Deputatın əmisinin başına DƏHŞƏTLİ HADİSƏ GƏLİB: "Erməni qonşusu..." - VİDEO

 

Qərbi Azərbaycan İcmasının nümayəndəsi, Milli Məclisin deputatı Kamal Cəfərov Strasburq şəhərində keçirilən Dünya Demokratiya Forumunda “Münaqişələrin yeni həll yolları” adlı plenar sessiyada çıxış edib.
Musavat.com xəbər verir ki, o, Qərbi azərbaycanlıların keçdiyi əzablardan və Ermənistan Hökumətinin icmanın fəaliyyətinə qarşı başlatdığı qarayaxma, həmçinin təzyiq kampaniyasından danışıb.
Kamal Cəfərov İcmanın Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlar tərəfindən təsis edildiyini vurğulayıb və əmisinin başına gələn dəhşətli hadisələrdən söz açıb:
WhatsApp Image 2023-11-07 at 18.52.59 (1).jpeg (423 KB)
"Bu gün biz xalq səviyyəsində sülh quruculuğu təşəbbüslərini, ölkə rəhbəri səviyyəsində aparılan yanaşmaların potensial üstünlüklərini müzakirə edirik. Mənim adım Kamaldır, Qərbi Azərbaycan İcmasını təmsil edirəm. Bizim İcma Ermənistandan qovulmuş azərbaycanlı qaçqınlar tərəfindən təsis edilib. Ona görə də əmimin həyatda yaşadığı ən böyük şoku sizlərlə paylaşmaq istəyirəm.
Mənim əmimin adı Elxandır. O, digər ailə üzvlərimlə birgə Ermənistanın Kərkibaş kəndində anadan olub. Erməni məktəbində riyaziyyat müəllimi olub. 1988-ci ilin noyabr ayının əvvəlləri idi. Hava demək olar belə, ancaq bundan da soyuq olub. Əmim məktəbə gedib. Elə həmin gün aylıq əməkhaqqısını almalı imiş. Ancaq məktəb direktoru ona deyib ki, heç bir əməkhaqqı olmayacaq. Məktəbi və evini tərk eləsin. Əmim təcili evinə gəlib və kəndin hər yerində polislərin olduğunu görüb. Onlara deyilib ki, dərhal evi tərk etsinlər. Onlar buna məcbur ediliblər.
Ermənistandan Azərbaycana yol uzaq olduğundan əmim yola ərzaq götürmək üçün tövləyə gedib. Tövləyə daxil olanda bütün bu kədərin içində çox kiçik olsa da, rahatlıq tapıb. Çünki uşaq vaxtından bir yerdə böyüdüyü erməni qonşusunu görüb. Ancaq o erməni qonşusu ilə görüşəndən sonra həyatının ən böyük şokunu yaşayıb. Erməni qonşusu ona deyib ki, bu tövlə və ərzaqlar artıq ona məxsusdur, təcili buranı tərk etsin.
Bütün bunlar Hollivud filmindən bir səhnə kimi görünə və ya səslənə bilər. Ancaq bunlar realdır. Mənim əmim, atam və qohumlarımdır".
Deputat vurğulayıb ki, bütün bu faktlar BMT-nin müvafiq qurumları tərəfindən rəsmiləşdirilib:
"Belə ki, 1993-cü ilin 20 dekabr tarixində BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycandakı qaçqınlara və məcburi köçkünlərə təcili beynəlxalq yardımın göstərilməsi” adlı qətnamə yekdilliklə qəbul edilib. Bu qətnamə Azərbaycanda olan qaçqın və məcburi köçkünlərin sayının bir milyondan çox olduğunu təsdiq edən ilk beynəlxalq sənəddir.
Bu məsələlər sizə maraqlı müzakirə mövzusu kimi görünə bilər, ancaq baş verənləri təsəvvür etmək çox çətindir.
Bu gün Ermənistan hökuməti bizim dialoq çağırışımıza cavab vermək, bizim geri qayıdış hüququmuzu tanımaq əvəzinə, bizim icmamızın fəaliyyətinə qarşı misli görünməmiş qarayaxma və təzyiq kampaniyasına başlayıb. Nə üçün? Çünki biz Avropa Şurasının İnsan hüquqları üzrə Komissiarı xanım Miyatoviçlə görüşmüşük. Çünki biz bütün beynəlxalq platformalarda bu məsələləri qaldırırıq.
Əziz panelistlər, sizcə, ölkə rəhbərliyi səviyyəsində sülh quruculuğuna dəstək olmadan xalq səviyyəsində təşəbbüslərin bir mənası varmı? Sizin təcrübələriniz bizə necə kömək edə bilər?"


8-11-2023, 09:00 227

Digər xəbərlər

Sumqayıtın tanınmış həkimi Cəbrayıl Əlinağıyev vəfat etdi

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Dünən, 13:50
Dünən, 11:03
Dünən, 10:51
20-10-2025, 23:57
20-10-2025, 21:42
20-10-2025, 17:51
20-10-2025, 12:16
20-10-2025, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
1 2 3 4 5 6 7 8 9 10 ... 972