Sumqayıtda qaz olmayan ərazilərə xətlərin çəkiləcəyi vaxt AÇIQLANDI

Sumqayıtda qaz olmayan ərazilərə xətlərin çəkiləcəyi vaxt AÇIQLANDI
 
Sumqayıt Texnologiyalar Parkı adlanan ərazinin sakinləri mavi yanacaq üzünə həsrət qalıblar. Sözügedən ərazi Sumqayıt şəhərinin şimalında, Hacı Zeynalabdin qəsəbəsindədir.
Xeberle.com-un məlumatına görə, odunla qızınan sakinlər  mavi yanacağın veriləcəyi günü səbirsizliklə gözləyirlər.
Burada məişətdə istifadə üçün qaz balonu, evi isitmək üçün isə odun sobası istifadə edirlər. Zavod ərazisinin sakinlərinin illərlə davam etdiyi bu yaşam tərzi onlara maddi baxımdan da əlverişli deyil. 
Məsələ ilə bağlı "Azəriqaz" İB-dən Xeberle.com-a bildirilib ki, mühafizə zonalarında qaz xətlərinin çəkilməsi təhlükəsizlik baxımından qadağandır. "Azəriqaz" İB qanuna zidd olaraq bunu həyata keçirə bilməz. Digər kommunal xidmətlər elə də təhlükəli olmadığından istənilən yerə çəkilə bilər və buna müvafiq orqanlar cavabdehdir. Sabah hər hansı bir hadisə baş verdikdə məsuliyyəti təchizatçı daşıyacaq. 
Əvvəllər müxtəlif üsullarla bəzi ərazilərə qanunsuz qaz, işıq, su çəkilməsinə, ana xətlərə kənar müdaxilələrə göz yumulurdu, 2015-ci ildən etibarən belə hallara yol verilmir.
Qanunsuz tikililər, özbaşına salınmış məhəllələr də dövlət qeydiyyatına alındıqdan və baş plana salındıqdan sonra onlara kommunal xidmətlərin çəkilməsi mümkündür.
Qazlaşdırma prosesi də mərhələlilik prinsipinə uyğun həyata keçirilir. Bu il 114 yaşayış massivi qazlaşdırılıb, gələn il isə 140 yaşayış məntəqəsinə qaz çəkilməsi nəzərdə tutulur. Hər hansı bir əraziyə qaz çəkilməsi üçün ərazi icra orqanları bu işi ərazinin planına uyğunlaşdırıb müvafiq idarəyə müraciət etməlidir. Əgər təhlükəsizlik şərtləri uyğundursa və mühafizə zonalarına daxil deyilsə ərazi plana salınır və növbəsi çatdıqda qazlaşdırılır.
Kommunal məsələlər üzrə ekspert Elçin Bayramlı Xeberle.com-a bildirib ki, "Azəriqaz" İB-nin yaşayış üçün statusu olmayan ərzilərdə qanunsuz tikilən evlərə hüquqi cəhətdən mavi qaz vermək imkanı yoxdur. Ona görə də ərazi üzrə icra orqanları, bələdiyyələr "Azəriqaz" İB-yə müraciət etməlidirlər. Qazlaşdırma  layihəsi plana salınmalıdır. "Azəriqaz" İB satıcı şirkətdir . Plana salınma icra orqanları tərəfindən həyata keçirilir. Vətəndaşlar birbaşa "Azəriqaz" İB-yə müraciət etməməlidir, çünki bu qurumun vətəndaşın müraciəti ilə qaz çəkmə hüququ yoxdur. Konkret desək, Sumqayıt Şəhər İcra Hakimiyyət aidiyyəti üzrə müraciət edib ərazinin qazlaşdırılmasını layihəyə salmalıdır. Yalnız bundan sonra növbəli və mərhələli şəkildə müvafiq layihə əsasında bütün ərazilər qazlaşdırılacaq.
Xədicə Səxavətqızı
Xeberle.com

7-12-2022, 19:08 145

Digər xəbərlər

Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Sumqayıtın iki zavodunda fəaliyyət dayandırıldı

SDU-da Elmi Şuranın 2024/2025-ci tədris ilinə həsr olunmuş yekun iclası keçirilib - FOTO

Sumqayıtda dezinfeksiya tədbirləri davam etdirilir - FOTO

Şəhid Ülvi Qulamlıya həsr olunmuş videoçarx təqdim edildi - MİNGƏÇEVİRDƏN FOTOLAR

50 yaşdan yuxarı ulduzların dərisini gənc saxlayan 6 axşam vərdişi

Sumqayıt TV işıqlandırdı, problem həll olundu – Koroğlu küçəsində piyada keçidi çəkildi - FOTO

Sumqayıt-Quba və Lənkəran-Sumqayıt marşrut xətləri müsabiqəyə çıxarılıb

Telli Pənahqızı bu televizyanın rəhbəri oldu

"Sumqayıt Xovlu İplik" fabrikindən 10 minlik oğurluq - Gözətçilər saxlanıldı

Sumqayıt yolu və ətraf ərazilərdə elektrik kəsintisi olacaq

Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu keçirildi FOTOLAR

Sumqayıt Bələdiyysi şəhər Ağsaqqallar Şurasında görüş keçirib-FOTOLAR .

Sumqayıtda məhəllə komitələrinin seçkilərinə start verildi - FOTOLAR

Əbu-Dabi görüşü: “Azərbaycan sülh prosesinə prinsipial yanaşır"

SDU-da təkrar ali təhsil üzrə namizədlərlə müsahibə mərhələsi keçirilib - FOTOLAR

Sumqayıt Bələdiyyəsində dəyişiklik - - FOTO

Sumqayıtda evdən pul və qızıl oğurlayan şəxslər saxlanılıb

Teymur Səmədova "Fəxri professor" adı verildi - TƏBRİK EDİRİK

Sumqayıtda avtomobil kanala aşıb - Foto

1 2 3 4 5 6 7 8 9 10 ... 964
Dünən, 20:06
Dünən, 17:12
11-07-2025, 16:35
11-07-2025, 16:24
11-07-2025, 15:58
11-07-2025, 14:22
11-07-2025, 12:29
11-07-2025, 12:03
11-07-2025, 11:54
11-07-2025, 11:52
11-07-2025, 11:49
11-07-2025, 11:40
11-07-2025, 01:06
11-07-2025, 00:47
11-07-2025, 00:26
10-07-2025, 01:40
10-07-2025, 00:50
9-07-2025, 17:50
9-07-2025, 17:25
9-07-2025, 09:24
8-07-2025, 21:14
8-07-2025, 17:10
8-07-2025, 17:05
8-07-2025, 12:00
8-07-2025, 11:56
7-07-2025, 16:28
7-07-2025, 14:37
6-07-2025, 23:22
5-07-2025, 19:02
5-07-2025, 14:17
5-07-2025, 12:03
5-07-2025, 11:09
5-07-2025, 01:53
4-07-2025, 16:10
4-07-2025, 14:30
4-07-2025, 13:51
3-07-2025, 18:34
3-07-2025, 17:57
3-07-2025, 17:47
3-07-2025, 17:43
1 2 3 4 5 6 7 8 9 10 ... 964