Senatın Bakıya qarşı qətnaməsi: hansı təsiri olacaq?











ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, millət vəkili Azay Quliyevin Axar.az-a müsahibəsi:
- Azay müəllim, bu gün Fransa Senatında Ermənistana qarşı “təcavüzkar hərəkət”lərə görə Azərbaycana qarşı sanksiyaların tətbiqini tövsiyə edən qətnamə müzakirəyə çıxarılacaq. İlkin qiymətləndirmələrə görə, qətnamənin qəbulu ehtimalı yüksəkdir.
- Təəssüflər olsun ki, Fransa həm bütün parametrlərlə beynəlxalq hüquq qarşısında üzərinə götürdüyü öhdəlikləri pozur, həm də sübut edir ki, bu ölkə üçün ədalət, prinsipial mövqe, haqlının yanında durmaq kimi anlayışlar yoxdur. Bizim üçün Fransanın atdığı addım heç də təəccüblü deyil. Çünki Vətən müharibəsindən dərhal sonra Fransa parlamentinin aşağı palatası və Senatı 26 noyabr 2020-ci ildə “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti” adlı bədnam bir qətnaməni qəbul edərək hökumətdən “dqr”in tanımasını tələb edib. Baş verənlər bir daha onu göstərir ki, Fransa kimi böyük bir dövlət bir ovuc erməni lobbisinin əlində oyuncağa çevrilib. Fransa özünün Mərakeş, Əlcəzair, Tunis və digər Şimali Afrika ölkələrindəki cinayətkar keçmişini unudur və belə bir qaranlıq keçmişə sahib olan ölkə qətnamə qəbul edərək Azərbaycanı təcavüzkar kimi qələmə vermək istəyir. Fransa BMT TŞ-nin daimi üzvlərindən biri kimi 1993-cü ildə qəbul olunan məlum qətnamələrin lehinə səs versə də, onların icrası üçün heç bir şey etmədi, üstəlik Minsk Qrupunun həmsədrlərindən biri kimi Ermənistanın xalqımıza qarşı otuz il boyunca həyata keçirdiyi etnik təmizləmə, soyqırım siyasətinə, Bərdənin, Tərtərin və Gəncənin qadağan olunmuş silahlarla atəşə tutulmasına göz yumdu. Fransa siyasətçiləri və millət vəkilləri özlərini o qədər nüfuzdan salıblar ki, əminəm, əgər bəhs etdiyimiz qətnamə qəbul edilsə, beynəlxalq aləm yenidən bu ölkə parlamentinin düşdüyü rəzil vəziyyətin şahidi olacaq.
- Fransa Prezidenti Makron bir tərəfdən cənab İlham Əliyevə zəng edərək Qarabağ məsələsinin həllində vasitəçi olmağa davam etmək istədiyini bəyan edir, digər tərəfdən isə Milli Assambleyada belə bir qətnamənin müzakirəsi və qəbulu üçün hazırlıq gedir. Bu necə ola bilər?
- Makron yalnız Azərbaycanla bağlı deyil, ümumiyyətlə, Avropa siyasəti ilə əlaqədar atdığı addımlarla qeyri-ciddi dövlət adamı imicini formalaşdırıb. O, hazırda bir tərəfdən İtaliya ilə ziddiyyətə girir, digər tərəfdən Ukrayna ilə bağlı qeyri-səmimi mövqe sərgiləyir, gizli danışıqlar aparır və s. Təxminən bir ay öncə Makronun “France2” telekanalına müsahibəsi zamanı ölkəmizə qərəzli münasibətinin hamımız şahidi olduq. Makron müsahibə zamanı Azərbaycanı öz ərazisinə hücum etməkdə günahlandıracaq qədər aşağı səviyyəyə endi. Baxın, cənab İlham Əliyev özünü necə qürurlu apardı. Ölkə başçısı MDB Dövlət Başçıları Şurasının Astanada keçirilən iclasında tutarlı və məntiqli çıxışı ilə Makronun ittihamlarına qəti və kəskin şəkildə etirazını bildirdi. Ən son 12 noyabrda Makron cənab Prezidentə zəng vuraraq çox güman ki, verdiyi müsahibədə səsləndirdiyi fikirlərə aydınlıq gətirməyə çalışıb, bəlkə də səhv etdiyini deyib və yenə də heç nə olmamış kimi Fransanın Ermənistan və Azərbaycan arasındakı müzakirələrdə moderator rolunu davam etdirmək istədiyini bildirib. Yəqin ki, Makron rəsmi Bakı və İrəvan arasında danışıqların yaxın həftələrdə keyfiyyət baxımından yeni mərhələyə qədəm qoyacağını hiss edib və özünü xatırlatmaq üçün belə bir addım atıb. Bir tərəfdən də Makronun partiyasının parlamentdə qəbul etmək istədiyi qətnamə var. Fikrimcə, Fransa dövləti özünün düşdüyü vəziyyəti nəzərdən keçirməlidir.
- Sizcə, qətnamə qəbul edildiyi təqdirdə onun ölkəmizə hansı təsirləri ola bilər?
- Birincisi, vurğulamaq istəyirəm ki, qətnamənin qəbul edilməsinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Qətnamə hökumətə tövsiyə xarakterlidir. Mən Fransa hökumətinin, dövlət orqanlarının bu sərsəm qətnaməyə əməl edəcək qədər ağıllarını itirəcəyini inanmıram. Çünki Fransanın ölkəmizdə iqtisadi maraqları var və bu ölkənin neft şirkətləri Azərbaycanda pul qazanır. Əgər Fransa Milli Assambleyasında sözügedən avantürist addım atılsa belə, əmin olun ki, bundan ancaq onlar özləri itirəcək. Bizim işimiz haqq işidir və artıq zəfər qazanmışıq, diplomatik fəaliyyətimizlə də öz hədəfimizə addım-addım irəliləyirik, buna mütləq çatacağıq. Belə bir qətnamə isə yalnız ürək bulandırır və beynəlxalq ictimai fikri dəyişdirmək məqsədi güdür. Azərbaycan öz suveren ərazilərində Ermənistanın işğalına, təcavüzünə son qoyub və təxribatlarının qarşısını alıb. Ordumuz mülki insanlarımızı, yaşayış məntəqələrimizi atəşə tutan Ermənistanın mövqelərini neytrallaşdırıb. Baş verən budur. Azərbaycan öz ərazilərini işğaldan azad edib və Ermənistanın hücumlarının cavabını verib. Belə olan halda məsələni bu qədər şişirtmək və Azərbaycanın üstünə gəlmək Fransa kimi bir dövlət üçün biabırçılıqdır.

15-11-2022, 13:20 131

Digər xəbərlər

Dünən, 15:46
Dünən, 15:39
Dünən, 15:32
Dünən, 11:42
Dünən, 11:38
Dünən, 11:35
Dünən, 11:23
Dünən, 09:32
3-10-2024, 16:19
3-10-2024, 15:44
3-10-2024, 15:38
3-10-2024, 13:06
3-10-2024, 12:31
3-10-2024, 11:36
3-10-2024, 11:30
3-10-2024, 11:27
3-10-2024, 11:20
2-10-2024, 23:42
2-10-2024, 17:28
2-10-2024, 16:55
2-10-2024, 13:06
2-10-2024, 13:03
2-10-2024, 13:01
2-10-2024, 12:57
2-10-2024, 12:51
1-10-2024, 22:46
1-10-2024, 18:40
1-10-2024, 18:32
1-10-2024, 15:47
1-10-2024, 15:46
1-10-2024, 15:43
1-10-2024, 15:29
1-10-2024, 15:26
1-10-2024, 11:27
30-09-2024, 22:29
30-09-2024, 15:58
30-09-2024, 12:52
28-09-2024, 13:18
28-09-2024, 12:05
27-09-2024, 22:02
1 2 3 4 5 6 7 8 9 10 ... 890