"Putin strateji olaraq məğlub sayılır" - POLİTOLOQ ŞƏRH ETDİ



“Bu gün Ukraynadakı müharibə beynəlxalq təhlükəsizlik baxımından dünyaya bir təhdiddir. Bildiyiniz kimi, II Dünya Müharibəsindən sonra bəşəriyyət heç vaxt belə qanlı toqquşmanın şahidi olmayıb. Məhz bu səbəbdən dünya ölkələri üçün Rusiya-Ukrayna müharibəsi prioritet mövzuya çevrilib. Hər kəs istəyir ki, Ukraynadakı müharibə tezliklə bitsin və bəşəriyyət yenidən sülh və əmin-amanlığa qovuşsun. Amma fikrimcə,bu müharibənin nə zaman bitəcəyini proqnozlaşdırmaq mümkün deyil. Çünki müharibənin bitməsi üçün iki əsas şərt olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Abdullayev deyib.
Onun sözlərinə görə, bunlardan biri hər hansı bir tərəfin digəri üzərində tam şəkildə qələbə qazanmasıdır: “Amma bugünkü gündə Ukraynada müharibə gedir və heç kim məğlub sayılmır. Hər iki tərəfin ciddi mənada itki verməsinə baxmayaraq tərəflər hələ də aktiv olaraq döyüş meydanındadır. İkinci faktor budur ki, tərəflərdən biri digərinin şərtlərini qəbul etməlidir. O zaman ortaya bir sual çıxır; Tam məğlub olmaqdansa, şərtləri qəbul edib müharibəni yarımçıq saxlamaq daha yaxşı olmazdımı?! Bəlkə bizlər üçün bu yaxşı olardı. Amma tərəflərin mövqeyinə baxdıqda məlum olur ki, onlar güzəştləri qəbul etdiyi halda elə məğlub sayılacaqlar. Bildiyiniz kimi, Rusiya Ukrayna torpaqlarına hücum edib. Bu gün Zelenski də tələb olaraq irəli sürüb ki, Putin nə zaman öz ordusunu mənim torpaqlarımdan tam olaraq geri çəkəcək, o zaman biz danışıqlar masasına otura bilərik”.
Politoloq sözlərinə davam edərək bildirib ki, belə olduğu halda Putinin Zelenskinin şərtlərini qəbul etməsi onun üçün bir zərbədir: “Bu, Putinin imicinə ciddi bir ləkə yaxar. Eyni zamanda, Putinə qarşı daxildə bir müqavimət formalaşa bilər. Bu baxımdan Putin ilk növbədə özünün taleyini düşünür. İkinci olaraq isə o, ölkəsinin taleyi barədə düşünür. Çünki artıq yeni dünya düzəninin startı verilib. Məhz bu müharibənin özü də yeni dünya düzəninin həlledici rol oynayan bir faktordur. Yeni dünya düzəni Ukrayna və Rusiya müharibəsinin sonlanması ilə formalaşacaq. Əgər yeni dünya düzənində öz ölkəni söz sahibi etmək istəyirsənsə, onda gərək apardığın mübarizənin qalibi olasan. Putin böyük ehtimalla bunu da nəzərə alır. Ona görə də Ukraynaya güzəştə getmir. Putinin “NATO Ukraynaya yerləşdiyi üçün geri çəkilmirəm” fikrini bəhanə kimi qəbul edirəm. Məncə, bu Putinin imitasiyasıdır.
Ukraynanın nə üçün güzəştə getmədiyi sualına gəldikdə isə düşünürəm ki, burada qərar verəcək şəxs Zelenski deyil. Bu məsələdə təlimat Qərbdən gəlməlidir. Qərb isə müharibəni başlayan tərəfdir. Elə hesab edirəm ki, artıq strateji olaraq Putin Qərbə məğlub olub. Putinin strateji olaraq ilk məğlubiyyəti “Mən Kiyevi 72 saat ərzində alacam” deməsi oldu. Rusiyanın imici artıq zədələnib. Bu müharibə göstərdi ki, Rusiyanın hərbi texnologiyası o qədər də inkişaf etməyib və düşünülən qədər qüdrətli dövlət deyilmiş. Çünki qüdrətli olan dövlət bu gün Ukraynada çabalamazdı. Bu baxımdan ddüşünürəm ki, Qərb də Rusiyaya güzəştə getməyəcək. Putinsiz bir Rusiya formalaşana qədər müharibə davam etdiriləcək”.

Müəllif: Ləman Əlizadə

4-04-2023, 16:39 129

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041