“Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının təqdimatı keçirildi

Qətərin paytaxtı Doha şəhərində keçirilən Beynəlxalq Kitab Sərgisində Azərbaycan povilyonunda dahi Azərbaycan şairi Nizami Gəncəvi haqqında böyük rus şərqşünas alimi E.Bertelsin ötən əsrin 40-cı illərində yazdığı “Böyük Azərbaycan şairi Nizami Gəncəvi” kitabının Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxana tərəfindən ərəb dilinə tərcümə olunaraq çap olunmuş nəşrinin təqdimatı olmuşdur. Mərasimi Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Nizami Gəncəvinin Azərbaycanın bəşər mədəniyyətinə bəxş etdiyi ən qüdrətli dühalardan biri olduğunu vurğulayaraq, böyük şairi 900 ilə yaxın bir müddət ərzində ürəklərdə yaşadan əsas amilin məhz onun öz əsərlərində ümumbəşəri ideyaları, mənəvi dəyərləri, xalqlar arasında dostluğu, insanlar arasında bərabərliyi və digər mənəvi dəyərləri tərənnüm və təbliğ etməsindən ibarət olduğunu bildirmışdir. Natiq bu gün həm də bir il öncə xalqımızın 30 illik həsrətinə son qoyan, Ali Baş Komandan, hörmətli cənab Prezidentimizin müzəffər rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində böyük Zəfər qazanan Azərbaycan ordusunun tarixi qəhramanlığından, xalqla Prezidentin möhkəm birliyindən bəhs edən “Dəmir yumruğun gücü”  adlı kitabın Avrasiya Mətbuat Fondunun dəstəyi ilə ərəb dilində nəşrinin və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun ərəb dilində nəşr etdiyi “Azərbaycanın qadın ziyalıları” kitabları da ərəb ictimaiyyətinə  təqdim olunduğunu diqqətə çatdırmışdır.
Sonra çıxış edən Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli belə möhtəşəm beynəlxalq sərgidə 3 mühüm kitabın eyni zamanda təqdim olunmasını böyük hadisə hesab edərək bunların məhz Azərbaycan həqiqətlərinin dünyada təbliği istiqamətində Mədəniyyət Nazirliyinin Milli Kitabxana ilə birgə həyata keçirdiyi uğurlu layihələrdən biri olduğunu qeyd edərək, Milli Kitabxananın direktoru K.Tahirova, Türk Mədəniyyəti və irsi Fondunun prezidenti G.Əfəndiyevaya və hər iki kitabın tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Əhməd Samiyə və Azərbaycanın Qətərdəki səfirliyinin əməkdaşlarına təşəkkürünü bildirmişdir. Sonra tədbirdə Qətər Milli Kitabxanasının direktoru,  səfirliyin nümayəndəsi və Qətərdə yaşayan və işləyən mütəxəssislər çıxış etmişlər. Tədbirin sonunda hər üç kitabın nüsxələri tədbir iştirakçılarına paylanmış və onlar Azərbaycandan gətirilmiş milli mətbəxinəmizin ləziz nümunələrinə qonaq edilmişlər. Qətər Beynəlxalq Kitab Sərgisi yanvarın 22-dək davam edəcəkdir.


17-01-2022, 14:45 183

Digər xəbərlər

Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 12:09
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
1 2 3 4 5 6 7 8 9 10 ... 964