Azərbaycan mədəniyyət siyasətinə dair Milli Məruzə hazırlanıb


Mədəniyyət siyasəti sahəsində meyar və standartlar yaratmaq üzrə aparıcı onlayn informasiya və monitorinq platforması olan Mədəniyyət Siyasəti və Təmayülləri Kompendiumu Assosiasiyasının qabaqcıl metodologiyasına əsasən hazırlanmış növbəti illik “Azərbaycan mədəniyyət siyasətinə dair Milli Məruzə” beynəlxalq ictimaiyyətin istifadəsi üçün təqdim olunub.

Sözügedən Azərbaycan mədəniyyət siyasətinə dair Milli Məruzə aşağıdakı mövzuları əhatə edir:
1. Mədəniyyət siyasəti sistemi (Məqsədlər, əsas xüsusiyyətlər və arxa plan, Daxili idarəetmə sistemi, Mədəniyyət müəssisələri, Beynəlxalq əməkdaşlıq);
2. Cari mədəniyyət fəaliyyəti (Əsas inkişaf, Mədəni hüquqlar və etika, İncəsənət xadimlərinin və mədəniyyət işçilərinin rolu, Rəqəmsal siyasət və inkişaf, Mədəni və sosial müxtəliflik, Mədəniyyət və sosial inteqrasiya, İncəsənətin cəmiyyətə təsiri, Mədəni davamlılıq, Mədəniyyət siyasətinin digər əsas məsələləri);
3. Mədəni və yaradıcı sektorlar (İrs, Arxivlər və kitabxanalar, İfaçılıq sənəti,  Vizual sənət və sənətkarlıq, Mədəniyyət sənəti və yaradıcılıq sahələr);
4. Qanun və qanunvericilik (Ümumi qanunvericilik, Mədəniyyət haqqında qanunvericilik);
5. İncəsənət və mədəniyyət təhsili (Siyasət və institusional icmal, Məktəblərdə incəsənət, Ali incəsənət və mədəniyyət təhsili, Məktəbdənkənar incəsənət və mədəni təhsil,  Peşə hazırlığı və əlavə təhsil);
6. Mədəni iştirak və istehlak (Siyasət və proqramlar, Mədəni iştirakda təmayüllər və rəqəmlər, Ev təsərrüfatlarının məxaricində meyllər və rəqəmlər, Mədəniyyət və vətəndaş cəmiyyəti);
7. Maliyyələşdirmə və dəstək (Dövlət maliyyələşdirilməsi, Dəstək proqramları, Özəl maliyyələşdirmə).
Məlumat üçün bildirilir ki, Avropa Şurasının “Avropada mədəniyyət siyasəti və təmayülləri Kompendiumu” adlı beynəlxalq layihəsi 1990-cı illərdən etibarən davam etdirilir və Avropanın qırx iki ölkəsi ilə yanaşı bir sıra digər ölkələr tərəfindən hazırlanan milli məruzələr müvafiq veb-portalda yerləşdirilir (https://www.culturalpolicies.net/). Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi bu layihəyə 1999-cu ildən qoşularaq fəal iştirak edir. Belə ki, layihənin 10 illik yubileyinə həsr olunmuş Avropa Şurasına üzv dövlətlərin Milli Müəlliflərinin İllik Assambleyası 4-5 dekabr 2008-ci ildə Bakı şəhərində təşkil olunmuşdur. Beynəlxalq layihənin nəticələri Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 14 fevral tarixli 273 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nda, mədəniyyət sahəsi üzrə normayaratma prosesində nəzərə alınmış, bir çox innovativ proqram və layihələrin hazırlanmasında və həyata keçirilməsində əsas məlumat mənbəyi kimi geniş istifadə olunmuşdur.
Dünyanın mədəniyyət siyasətçiləri və idarəçiləri, incəsənət institutları və şəbəkələri, tədqiqatçılar və sənədləşmə mütəxəssisləri, jurnalistlər və tələbələrdən ibarət geniş auditoriyasına yönəldilmiş Kompendium məlumat bazasının beynəlxalq nüfuzunu, mədəniyyət siyasəti sahəsində beynəlxalq təcrübədən bəhrələnmək, Azərbaycanda gedən  mədəni proseslər haqqında obyektiv informasiyanı dünya ictimaiyyətinə çatdırmaq kimi səmərəli imkanları nəzərə alaraq, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun təşəbbüsü ilə cari ilin fevral ayından etibarən ölkəmiz beynəlxalq onlayn platforma  formatında davam etdirilən “Mədəniyyət siyasəti və təmayülləri Kompendiumu Assosiasiyası”nın tam-hüquqlu üzvlüyünə qəbul olunmuşdur.

5-11-2021, 17:09 235

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964