"Atatürk də bunu çox vacib bilirdi, Qarabağ məsələsi..." - Türk professordan önəmli açıqlamalar


İstanbul Universitetinin prorektoru, professor İlyas Topsakal Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- İlyas müəllim, Yunus Əmrə İnstitutunun Bakı nümayəndəliyinin dəstəyi ilə "I Turan Kitab Festivalı" festivalında iştirak etdiniz. Ölkəmiz haqqında təəssüratlarınızı eşitmək istərdik.
- Azərbaycana tez-tez gəlirəm. "I Turan Kitab Festivalı" çərçivəsində kitab sərgisində iştirak etdim. 30 il əvvəl də Azərbaycanda olmuşam. Azərbaycanın bu illər ərzində necə inkişaf etdiyini və yeni dünya nizamı ilə ayaqlaşdığını kitab sərgisindən də görürük, uşaq kitabları, romanların dəyişməsindən də hiss edirik. Vaxtilə xüsusən tarix sahəsində dar çərçivədə və müəyyən kontekstdə kitablar çap olunardı. Son illərdə Azərbaycanda tarix, ədəbiyyat və mədəniyyət sahəsində çoxsaylı əsərlərin yazılıb, nəşr olunduğunu müşahidə edirəm. Bu, Azərbaycan üçün önəmlidir, eyni zamanda mədəniyyət tarixi üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki Azərbaycan türk dünyasında və türk dövlətləri arasında körpü rolunu oynayır. Burada nəşr edilən hər bir kitab, eyni zamanda, Türkiyə başda olmaqla, Qərbdə və Şərqdə olan türk ölkələri bu coğrafiyada birləşdikləri üçün bundan təsirlənirlər. Bütün bunlar məni sevindirir. Nəşriyyatlardakı inkişaf və kitab sevgisi bizi ümidləndirir.
- Bu il Türkiyə Cümhuriyyətinin 100-cü ildönümdür. Bir tarixçi olaraq yüz ili necə dəyərləndirirsiniz?
- Əvvəlcə, onu qeyd edim ki, dünyada altı türk dövlətinin olduğu barədə düşünməyi düzgün hesab etmirəm. Türk dünyası deyəndə mədəniyyət fərqlərinə görə, şərq və qərb türklərinə ayırıram. Qərb türkləri dedikdə Azərbaycandakı və Azərbaycanın qərbində yaşayan türkləri, şərqi türklər dedikdə isə Azərbaycanın şərqində yaşayan türkləri nəzərdə tuturam. Azərbaycan türk ölkələri arasında körpü rolunu oynayır. Bu, Azərbaycan üçün çox önəmli mövqedir. 100 il ərzində itirdiklərimiz ilə yanaşı qazandıqlarımız da var. 200 il əvvələ nəzər yetirəndə görürsən ki, hər kəs bir-biri ilə eyni kitabları oxuyur, eyni hissləri yaşayır. Məktəblərin dərslikləri, təhsil metodları və dil eyni idi. Azərbaycan tarixinin 150 il əvvəlki vaxtına nəzər salsaq görərik ki, Anadolu, Özbəkistan, Qazaxıstan, Mərv, Səmərqənd, Qazan, Baxçarayda və s. hər şey eynidir, cağatay ləhcəsi, osmanlı türkcəsi var. Azərbaycanlılar osmanlı türkcəsiylə, Özbəkistan isə cağatay ləhcəsiylə danışır. Bütün ölkələrdə 150 il əvvəl və 1890-1917 illərdə çox böyük itki olub. Çünki sistem dəyişmişdi, 100 il səkkiz-doqquz nəsil üçün böyük itkidir. Çünki onlar öz keçmişlərini bilmirlər. Bu hal hamımız üçün keçərlidir. Bu, Türkiyəyə də təsir etmişdi, çünki Türkiyə də bir müddət qərbdə tək qalmışdı. Azərbaycan da 30 il bunu yaşadı. 1992-ci ildə Azərbaycana gəlmişdim, dissertasiya işimi burada müdafiə etmişəm. Demək olar ki, bütün türk ölkələrində işləmişəm. Azərbaycan və Azərbaycan türklüyünün bu mədəniyyətin ortaya çıxmasında böyük təsiri var. Hər zaman deyirəm ki, Şərq və Qərbdə bütün məlumatı bilən nəsillər buradadır. Məsələn, biz ilk dəfə buraya gələndə rus dilini bilmirdik, azərbaycanlılar tərcüməçilik etdilər.

- Qarabağ müharibəsində Türkiyə Azərbaycana dəstək olub, sülh müqaviləsinin bağlanmasına ümid edirik. Sizcə, beynəlxalq təşkilatların Ermənistana təzyiq göstərməməsinin səbəbi nədir?
.
- Əslində Qarabağ məsələsi bu günün mövzusu deyil. Hətta Mustafa Kamal Atatürkün hakimiyyət illərində Qurtuluş savaşımız dönəmində də aktual olub. Anadoludakı türklər, Ağaoğlu nəsli Türkiyə Cümhuriyyətini qurarkən Azərbaycanda da bir dövlət qurulmasını vacib hesab ediblər. Çünki Azərbaycanda türk dövləti olmasaydı, Türküstanla əlaqəsi kəsiləcəkdi. Eləcə də Türkiyə Cümhuriyyətinin də bir mənası qalmırdı. Ona görə Azərbaycan ərazisində türk dövlətinin olması çox önəmlidir. Mustafa Kamal Atatürk də bunu çox vacib hesab edib. Qarabağ məsələsində də Qarabağ və Güney Azərbaycanda yaşayan müsəlmanların yeni qurulan Azərbaycan dövlətinin daxilində olması böyük bir strateji gərəklilik idi. Bu haqda da məlumat bütün sənədlərdə var. Qarabağ Azərbaycanın öz torpağıdır. Bu torpağın Azərbaycandan qopardılması bu deməkdir ki, Azərbaycanı Bakı və Xəzərin ətrafı ilə sərhədləndirib, qərbdəki türklərlə əlaqəsini kəsmək və onu orada təkləmək və erməniləri gətirmək... Türkiyənin də hər kəslə əlaqəsi kəsilər. Bu hal indi də belədir, yüz il əvvəl və 900 il əvvəl də belə olub. 500 il əvvəl də bunu bildikləri üçün Azərbaycanın öz tarixi torpaqlarının qaytarmasının qarşısının alınması üçün edilib. Ona görə orada Ermənistan dövləti qurulub. Buna görə İran və sair kimi ölkələr Ermənistanı dəstəkləyirlər və Azərbaycanın bu bölgədə haqqını almasının qarşısını almağa çalışırlar. Amma Türkiyə 100-200-500 il əvvəl də qardaş ölkə Azərbaycanın yanında olub, birliyi və bütövlüyü Azərbaycan ilə birlikdə təmin etmək istəyir. Beləliklə, Qarabağ məsələsində Türkiyə sonuna qədər Azərbaycanın yanında olub və bundan sonra da olacaq. Çünki bu sadəcə Azərbaycanın deyil, eyni zamanda Türkiyənin, Qazaxıstanın, Qırğızıstanın və digər türk dövlətlərinin məsələsidir. Niyə? Çünki o bölgədə Azərbaycan türkləri yaşayır. Bir milyondan çox məcburi köçkün var. Onlar hardan gəliblər?! Şuşadan, Xankəndidən, Laçından və Qarabağın bölgələrindən güclə çıxarılıblar. Azərbaycanlılara qarşı qətliam törədilib. İşğaldan azad edilən evlərə baxın... Şuşaya gedərkən, evləri gördüm. Ermənilər evlərin daşına qədər satıblar. Daşı-daş üstə qoymayıblar. Bu faciənin törədilməsini hamımız görürük. Azərbaycan öz haqqını qoruyacaq. Azərbaycanın Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan kimi qardaş ölkələri var. Onlar da Azərbaycanın haqq davasında yanında olacaqdır.
- Necə düşünürsünüz, Rusiya-Ukrayna müharibəsi necə nəticələnəcək?
- Beş il əvvəl də məqalələrimdə bu müharibənin baş tutacağını, müharibənin qarşısını alınması üçün hansı addımların atılmasının lazım olduğu barədə yazmışam. Rusiyaya qarşı təxribat törədilməməli idi. Çünki Rusiyaya 1991-ci ildən Maltada, Cenevrədə, İsveçrədə sözlər verilmişdi. Vaxtilə Rusiya o bölgədə narahat edilməməli idi. Təbii ki, qərblilər oradan Kolonya, Belarusiya və Ukrayna o bölgəni Avropa Birliyindən alıb, NATO-ya daxil etmək istəyirlər. Ruslar da siyasi olaraq öz ölkələrini təhlükəyə qoymamaq üçün bu siyasətə qarşı idilər. Rusların ilk siyasi sənədi 2010-cu ildə təqdim edildi. Biz 2011-ci ildən 2020-ə qədər araşdırdıq. Hazırkı strateji vəziyyətə görə bu savaş davam edəcək. Çünki ruslar savaşdan sonra Luqansk, Donbas və Mariupulu işğal etdilər və ora yerləşdilər. Ukrayna bunu qəbul etmir. Ruslar da öz təhlükəsizliyi üçün oraya getdiyini və xalqını qoruduğunu iddia edir. Beləliklə, vasitəçilik etmək lazımdır. Türkiyə və Azərbaycan da bu məsələdə kömək edir. Amma görünür ki, bu müharibə asanlıqla bitməyəcək. Rusiya-Ukrayna müharibəsinin daha da böyüyəcəyini düşünürəm. Ona görə də diqqətli olmaq lazımdır. Biz sülh tərəfdarıyıq.
- Sizin bir çox kitablarınız var, "Rusya tarihi", "İdil bulgarları ve islamiyet", "Rus çarlığı ve türkler", "Sibirya Tarihi" və s. Qarabağ tarixiylə bağlı kitab yazmaq istəyərsinizmi?
- Qarabağ tarixindən bəhs edən başqa bir əsər yazıb-yazmayacağım barədə hələlik bir söz deyə bilmərəm. Bizim komandalarımız var. Xüsusilə, professor Okan Yeşilot Qafqaz xalqlarından bəhs edən əsərləri var və tələbələrə də bu mövzuda mühazirələr deyir. Mənim Qarabağa aid məqaləm var, "Naxçıvan koridoru". Qarabağ tarixinə aid yazmamışam, fikrimcə, bu barədə Qafqaz bölməsi yazmalıdır.

27-01-2023, 11:58 118

Digər xəbərlər

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Bu gün, 12:39
Bu gün, 12:32
Bu gün, 11:50
Bu gün, 11:41
Bu gün, 11:34
Bu gün, 11:31
Bu gün, 10:24
Bu gün, 10:10
Bu gün, 10:00
Bu gün, 09:00
Dünən, 19:29
Dünən, 11:07
Dünən, 10:53
Dünən, 10:46
Dünən, 10:16
Dünən, 10:01
Dünən, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
15-11-2024, 13:47
15-11-2024, 13:37
1 2 3 4 5 6 7 8 9 10 ... 903