Səbinə Salmanova: “Cəbrayılın azadlığı xalqımıza mənəvi güc verdi, Böyük Qayıdışın başlanğıcı oldu”

 Azərbaycan dövlətinin müasir tarixi qəhrəmanlıq salnamələri ilə zəngindir. Bu salnamənin ən parlaq səhifələrindən biri də 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, ordumuzun şücaəti, dövlətimizin gücü və xalqımızın birliyi nəticəsində illərlə erməni tapdağı altında qalan torpaqlarımız işğaldan azad edildi. Həmin qələbələr sırasında Cəbrayılın azadlığı xüsusi önəm kəsb edir.

Bu sözlər Sumqayit.tv-yəi Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Cəbrayıl rayonu Azərbaycanın qədim diyarlarından biridir:

“27 il işğal altında qalmasına baxmayaraq, xalqımız Cəbrayılı heç vaxt unutmadı, onun azad ediləcəyi günə böyük inamla yaşadı. Nəhayət, 4 oktyabr 2020-ci il tarixi bu inamın gerçəyə çevrildiyi gün oldu. Rəşadətli Azərbaycan Ordusu Ermənistan siıahlı qüvvələri üzərində qətiyyətli qələbə qazanaraq Cəbrayılı işğaldan azad etdi. Bu tarixi hadisə yalnız bir şəhərin azadlığı deyildi. Cəbrayılın işğaldan qurtuluşu xalqımıza böyük mənəvi güc verdi, növbəti zəfərlərin müjdəçisi oldu. Azərbaycan əsgərinin göstərdiyi igidlik, şəhidlərimizin fədakarlığı, qazilərimizin rəşadəti xalqımızın tarixində əbədi olaraq yaşayacaq”.

Cəbrayılın Ermənistan tərəfindən işğalı nəticəsində rayonun vandalizmə məruz qaldığını söyləyən deputat bildirib: “İşğal nəticəsində 72 orta məktəb, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd tamamilə dağıdılmışdı. Tarixi silmək istəyən barbarlar Cəbrayılın da abidələrini, mədəniyyət nümunələrini məhv ediblər. Amma Azərbaycan haqqı, ədaləti bərpa edərək işğala son qoydu”.

O qeyd edib ki, Cəbrayılın işğaldan azad olunması ermənilərə ağır zərbə vurdu. “Heç təsadüfi deyil ki, Böyük Qayıdış məhz Cəbrayıldan başladı. 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı zamanı Cəbrayılın Cocuq Mərcanlı kəndi ilk olaraq işğaldan azad edildi. Strateji yüksəkliklər işğaldan azad edildikdən sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün oldu. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı ildə Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks-hücumu zamanı Lələtəpə yüksəkliyi də işğaldan azad edildi. Azərbaycan Ordusunun bu uğurları bizi böyük qələbəyə daha da yaxınlaşdırdı”.

S.Salmanova bildirib ki, işğal zamanı çəkilən əziyyətlərə və ermənilərin rayonda törətdiklərinə baxmayaraq, Cəbrayıl bərpa və firavanlıq yolundadır: “Bu gün işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən böyük bərpa və quruculuq işlərinin tərkib hissəsi olaraq Cəbrayıl rayonunda da vətəndaşlarımızın öz doğma torpaqlarına qayıdaraq rahat yaşaması üçün bütün tədbirlər həyata keçirilir. Keçmiş köçkünlərin yaşayış şəraitinin lazımi səviyyədə təmin edilməsi üçün dövlətimiz əlindən gələni əsirgəmir. Cəbrayıl rayonu azad edildikdən sonra dövlətimizin başçısı İlham Əliyev rayona dəfələrlə səfər etmiş, ilk səfəri zamanı Xudafərin körpüsündə Dövlət Bayrağımızı ucaltmışdı. Digər səfərləri zamanı isə Prezident İlham Əliyev təməlqoyma və açılış mərasimlərində iştirak edib. Bütün bunlar isə dövlət başçısının diqqət və qayğısının növbəti təzahürüdür. Prezidentin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərində artıq insanlarımızın qayıdışı təmin edilib. Hazırda isə digər keçmiş məcburi köçkünlərimizin də ata-baba yurdlarına qayıdışının təmin edilməsi istiqamətində dövlətimiz tərəfindən lazımi işlər görülməkdədir”.

4-10-2025, 11:24 140

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102