“Ruhumun ünvanı Şuşa!” rəsm müsabiqəsinə start verilir


Təhsil Nazirliyinin sistemində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında “Ruhumun ünvanı Şuşa!” adlı respublika rəsm müsabiqəsinə start verilir. Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə keçirilən müsabiqə  3 fevral – 16 mart tarixlərini əhatə edir. 

Müsabiqənin məqsədi Şuşa şəhərinin zəngin abidələrini, memarlıq komplekslərini, göz oxşayan füsunkar  təbiətini, işğal və inkişaf dövrünü uşaq və gənclərin yaddaşına həkk etmək, milli  mədəniyyəti və incəsənəti təbliğ etmək, xüsusi istedada malik olan uşaq və gənclərin yaradıcılıq potensialını inkişaf etdirmək və yeni istedadları üzə çıxarmaqdan ibarətdir.

Müsabiqə 3 yaş qrupu üzrə (7-10, 11-15, 16-20 yaş) 2 mərhələdə keçirilir: 

I mərhələ- 3 fevral - 10 mart 2022-ci il - Bu mərhələdə Bakı şəhərində və regionlarda yerləşən ümumtəhsil məktəblərinin  və uşaq-gənclər inkişaf mərkəzlərinin daxilində yaradılmış təşkilat komitəsi tərəfindən hər üç yaş qrupu üzrə seçilmiş rəsmlər və iştirakçı barədə məlumat etiketə qeyd edilməklə (adı, soyadı, ata adı, təvəllüdü, təmsil etdiyi müəssisə, şəhər, çəkdiyi rəsmin adı, müəllimin və ya dərnək rəhbərinin adı və soyadı rəsmin arxasında yuxarı sol küncə) Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin elektron ünvanına ([email protected]) və  (Azərbaycan, Bakı şəhəri, Nəsimi rayonu 2-ci mikrorayon, Hüseyn Seyidzadə küçəsi 27, AZ 1111  (9 nömrəli tam orta məktəbin binası)) poçtla göndərilməlidir.

II mərhələ -11 mart - 16 mart 2022-ci il – Yekun mərhələdə qaliblər münsiflər heyəti tərəfindən seçilir.

Müsabiqə üzrə tələblər aşağıdakılardır:
- Müsabiqəyə mövzuya uyğun Azərbaycanın qədim şəhəri  Şuşanın vəsfini özündə əks 
etdirən rəsmlər təqdim olunmalıdır;
- Təqdim olunan rəsm əsərləri A3 formatda işlənməlidir;
- Rəsmin işlənmə texnikası sərbəstdir; (quaş, sulu boya, rəngli qələmlər, kollaj, yağlı boya və s.);
- Müsabiqədə bir müəllif  1 rəsmlə iştirak edə bilər;
- Müsabiqəyə qatılan təhsil müəssisəsi hər yaş qrupu üzrə 1 rəsm işi təqdim etməlidir;
- Müəllif haqqında məlumatlar etiket nümunəsinə uyğun çap olunub rəsmin arxa tərəfində sol küncünə yapışdırılmalıdır;
-  Müsabiqəyə təqdim olunan rəsm əsərləri geri qaytarılmır. 
- Müsabiqənin birinci mərhələsinin qalibləri respublika mərhələsində münsiflər heyətinin qarşısında müsabiqənin mövzusuna uyğun təyin olunmuş müddətdə rəsmlər çəkəcək. Həmin müddətdə çəkilən işlərin qiymətləndirilməsi aparılmaqla, müsabiqənin qalibləri müəyyən ediləcək. 

Müsabiqənin I, II, III yerin qalibləri və fəal iştirakçılar Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin diplom və sertifikatları ilə təltif olunacaqlar. 

Qeyd edək ki, müsabiqə ilə bağlı sualı olanlar (+994) 12 568 42 19 və (+994)  55 539 55 22 telefon nömrələri ilə əlaqə yarada bilərlər.

27-01-2022, 12:57 352

Digər xəbərlər

Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Bu gün, 12:09
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
1 2 3 4 5 6 7 8 9 10 ... 964