Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərin sərgisi açılıb


Noyabrın 20-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli şair və mütəfəkkir Nizami Gəncəvinin əsərlərinə çəkilmiş miniatürlərdən ibarət sərginin açılışı olub.

Sumqayit.tv xəbər verir ki, Mədəniyyət Nazirliyi, TÜRKSOY və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşan tədbirdə kitabxananın direktoru Kərim Tahirov çıxış edərək ölkəmizdə Nizami Gəncəviyə həsr edilmiş silsilə tədbirlərdən və rəhbəri olduğu qurumun bu istiqamətdəki fəaliyyətindən söz açıb.
K.Tahirov vurğulayıb ki, Prezident İlham Əliyevin bu ili “Nizami Gəncəvi İli” elan etməsi ilə bağlı imzaladığı müvafiq Sərəncama uyğun olaraq ölkədə Nizami Gəncəvi Beynəlxalq Festivalı keçirilir: “Bu sərgi sözügedən festival çərçivəsində gerçəkləşib. Cari ildə ölkədə dahi şairin yaradıcılığına həsr edilmiş çoxsaylı tədbirlər keçirilib. Eyni zamanda, “Nizami Gəncəvi İli” çərçivəsində Milli Kitabxanada da silsilə tədbirlər təşkil olunub. Biz dahi şairin bir çox əlyazmalarını digər ölkələrdən Milli Kitabxanaya gətirmişik. Ümid edirəm ki, həmin əlyazmalar tədqiq edildikdən sonra Nizami irsi daha da dərindən öyrəniləcək, çox mətləblər üzə çıxacaq”.
Kərim Tahirov əlavə edib ki, sərgidə təqdim edilən miniatürlər ilk dəfə nümayiş edilir.
Mədəniyyət Nazirliyinin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Akif Marifli çıxış edərək Nizami Gəncəvi yaradıcılığının zənginliyindən söz açıb. Nazirlik rəsmisi qeyd edib ki, təmsil etdiyi qurum dahi şairin 880 illiyi münasibətilə çoxsaylı tədbir, sərgi, festival və təqdimatlar təşkil edib və bu yöndə addımlar davam edir. A.Marifli sərginin əhəmiyyətindən danışaraq, zəhməti keçən hər kəsə təşəkkür edib.
Xalq rəssamları Arif Hüseynov və Sirus Mirzəzadə “Nizami Gəncəvi İl” çərçivəsində keçirilən tədbirlərdən bəhs edib, sərgi ilə bağlı fikirlərini bölüşüblər.
Sonra qonaqlar sərgi ilə tanış olublar.

22-11-2021, 12:23 225

Digər xəbərlər

Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 12:09
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
1 2 3 4 5 6 7 8 9 10 ... 964