Əliyevin qurduğu möhkəm təməl üzərində ölkəmiz bugün müasir, dinamik inkişaf edən, regionda söz sahibidir:

“Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət Ulu Öndərin strateji xəttinin layiqli davamı və daha da möhkəmləndirilməsidir. Dövlətimizin milli maraqlarının qorunması, beynəlxalq arenada Azərbaycanın mövqeyinin möhkəmləndirilməsi, qlobal layihələrdə fəal iştirak Prezident İlham Əliyevin siyasətinin prioritetlərindədir. Eyni zamanda, sosial siyasət sahəsində genişmiqyaslı proqramlar icra olunur, əhalinin rifahının yüksəldilməsi, sosial ədalətin təmin olunması dövlət siyasətinin əsas sütunlarından biridir. Azərbaycanın hərtərəfli inkişafına xidmət edən bu siyasət, əlbəttə ki, Ümummilli Liderin qoyduğu dəyərlər əsasında həyata keçirilir”.

Parlamentari bildirib ki, ömrünü xalqına və Vətəninə həsr etmiş Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin hörmətlə anılır:

“Onun siyasi irsi və dövlətçilik məktəbi bu gün də Azərbaycanın inkişafına xidmət edir. Heydər Əliyev dühası müstəqil Azərbaycanın qurulmasında və onun beynəlxalq aləmdə nüfuzunun yüksəlməsində əsas dayaqlardan biridir”.


14-07-2025, 13:08 309

Digər xəbərlər

Heydər Əliyevin qayıdışı və Azərbaycanın qurtuluş missiyası

Sumqayıtda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib-FOTOTLAR

Sumqayıtda “Qurtuluş Kuboku – 2026” minifutbol turniri başa çatıb-FOTOLAR

Sumqayıtda kanalizasiya daşdı: Sakinlər 3 gündür kömək gözləyir-VİDEO

Brianna Freyzer Sumqayıtda keçiriləcək Dünya Seriyasını buraxacaq

Qara Kölgə – Arif Ərşadın hekayəsi

"Sumqayıt"ın futbolçusu 6-9 ay yaşıl meydanlardan kənarda qalacaq

TƏBİB: 31 əməkdaş intizam məsuliyyətinə cəlb edilib

DÇ-2026: Braziliya və Türkiyə ilk oyununa çıxır – Günün proqramı açıqlandı

Atadan şok açıqlama: Oğlum küçə itlərinin hücumuna məruz qaldı

Sumqayıtda və bəzi rayonlarda ehsan süfrələri ləğv edildi - YENİ QAYDALAR

Milli Qurtuluşdan müasir zəfərlərə: Mingəçevirdə Ulu Öndər Heydər Əliyevin siyasi irsinə həsr olunan konfrans keçirilib-FOTOLAR

Zakir Fərəcov 13-cü mikrorayonda sakinlərlə səyyar qəbul keçirib-FOTO/VİDEO

Novxanıda hotel ərazisində məktəbli vəfat edib – araşdırma aparılır

DİM magistratura imtahanı keçirəcək – 15 minə yaxın bakalavr iştirak edəcək

Abşeronun bəzi ərazilərində qaz təchizatı dayandırılıb

Azərbaycanda xarici kreditlər üzrə icra göstəricisi aşağı olub – Hesablama Palatası

Sumqayıt və Abşeronda pensiyalar sabah ödəniləcək

Sumqayıt Azərbaycanın ən çox çirklənmiş ərazilərindən biri hesab olunur – Ekoloq

Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

1 2 3 4 5 6 7 8 9 10 ... 1063
Bu gün, 09:45
Dünən, 21:38
Dünən, 21:03
Dünən, 20:52
Dünən, 12:53
Dünən, 11:27
Dünən, 11:23
Dünən, 11:21
Dünən, 11:20
Dünən, 10:44
12-06-2026, 20:18
12-06-2026, 17:56
12-06-2026, 16:50
12-06-2026, 12:10
12-06-2026, 11:55
12-06-2026, 11:49
12-06-2026, 11:40
11-06-2026, 13:16
11-06-2026, 10:15
11-06-2026, 09:25
11-06-2026, 09:14
10-06-2026, 21:42
10-06-2026, 18:54
10-06-2026, 17:32
10-06-2026, 14:26
10-06-2026, 14:12
10-06-2026, 11:13
10-06-2026, 10:19
10-06-2026, 09:57
9-06-2026, 21:27
9-06-2026, 21:15
9-06-2026, 17:19
9-06-2026, 17:16
9-06-2026, 16:25
9-06-2026, 15:35
9-06-2026, 14:32
9-06-2026, 12:06
8-06-2026, 22:22
8-06-2026, 18:24
8-06-2026, 16:42
1 2 3 4 5 6 7 8 9 10 ... 1063