Bir millətin hafizəsində iz buraxanlar, tarixə könüldən yazılanlardır - Nigar Ögeday yazır

 

Bir dostluğun, bir yurd sevdanın, bir millət mübarizəsinin ildönümüdür. Azərbaycanla Türkiyənin könül körpüsünü İzmirin qəlbində yaşadan İzmir Kültür və Dayanışma Dərnəyi bu gün 11 yaşına çatdı.

Hər böyük yolun bir ilk addımı var. Bu yol, pandemiya dövründə itirdiyimiz dəyərli başqanımız Mülazim Paşanın inam və əzmlə atdığı addımlarla başlandı. Onun ruhunu yaşadan, davamını gətirən isə bugünkü başqan Eşref Tuna və bu mübarizənin səssiz, fədakar memarlarından biri olan həyat yoldaşı Naime Tuna oldu.

Bu 11 il içində nələr sığmadı ki...

Azərbaycan və Türkiyə qardaşlığını simvolizə edən Azərbaycan Parkı, Xocalı Anıtı, Heydər Əliyev büstü İzmirin mərkəzində ucaldı.

Evi olmayan neçə ehtiyac sahibi azərbaycanlı ailənin evləri quruldu,

Müalicəyə ehtiyacı olan neçə xəstəyə yardım əli uzadıldı,

Tələbələrə təqaüdlər, ailələrə yardım paketləri, qurban payları, Ramazan sovqatları çatdırıldı...

Bu dərnək sadəcə bir qurum olmadı, bir ata ocağı oldu. Mən bu yolda qapısını doğma evim kimi döydüm, hər zaman Eşref bəyin ağsaqqallığını, Naime xanımın ağbirçəkliyini gördüm.

Bəzən yolumuza daş atanlar oldu…

Bizi bir-birimizə düşmən etmək istəyənlər, toplantılarda önə çəkilən iki Türk qızı - mən və Roza İbadova - buna görə hədəf alındıq…

Milli duruşumuzdan narahat olan sağdan da gəldi, soldan da…

Hətta Bakının içindən belə buraya burunlarını soxub, haqqımızda yalanlar uyduranlar tapıldı…

Amma unutdularki, min Nigar getsə də, min başqası gələcək.

Çünki bu, bir şəxs, bir qrup deyil, Millət və Vətən üçün verilən mübarizədir.

Bu dərnəyə güc qatanlar təkcə adlar deyil, xalqın özüdür, millətin ruhudur.

Bu gün geri baxdıqda ürəyim dolur, gözlərim yaşarır. Mən başqan Eşref Tuna və onun dəyərli komandasından razıyam. Allah da razı olsun.

Bir millətin hafizəsində iz buraxanlar, tarixə könüldən yazılanlardır.

İzmir Kültür və Dayanışma Dərnəyi də bu xalqın qəlbinə yazılmış bir mübarizə dastanıdır.

Yaşasın Azərbaycan-Türkiyə birliyi!

Yaşasın millət üçün çalışan könül insanları!

Sumqayit.tv



17-07-2025, 16:34 293

Digər xəbərlər

Sakinlərin NƏZƏRİNƏ: Sabah bu ərazilərdə qaz olmayacaq

Ömrünü təhsilə həsr edən Ayət müəllimənin doğum günüdür - FOTO

20 Yanvar dayanacağında izdiham: sərnişinlər növbə mədəniyyətinə çağırır

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Dünən, 20:57
Dünən, 20:42
Dünən, 20:28
Dünən, 15:45
Dünən, 15:23
Dünən, 15:21
Dünən, 13:08
Dünən, 10:05
Dünən, 09:53
Dünən, 09:44
Dünən, 09:11
Dünən, 09:03
22-06-2026, 20:56
22-06-2026, 20:53
22-06-2026, 17:20
22-06-2026, 16:12
22-06-2026, 16:06
22-06-2026, 10:47
22-06-2026, 10:23
22-06-2026, 10:21
22-06-2026, 10:17
22-06-2026, 10:15
22-06-2026, 09:45
22-06-2026, 08:55
22-06-2026, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1066