Kreml Bakı ilə saziş imzalayıb: 11-ci bənd işə düşməlidir



Azərbaycanın Qarabağ iqtisadi rayonundakı və Laçın dəhlizi ətrafındakı vəziyyətə Moskva və Bakı arasında münasibətlərin prinsiplərini müəyyən edən və Rusiya lideri Vladimir Putinlə Azərbaycan lideri İlham Əliyevin 22 fevral 2022-ci ildə imzaladığı və dərhal da qüvvəyə minən bəyannamə prizmasından yanaşmaq vacibdir.
Sumqayit.tv xəbər verir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib.
O bildirib ki, sözügedən bəyannamənin 11-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası öz ərazilərində bir-birinin dövlət suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşı yönəlmiş təşkilatların və şəxslərin fəaliyyətini qətiyyətlə dayandırırlar:
“Bu arada Qərb fəal şəkildə Cənubi Qafqazdakı vəziyyəti gərginləşdirməyə və bu gün əsas səylərini “xüsusi hərbi əməliyyata” yönəltmiş Rusiyaya qarşı ikinci cəbhə açmağa çalışır. MKİ və Mİ-6 rəhbərlərinin İrəvana səfərləri, Qarabağda erməni separatçılarının nümayişkaranə şəkildə təxribat xarakterli hərəkətləri, AB, Fransa və ABŞ-ın danışıqlar təşəbbüsünü Moskvadan almağa və onu bölgədən çıxarmağa çalışması, güc tətbiq etməyə fəal cəhdlər bu səbəbdəndir.
Zəruri olaraq qeyd edək ki, Laçın dəhlizinin istismar rejimi ilə bağlı bütün suallar Qərb şirkətlərinin qanunsuz iqtisadi fəaliyyəti (separatçı administrasiya tərəfindən sanksiyalaşdırılıb), Qarabağdan qızılın çıxarılması və gizli şəkildə Ermənistan ərazisinə daşınması, böyük miqyasda ekoloji ziyan və ətraf mühitin çirklənməsinə görədir.
Beynəlxalq erməni diasporu tərəfindən Qarabağa sızdırılan Ruben Vardanyan “dövlət naziri” statusu – separatçılar içində müəyyən güc və səlahiyyət – alan kimi pul qazanmağa girişdi, başladı qanunsuz olaraq qızıl çıxartmağa. Məhz buradan hazırkı problemlər yaranıb.
Bu baxımdan Vardanyanın Xankəndidə separatçıların mitinqini keçirmək cəhdlərinin təhlükəsini anlamaq lazımdır, çünki həyəcanlı və aqressiv kütlə istənilən təxribata qadirdir. Ruben Vardanyanın özünə gəlincə, o, sadəcə olaraq, yaşayış şəraiti getdikcə pisləşən yerli erməni əhalisinin narazılığını – Vardanyan və Arutyunyanın kökəlməsi fonunda “yəhərləməyə” çalışır.
Düzünü desək: yalnız Azərbaycanın yurisdiksiyasına keçid Qarabağ ermənilərinə daha yaxşı gələcək, onların həyat və rifahını yaxşılaşdırmaq şansı verəcək. Gələcəkdə Qarabağda öz bələdiyyələrini yaratmağa heç kim mane olmayacaq - lakin bütün bunlar Azərbaycan Konstitusiyasına uyğun baş verməlidir.
Dəfələrlə dediyimi bir daha təkrar edə bilərəm: erməni lobbisinin, beynəlxalq erməni diasporunun və onun arxasında duran Qərb kəşfiyyat xidmətlərinin (MKİ, Mİ6 və DGSE) məqsədi və vəzifəsi rus sülhməramlıları ilə azərbaycanlılar arasında toqquşmalara səbəb olmaqdır. Məqsəd odur ki, Rusiya ilə Azərbaycan arasında genişmiqyaslı hərbi münaqişə başlasın, bunun ardınca Türkiyənin vasitəsilə NATO ölkələrinin hərbi kontingenti Cənubi Qafqaz regionuna yeridilsin!
Yəni söhbət Rusiya Federasiyasına qarşı ikinci cəbhənin açılmasından gedir. Və bütün bunlar ona görədir ki, erməni millətçilərinin Qarabağı Azərbaycandan ayırmaq və orada çürümüş və korrupsioner separatçı administrasiyanı saxlamaq istəklərini həyata keçirsinlər.
Bir vaxtlar erməni millətçiləri SSRİ-nin dağılması mexanizmini işə salmışdılar, indi də Rusiya Federasiyasının dağılması mexanizmini işə salmaq istəyirlər.
Rusiya Federasiyası öz milli maraqlarının ziyanına dünya ermənilərinin eqoist siyasi maraqlarının həyata keçirilməsi üçün alət olmamalıdır və olmayacaq da.”
Axar.az

19-12-2022, 13:41 126

Digər xəbərlər

SON DƏQİQƏ: Sumqayıtda 21 yaşlı gənc eyvandan yıxılaraq dünyasını dəyişdi

Prezidentin sərəncamı: Sumqayıt Apellyasiya Məhkəməsində yeni rəhbər təyinatı-FOTO

"Sumqayıt" Azərbaycan Kubokunda 1/8 finala yüksəldi

Sumqayıtda evdə kişi meyiti tapılıb

Sumqayıtda Zəfər Günü münasibətilə konsert və atəşfəşanlıq olacaq

Sumqayıt Məhkəməsi dövlət əleyhinə çağırışlar edən şəxsə hökm oxudu

Abşeronda baş verən qətl işi üzrə Sumqayıtda hökm oxundu

Sarayda məktəblilər faciədən sonra sürücülərə mesaj verdilər

Sumqayıtda "metallom"da mühafizəçinin meyiti tapıldı

Sumqayıtda ağac kəsilmə faktı üzə araşdırma başladı - FOTO

SON DƏQİQƏ: DİN Sumqayıt sakinlərinə XƏBƏRDARLIQ ETDİ — VİDEO

Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmaz olsun!

Sumqayıtda güzəştli mənzillərin satışı başlayır

Sumqayıtda zibildaşıyan maşın yanıb — FOTO

Türkiyə Cümhuriyyətinin qurulmasının 102 illiyidir

Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyev: “Zəngilan regionun strateji nəqliyyat mərkəzinə çevriləcək”

Ölən 10 yaşlı uşağı mal peyini ilə diriltmək istədilər - DƏHŞƏT

44 rəsmdə 44 qəhrəmanlıq hekayəsi – Sumqayıtda “Zəfərin rəngi” sərgisi keçirilib FOTO

Prezident İlham Əliyev Cəbrayılda “Şəms” və “Üfüq” Günəş Elektrik Stansiyalarının təməlini qoydu

1 2 3 4 5 6 7 8 9 10 ... 977
Bu gün, 23:10
Bu gün, 20:45
Bu gün, 20:29
Bu gün, 19:56
Bu gün, 16:18
Bu gün, 16:14
Bu gün, 16:08
Bu gün, 16:02
Bu gün, 12:08
Bu gün, 12:00
Bu gün, 11:56
Bu gün, 11:50
Bu gün, 08:35
Bu gün, 08:13
Bu gün, 00:17
Dünən, 22:47
Dünən, 22:23
Dünən, 19:52
Dünən, 18:11
Dünən, 17:35
Dünən, 17:25
Dünən, 14:59
Dünən, 14:56
Dünən, 12:12
Dünən, 11:41
Dünən, 11:25
Dünən, 11:20
Dünən, 11:00
Dünən, 09:39
Dünən, 08:12
27-10-2025, 23:06
27-10-2025, 22:14
27-10-2025, 19:59
27-10-2025, 19:53
27-10-2025, 18:43
27-10-2025, 18:34
27-10-2025, 18:07
27-10-2025, 17:21
27-10-2025, 14:17
27-10-2025, 14:00
1 2 3 4 5 6 7 8 9 10 ... 977