Mədəniyyət Nazirliyinin rəhbərliyi Musiqili Teatrın kollektivi ilə görüşdü


Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi ilə görüşüb.

Sumqayit.tv xəbər  verir ki, 8 Noyabr – Zəfər Günü münasibətilə çoxsaylı kollektivin qarşısında duran mühüm vəzifələrdən, 44 günlük qələbə soraqlı döyüşlərin qəhrəmanları – ölməz şəhidlərimizin, qazilərimizin qəhrəmanlıq salnaməsindən, Müzəffər Ali Baş Komandanımızın tarixi şücaətindən sənət adamlarına ətraflı danışan nazir müavini “yenilməz xalqın qüdrətli də mədəniyyəti olmalıdır” fikrini önə gətirərək son vaxtlar Mədəniyyət Nazirliyinin gördüyü işlər barədə məlumat verib.
Elnur Əliyev ölkə Prezidentinin Sərəncamı ilə tarixə çevrilən “Nizami Gəncəvi İli”nin ölkəmizdə və onun hüdudlarından çox uzaqlarda belə qeyd olunmasının vətənimiz üçün nə qədər əhəmiyyətli bir hadisə olduğu barədə söhbət açıb. Teatr cameəsinin pandemiya dövründən sonrakı fəaliyyətinin nə qədər məsuliyyətli bir zamana gəlib çatdığını vurğulayan E.Əliyev iki ilə yaxın bir müddətdə teatrdan ayrı düşən tamaşaçıların yenidən teatrlara cəlb edilməsi, repertuar siyasətində tarixi Qələbəmizə həsr olunmuş əsərlərin, xalqı düşündürən, onları narahat edən, günümüz üçün aktual olan mövzuların daha geniş miqyasda yer alacağının vacibliyi barədə danışıb.
Tarixi qələbəmizdən bəhs edən əsərlərin istər ölkə daxilində, istərsə də xaricdə təqdim olunması məsələsi də müzakirə olunub. Görüşdə çıxış edən Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, Xalq artistiləri Afaq Bəşirqızı, Fatma Mahmudova, Əməkdar artist Əkbər Əlizadə müzakirə olunan məsələlər barədə öz fikirlərini bildiriblər.
Nazir müavini, eyni zamanda, teatrın xor, balet truppalarının, orkestr heyətinin, eləcə də aktyorların ifasında Zəfər Gününə həsr olunmuş rejissor Samir Qulamovun quruluşunda “Bir nəfəs qədər” tamaşasının məşqlərini izləyib, sənət adamları ilə ətraflı səmimi söhbətlər aparıb. Nazir müavini teatrın texniki - istehsalat sahəsi, ayrı-ayrı sexlərin fəaliyyəti ilə də tanış olub.


28-10-2021, 12:58 189

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964