Anar Kərimov Lənkəranda mədəniyyət müəssisələrinə baxış keçirib


Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov martın 10-da Lənkəran şəhərində səfərdə olub, bir sıra mədəniyyət müəssisələrinə, tarixi abidələrə baş çəkib.

Sumqayit.tv xəbər verir ki, “Kiçik bazar” məscidini də ziyarət edən Anar Kərimova dini abidə haqqında məlumat verilib. Bildirilib ki, 1906-cı ildə inşa edilən məscid indiyədək əvvəlki görkəmini qoruyub saxlayıb, hazırda dövlət tərəfindən mühafizə olunur. Sonra nazir “Kiçik bazar” və Hacı Mirzə hamamlarının cari vəziyyəti ilə tanış olub.
Səfər çərçivəsində nazir həmçinin Lənkəran şəhər Cəfər Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbində olub. Nazirə məlumat verilib ki, təhsil ocağı 1957-ci ildən fəaliyyət göstərir. 53 sinif otağı olan məktəbdə xalq çalğı alətləri orkestri, balaban, kamança, qarmon, xanəndələr, qanun, nağara ifaçıları ansambılları, həmçinin “Cənub qızlar”, “Buta” folklor ansamblı, birləşmiş xor və s. fəaliyyət göstərir.
Nazir məktəbin “Buta” ansamblının ifasında “Qədim düyü bayramı” kompozisiyasını və xor kollektivinin çıxışını izləyib.
Mədəniyyət naziri Lənkəran şəhər Mərkəzi Kitabxanası və Həqiqət Rzayeva adına 2 nömrəli Uşaq Musiqi Məktəbinin fəaliyyəti ilə tanış olub. Məktəbin foyesində həmin məktəbin müəllimi Mirəhməd Kərimov və birləşmiş xor kollektivinin ifasında musiqili kompozisiya təqdim olunub. Daha sonra nazirə məktəbin fəaliyyəti barədə məlumat verilib.
Mədəniyyət naziri Anar Kərimov 10 mart - Milli Teatr Günündə Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına baş çəkib, teatrın fəaliyyəti ilə tanış olub. Nazir həmçinin teatrın truppasının ifasında “Şuşa İli”nə həsr olunan “Haqqın 44 günü” tamaşasının premyerasını izləyib.
Sonda Lənkəran şəhər Mədəniyyət Mərkəzinə baxış keçirilib. Mərkəzdə sənətkarların işləri ilə tanış olub.
 
***
Lənkəran şəhərində səfərdə olan mədəniyyət naziri Anar Kərimovun iştirakı ilə şəhər Mədəniyyət Mərkəzində Lənkəranda çalışan mədəniyyət və incəsənət işçiləri ilə görüş keçirilib.
Nazir diqqətə çatdırıb ki, səfərin əsas məqsədi regionlarda mədəniyyət müəssisələrinin fəaliyyəti ilə tanış olmaq, mövcud imkanları müəyyənləşdirmək, mədəniyyət və incəsənət sahəsində fəaliyyət göstərən şəxsləri nazirliyin prioritetləri və qarşıya qoyulan məqsədləri barədə yerində məlumatlandırmaq və həmin şəxsləri nazirlik tərəfindən aparılan islahatlara birbaşa cəlb edərək mədəniyyət sahəsinin dayanıqlı inkişafına töhfə verməkdir.
Görüşdə mədəniyyət sahəsinin inkişafı ilə əlaqədar qarşıda duran vəzifələrdən bəhs edilib, bu sahədə çalışan işçilərin peşəkarlıq səviyyəsinin, təşəbbüskarlığının artırılmasının ümumi inkişaf üçün əhəmiyyəti vurğulanıb.
Görüşdə mədəniyyət müəssisələrində mövcud olan problemlərdən söz açılıb, bununla bağlı təkliflər dinlənilib. Nazir problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıq və tövsiyələrini verib.
Görüşdən sonra Mədəniyyət Mərkəzinin konsert proqramı təqdim olunub.
Konsertdə mərkəzin "Babalar" xor və rəqs qrupu, “Ay Lolo” Folklor rəqs qrupu çıxış edib. Lənkəran şəhər C.Cabbarlı adına 1 nömrəli Uşaq Musiqi Məktəbi şagirdlərinin ifasında “Azərbaycan” musiqili kompozisiyası maraqla qarşılanıb.



11-03-2022, 15:27 398

Digər xəbərlər

Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 12:09
12-07-2025, 20:06
12-07-2025, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
1 2 3 4 5 6 7 8 9 10 ... 964