Böyük dövlətlərin dünyanı bölmək şakəri

 

Böyük müharibələrin axırı həmişə böyüməyə çalışan ortabab dövlətlərin parçalanması, ərazi itirməsi ilə yekunlaşır. Bu qaçılmazdır. Tarixdə istisnasız olaraq bütün qlobal savaşlar bu cür bitib.

I dünya müharibəsi Almaniyanın böyük ərazilər itirməsilə, Avstriya-Macarıstan imperiyanın dağılmasıyla və Osmanlı imperiyasının çökməsi ilə əlamətdardır.

Hələ böyük Mustafa Kamal Atatürk və onun silahdaşları olmsaydı, yəqin ki, bugünkü Türkiyə Anadoluda dənizə çıxışı olmayan kiçik bir dövlət kimi mövcud olacaqdı. Əvəzində Rusiya, Böyük Britaniya, Fransa, İtaliya və Yunanıstanın hərəsi bölgədə kiçik dövlətlər yaradacaq, öz satellitlərinə çevirəcəkdilər.

II dünya müharibəsinin qan çanağı isə Almaniyanın başında çatladı. Bir-birilə qatı düşmənçilikləri olan SSRİ, ABŞ və Böyük Britaniya ümumi düşmənə - Hitlerə qarşı birləşərək, onun ambisiyalarını boğdular, sonra isə oturub dünyanı bölüşdürdülər.

1943-cü ildə bu dövlətlərin rəhbərləri İranın paytaxtı Tehranda görüşüb dünyanı bölüşdürməyin konturlarını cızmışdılarsa, 1945-ci ilin fevralı ayıının 4-11-də Kırm yarımadasındakı Yalta şəhərində ikinci dəfə görüşərək, konkret bölgü apardılar.

Sovet qoşunları tərəfindən işğal edilmiş İranın yenidən ABŞ və Böyük Britaniyanın patronajlığına qaytarılması həmin görüşlərin nəticəsidir. Yoxsa Azərbaycan türkləri Moskvanın dəstəyi ilə paytaxtı Təbriz olan dövlət qurmuş, İran kürdləri isə yenə SSRİ-nin yardımı ilə Mehabad respublikası təsis etmişdilər.
SSRİ dəstəyini çəkməsə, İranı şahı bu dövlətlərə bata bilməyəcəkdi. Amma ABŞ və Böyük Britaniya şahın bütöv İrana başçılıq etməsinə və onlara itaət göstərməsinə nail oldular.

Yaltadan 3 kilometr aralıda yerləşən Livadiya kəndində keçirilən görüşdə müttəfiqlər (“Böyük üçlük”) təkcə Avropanı yox, Yaponiyanın aqressiyasından əziyyət çəkən Asiyanı da bölüblər.

Konfransın 8 günü ərzində 8 dəfə görüş keçirən “Böyük üçlük” 3-cü Reyxin işğal etdiyi ərazidə yeni dövlət sərhədləri çəkiblər. Bu dövlətlər müttəfiqlərin təsir dairələri arasında qeyri-rəsmi, lakin ümumilikdə bütün tərəflər tərəfindən tanınan sərhədlərin müəyyən edilməsi olub.

Müttəfiqlər onu da anlayıblar ümumi düşmən məhv olduqdan sonra Qərblə SSRİ-nin “dostluğu” pozulacaq, ona görə də onlar dünya xəritəsində çəkilmiş demarkasiya xətlərinin dəyişməzliyinə zəmanət verən prosedurlar yaratmağa çalışıblar.


ABŞ prezidenti Franklin Ruzvelt, Britaniya baş naziri Uinston Çörçill və SSRİ rəhbəri İosif Stalin qarşılıqlı güzəştə gedərək, demək olar ki, bütün məsələlərdə razılığa gəliblər. Nəticədə dünyanın siyasi xəritəsinin konfiqurasiyası əhəmiyyətli ərazi dəyişikliklərinə məruz qalıb.

Müharibədən əvvəlki Polşa kiçilib. 1939-cu ilə qədər indiki Belarusun, Litvanın, Ukraynanın bir hissəsi Polşanın ərazisi olub, müharibədən sonra isə bu torpaqlar SSRİ-yə qalıb.

Bundan başqa, Polşa siyasi baxımdan da SSRİ-nin təsir dairəsinə düşüb, Moskva bu ölkədə özünə sərfəli kommunist rejimi bərqərar edib. Başqa sözlə, Varşava Moskvanın tabeliyinə keçib.

Almaniya SSRİ, ABŞ, Britaniya və Fransaya aid zonalara bölünüb. Hətta onun paytaxtı Berlin belə iki hissəyə ayrılıb. Moskva öz zonasında yeni alman dövləti qurub, adını da Almaniya Demokratik Respublikası qoyub.


“Böyük üçlük” liderləri Yalta konfransında Balkan yarımadasının taleyini də həll ediblər. Hesab edilir ki, hələ 1944-cü ilin oktyabrında Stalin Böyük Britaniyaya yunanların taleyini həll etməyə icazə verib. Bu iki dövlətin arasında “Faiz razılaşması” deyilən bir saziş olub. Bu razılaşmaya əsasən Balkan ölkələrinin yarısı Böyük Britaniyanın, yarısı da SSRİ-nin sərəncamına keçməli imiş. Yuqoslaviyanın antifaşist hərəkatının lideri İosip Broz Titonun qurmaq istədiyi dövlətə isə 0 faiz ərazi qalırmış. Ancaq sərəncamında güclü ordusu olan Tito bu planı pozub.

Bununla belə, Avropada SSRİ-yə loyal olan, rəhbərləri Moskvada seçilən xeyli ölkə qalıb: ADR, Macarıstan, Rumıniya, Çexoslovakiya, Bolqarıstan, Polşa. Hələ Yuqoslaviya və Albaniya da bu sırada ola bilərmiş. Lakin bu dövlətlərin liderləri Tito və Ənvər Xoca Moskvaya boyun əymək istəməyiblər.

Avropanın qərbi hissəsi isə ABŞ və Böyük Britaniyanın “oylağı” olub. Ancaq SSRİ-dən fərqli olaraq onlar “qənimət” götürdükləri ölkələrdə şaquli idarəçilik və tam itaət sistemi tətbiq etməyiblər və ölkələrin siyasi, iqtisadi, mədəni həyatlarına burun soxmayıblar.

Uzaq Şərqdə Cənubi Saxalini və Kuril adalarını öz torpağına qatan SSRİ-nin püşkünə, üstəlik, Çin, Monqolustan və Koreyanın şimalı düşüb. ABŞ Koreyanın yarısına və Yaponiyanın tamamına əl qoyub. Yaponiya xüsusunda amerikalılar Stalini aldadıblar. Xirosima və Naqasakiyə atom bombaları atmazdan əvvəl ABŞ SSRİ-dən hərbi qüvvə yardımı istəyib və ona Yaponiyanın bir hissəsini vəd edib, ancaq Vaşinqton Tokionu bomba ilə təslim edə bildiyinə görə SSRİ-yə verilən vədi yerinə yetirməyib.

İndi maraqlı olan odur ki, hazırda dünyada gedən müharibədə böyük dövlətlər qalib gəlsələr, dünyanı yenidən necə böləcəklər, hansı dövlətləri parçalayacaq, hansı yeni dövlətlər yaradacaqlar.

Putin və Trampın qırımından görünür ki, parçalanmağa namizəd dövlətlərin sırasında Ukrayna və İran var. Yaxın Şərq bölgəsində yaşayan kürdlər üçün də milli dövlətin yaradılması planı olduğu sezilir. Sadəcə, həmin dövlət İran, Suriya, Türkiyə və İraqın ərazilərinin bir hissəsində (hərəsindən bir parça qoparmaqla) yaradıla bilər və adı çəkilən dövlətlər buna razı deyillər. Onlar həmin planı pozmaq fikrindədirlər.

Bundan ötrü isə Rusiya və ABŞ-nin anlaşması, birlikdə hərəkət etməsi və apardıqları müharibədə qalib gəlmələri lazımdır. Hazırda bu plana ciddi müqavimət və fikir ayrılıqları var.

 

 

 


Bu gün, 14:18 6

Digər xəbərlər

Sumqayıta hərbi prokuror təyin edildi

Sumqayıtda qadına qarşı zorakılığa görə, məhkəmə hökm çıxardı

Sumqayıtda 21 yaşlı oğlan qonşu qadını bıçaqlayıb

Sumqayıtda ətraf mühitə zərər vuran “Elat" quşçuluq fabriki çayı çirkləndirib - FOTO

Qərbi Azərbaycan İcmasının Sumqayıt nümayəndəliyinin iki illiyi qeyd olundu - FOTO

Böyük dövlətlərin dünyanı bölmək şakəri

Səbinə Salmanova: “14 iyulu müstəqilliyimizin başlanğıcı kimi qəbul edirik”

"Baku Steel Company" “Azərboru”nun modernizasiyasının ilk mərhələsini tamamlayıb - VİDEO

"Sumqayıt Hospital"ın həkimi Elçin Bayramov barəsində polis araşdırma aparır

Sumqayıtdan yüksələn əsl qəhrəman - FOTOLAR

General-mayor Polad Həşimovun şəhidliyinin ildönümüdür

Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

1 2 3 4 5 6 7 8 9 10 ... 965
Bu gün, 17:14
Bu gün, 16:58
Bu gün, 16:55
Bu gün, 16:33
Bu gün, 16:25
Bu gün, 14:18
Bu gün, 13:08
Bu gün, 12:37
Bu gün, 12:22
Bu gün, 11:51
Bu gün, 11:34
Dünən, 12:09
12-07-2025, 20:06
12-07-2025, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
1 2 3 4 5 6 7 8 9 10 ... 965