Sumqayıtda ictimai nəqliyyat böhranı - ARAŞDIRMA

​​​​Sumqayıtın ictimai nəqliyyat problemi, təəssüf ki, öz axarında davam etməkdədir. Yeni avtobusların alındığı, şəhər əhalisinin rahat hərəkətinin təmin olunması üçün bir sıra addımların atıldığı deyilsə də, reallıq bunun əksini göstərir. Şəhərin mərkəzi dayanacaqlarında 30-40 dəqiqə müddətində avtobus gözlənilir. İntervallar pik saatlarda 50 dəqiqəyə yüksəlir. Kart sisteminə keçib bir az düzələr dedik, bu sistem də çox uzun çəkmədi. 
Cavabdeh qurum deyir nəqliyyat vasitəsi var, sürücü yoxdur. Sürücü isə deyir, plan çox yüksəkdir işləyə bilmirik.
İctimai nəqliyyatın bu problemindən canını qurtarmaq istəyənlər avtomobil almağa və ya taksi xidmətindən istifadəyə üz tutsalar da, buna maddi imkanı çatmayan insanlar əsəblərinin tarıma çəkildiyi vaxtlarda sürücü ilə bir-iki dəqiqə mübahisə etdikdən sonra vəziyyətin düzəlməyəcəyini ümidsizcəsinə qəbul etməyə məhkum ediliblər. İstər mətbuatda, istərsə də sosial mediada insanların ictimai nəqliyyatdan narazılığına, həllini tapmayan problemlərinə sanki görməzdən yanaşılır.
Sərnişinləri bu suallar düşündürür: bu vəziyyət nə vaxta qədər belə davam edəcək? Bunun bir həlli yolu var, yoxsa yox?
Sumqayıtda ictimai nəqliyyat böhranı - sürücü çatışmazlığı, böyük intervallar, iflasa uğrayan kart sistemi, vağzaldan yan keçən avtobuslar... (ARAŞDIRMA)
Sumqayıtdakı mövcud problemlə əlaqəli nəqliyyat eksperti Rauf  Ağamirzəyev deyir ki, Bakını Sumqayıtdan ayırmır: "Sumqayıt paytaxtdan  30 km məsafədə yerləşirsə, bir mərkəzdən idarə olunmalıdır. Hər bir qurumun ayrı baxış bucağı var, vahid olarsa, Bakı aqlomerasiyası vahid mobillik planına uyğun qurulacaq. Belə olan halda həm şəhərdaxili, həm də şəhərlərarası hərəkət təmin olunur. İkinci bir tərəfdən isə, Bakıda artıq bu sistem qurulub, daşıyıcı kimdir və ondan nə tələb olunduğu bəllidir. Plan məsələsi ümumiyyətlə yığışdırılmalıdır, maaşla işləyən sürücünün işi sərnişinləri A nöqtəsindən B nöqtəsinə rahat və komfortlu şəkildə çatdırmaqdır. Bu daşıyıcı qarşısında qoyulan tələbdir və bir çox məsələləri kökündən həll edir. Sürücü ilə sərnişin kontaktı minimuma enir. Sürücü artıq sərnişinlə əlaqə qurmur, sərnişin nağdsız şəkildə ödənişini edir keçir. Bakı şəhərində bu sistem artıq 2015-ci ildən tədbiq edilir. Sevindirici, digər tərəfdən məyusedici hal ondadır ki, Sumqayıt Bakıdan daha qabağa getmişdi. Nağdsız ödənişi bank kartıyla həyata keçirdirdi. Vacib deyildi ki, sizin nəqliyyat kartınız və balans olsun, maaş kartınızda kartınızda pul varsa ödəniş etmək mümkün idi. Amma məyusedən tərəfi o oldu ki, bu proses dayanıqlı olmadı. Kökündən ləğv edildi. Məsələnin birinci həlli budur. İkinci bir məsələ isə, hazırda gediş haqqının 30 qəpik olması çox aşağıdır. Pandemiya dönəmində daşıyıcıların vəziyyəti həqiqətən ağır idi, xərcləri artdı. Amma daşınan sərnişinə görə son qiymət artımı 2018-ci ildə olub. Bu 4 ildə qiymətlər də artıb”, - deyə ekspert bildirib.
R.Ağamirzəyevin fikrincə, dövlət bunu subsidiyalaşdırmalıdır."Məsələn, 1 sərnişinə görə daşıyıcı 50 qəpik xərc çəkirsə, sərnişinin ödədiyi 30 qəpiyin əlavəsini dövlət daşıyıcıya ödəməlidir. Sumqayıt planlı qurulmuş şəhər olduğu şəhər daxilində üçün əlavə avtobus, velosiped, skuter zolaqları da ayırmaq olar. İşə gecikən vətəndaş qısa məsafələrə əlavə alternativ daşıyıcı vasitələrdən rahat istifadə edə bilsin. Zolağı da sadəcə çəkmək yox, sərt nəzarət etməklə hərəkəti təmin etmək lazımdır”, - deyə o fikirlərinə əlavə edib.

Ekspert Bakı Sumqayıt yolundan da söz açaraq söyləyib ki, bu 2 şəhər arasında nəqliyatın tənzimlənməsi üzrə çox işlər görülüb, amma yarımçıqdır, tamamlanmayıb. "Sürətli qatar yolu tikilib, lakin qatar sayı azdır, beton yol tikilib, genişləndirilib, lakin sürətli nəqliyyat təmin olunmur. Və ya ikinci problem, ictimai nəqliyyatda Sumqayıt Dəmiryol Vağzalına şəhər daxilində əlçatanlıq təmin edilmir. Halbuki, sərnişinlərin vağzala rahat gediş-gəlişi üçün bütün marşrut avtobusların həmin ərazidən keçməsi təmin olunmalıdır. Qatar sayı da artırılmalıdır. Metro tikintisi baha başa gələn prosesdir. Dəmir yolu çəkilib, şəbəkə qurulub. Qatarların sayını artırıb, yük  və sərnişin qatarlarını ayırmaqla gün ərzində sabit intervalla şəhərarası qatar işləsə insanların nəqliyyat problemi qalmaz. Nəqliyyat problemi həll olunduğu təqdirdə Sumqayıtda həm yaşayış keyfiyyəti artacaq, biznesin inkşafına təkan olacaq, yeni iş yerləri yaranacaq”, - deyə R.Ağamirzəyev fikrini tamamlayıb. 
Sumqayıtda ictimai nəqliyyat böhranı - sürücü çatışmazlığı, böyük intervallar, iflasa uğrayan kart sistemi, vağzaldan yan keçən avtobuslar... (ARAŞDIRMA)
Sumqayıt Avtomobil Nəqliyyatı ilə Sərnişindaşıma İdarəsinin rəis müavini Tofiq Saydumov isə Xeberle.com-a açıqlamasında bildirib ki, intervalların çox olmasının səbəbi sürücü qıtlığıdır. Sürücülər isə planın yüksək olmasından şikayətçidir. Maşınların ehtiyat hissələrinin qiymətləri artıb. Nəqliyyat vasitəsini tam saz vəziyyətdə saxlamaq lazımdır, ehtiyat hissələrini biz özümüz alırıq. Belə vəziyyətdə planı artırmağa məcburuq. Düşdüyümüz vəziyyət çətindir. Kart sisteminə keçiləndə ikiqat xərcə düşdük, baha qiymətlərə validatorlar alındı. Onlar da özünü doğrultmadı, istifadədən çıxarıldı. İkinci tərəfdən isə, biz hələ də 50-60 avtobusa kredit ödəyirik. Müasir tipli validatorlar quraşdırılıb, yenidən kart sisteminə keçilməsi üçün yüksək məbləğdə vəsait tələb olunur. Rəhbərlik səviyyəsində bu barədə işlər aparılır, lakin yekun mərhələ haqqında məlumatım yoxdur.
Xədicə Səxavətqızı
Xeberle.com


26-10-2022, 17:00 275

Digər xəbərlər

Sumqayıtda güllələnmə hadisəsi baş verib, bir nəfər ölüb

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 12:09
12-07-2025, 20:06
12-07-2025, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
1 2 3 4 5 6 7 8 9 10 ... 964