Mən bir həkim tanıdım... - FOTO



1940-cı il, 27 yanvar. Adi günlərdən biri. Bu adi gündə Zəngilan rayonunun Keçikli kəndində sadə insan, gənc ailə başçısı Allahqulu Bağırovun sevincinin həddi – hüdudu yox idi.  Onun oğul övladı dünyaya gəlmişdi. Ailə sevinc içində idi. Oğlanın adını Tofiq qoydular. O vaxt Allahqulu nə biləydi ki, gəlişi ilə ailəyə sevinc bəxş edən bu uşaq gələcəkdə minlərlə insanın sevimlisinə çevriləcək, onlara Allahın bəxş etdiyi ömrü sağlam keçirməyə, xəstəliklərə qalib gəlməyə kömək edəcək. Balaca Tofiq isə qayğı və məhəbbətlə əhatə olunaraq böyüyürdü. O böyüdükcə arzuları da böyüyürdü. Gecələr yatağına uzananda gözlərini yumur, xəyalında özünü ağ xalatda, köməyə ehtiyacı olan xəstələrin yanında görürdü. Səhər isə...Səhər isə xəyalında yaratdığı səhnələri reallığa çevirmək üçün çalışır, çalışırdı. Ən yaxın dostları isə kitablar idi.
Nəhayət, 1957-ci ildə orta məktəbi bitirən Tofiq arzularının qanadında Bakıya gəldi və  iki il Bakı Tibb məktəbində təhsil alaraq oranı 1959-cu ildə əla qiymətlərlə bitirdi. 1959-1962-ci illərdə isə hərbi xidmət keçir və orada tibb müəssisəsində felşer kimi fəaliyyət göstərir.
Hərbi xidmətdən sonra onun tibbə olan həvəsi yolunu ali məktəbdən salır, 1962-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun Müalicə profilaktika fakültəsinə daxil olur və 1968-ci ildə ali təhsilni bitirir. Sonralar öz doğma yurdunda - Zəngilan rayonunda kənd xəstəxanasının baş həkimi işləyir. Etimadı doğruldan T. Bağırov 1971- 1972-ci illərdə Zəngilan Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini vəzifəsində çalışır. 1972-1974-cü illərdə Bakı Onkoloji Mərkəzdə ordinaturanı bitirir.
Həyat  onun  əmək  fəaliyyətini  bu dəfə  Sumqayıtdan salır. Belə ki, 1974-1976-cı illərdə Sumqayıt  Təcili  Tibbi Yardım Xəstəxanasında neyrotravmatoloq işləyir.
1980-1993-cü illərdə Sumqayıt şəhər 1 nömrəli trestin poliklinikasının baş həkimi vəzifəsində fəaliyyət göstərir.
1993-2011-ci illərdə Sumqayıt Bərpa-Müalicə Xəstəxanasında nevropatoloq işləyir. 2011-ci ildən isə təqaüddədir.
"İnam müalicənin yarısıdır” deyiblər. Yanına gələn xəstələrdə sagalacağına ümid yaradırdı Tofiq həkim. Xəstənin həkimə olan inamı onun sağalmasında əsas rol oynayırdı. Tofiq  həkim həm də gözəl müəllimdir. Bütün bu gözəl keyfiyyətlərinə görə işlədiyi kollektiv üzvlərinin hörmət və məhəbbətini qazanan Tofiq həkim sözün əsl mənasında sənətinin vurğunudur və həkim olduğu üçün özünü xoşbəxt sayır.
Savadlı, zəhmətkeş həkimlər xalqın dayağı, gələcəyin keşikçiləridir.


22-01-2025, 15:17 243

Digər xəbərlər

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
1 2 3 4 5 6 7 8 9 10 ... 1041