Tomas de Vaal: “Hansısa mənada Paşinyanın bəxti gətirdi..."

Qarabağ üzrə nüfuzlu beynəlxalq ekspert Tomas de Vaal özünün World Politics Review nəşrində dərc edilmiş məqaləsində Ermənistanda iyunun 20-də keçirilmiş seçkilərin nəticəsindən yazır. virtualaz.org xəbər verir ki, müəllif bu seçkilərin Ermənistanın Qarabağda sarsıdıcı məğlubiyyətə uğramasından sonra  üzləşdiyi, bir neçə ay davam edən çaxnaşmalardan sonra baş tutduğunu vurğulayır
“Zamanla cəmiyyətdə gərginlik və təzyiq o dərəcədə güclü idi ki, hərdən erməni dövlətinin bunlardan salamat çıxmayacağı qənaəti yaranırdı. Bununla belə tənqid alovu ilə üzləşən baş nazir Nikol Paşinyan nəinki bütün bunlardan sağ çıxdı, hətta seçkilərdə də qalib gəldi”,-ekspert yazır.

Tomas de Vaal xatırladır ki, 10 noyabr üçtərəfli razılaşmasına əsasən erməni qoşunları 25 ildir işğal etdikləri əraziləri tərk etdi, Yerevan isə son 30 ilin layihəsini-Dağlıq Qarabağda ikinci erməni dövləti qurmağı unutmalı oldu.
 “Azərbaycanlılar isə verdikləri qurbanlara baxmayaraq, onların ölkəsi üzərindən sanki lənətin götürüldüyünü hiss etdilər. Bakı uzun müddət erməni işğalı altında olan yeddi rayonu geri qaytardı. Bu ərazilərin minalardan təmizlənməsi və bərpası üçün uzun illər lazım gələcək, amma yarım milyondan çox azərbaycanlı nəhayət evlərinə qayıtmaq üçün real şans əldə etdilər”,-müəllif qeyd edir.
Tomas de Vaal hesab edir ki, bu seçkilərdə hansısa mənada Paşinyanın bəxti gətirdi. Onun başlıca rəqibi Robert Köçəryan olduqca ziddiyyətli fiqurdur. Ermənistanın və Qarabağ ermənilərinin təhlükəsizliyini təmin etmək imkanında olan adam kimi özünü təqdim edərək Köçəryan seçki kampaniyasını Paşinyanın tənqidi üzərində qurdu. Paşinyan isə ermənilərə azadlıq hisslərini yaşadan 2018-ci il məxməri inqilabına istinad edirdi.

“Bu, faktiki olaraq ermənilərin 2018-ci ildən əvvəlki dövrə qayıtmaq istədiklərini yoxlamaq üçün referendum idi. Bir çox ermənilər  Köçryanın prezident olduğu 1998-2008-ci illəri iqtisadiyyatın əsas sektorlarını tam nəzarətdə saxlayan kiçik korrupsioner klanın hökmranlıq illəri kimi xatırlayır. Hələ də populyarlığını itirməmiş məharətli natiq Paşinyan isə daha inamlı təsir bağışladı. Onun partiyası 107 yerlik parlamentdə 71 deputat mandatı qazandı”,-müəllif xatırladır.
Ekspert qeyd edir ki, seçkilərin gedişini Azərbaycanda da diqqətlə izlyirdilər. Onun fikrincə, Paşinyanın qələbəsi Bakı üçün yaxşı nəticədir. Çünki üçtərəfli razılaşmanı imzalayanlardan biri kimi, o kövrək sülhü möhkəmləndirməkdə davam edəcək. Gözlənilir ki, öz öhdəliklərini yerinə yetirəcək , Azərbaycanla Naxçıvan arasında iqtisadi və nəqliyyat əlaqələrinin bərpasına imkan yaratmaq üçün Ermənistan ərazisindən keçən nəqliyyat kommunikasiyalarını açacaq.
“Paşinyanın yenidən seçilməsi ilə tərəflərə yeni beş illik müddət üçün nəfəs almaq imkanı yaranıb. Lakin Ermənistan hələ də zəif baş nazirə və zəif dövlət institutlarına malik olan qeyri-stabil ölkə olaraq qalır. Paşinyan özünü məhartli seçki kampaniyası ustası kimi göstərsə də pis rəhbər sayılır”,-ekspert bildirir.
 Virtualaz.org

10-07-2021, 20:12 188

Digər xəbərlər

Deputat: Azərbaycan–Özbəkistan əlaqələri rekord səviyyədədir

Sumqayıt Telekommunikasiya Qovşağında işçi sayı zərurət yarandıqca optimallaşdırılacaq

Zakir Fərəcov sakinlərin müraciətlərini dinlədi - FOTO

Xırdalan-Sumqayıt reysləri nə vaxt bərpa olunacaq?

İlham Əliyev fərman imzaladı – Sumqayıtla bağlı dəyişiklik də var

Şagirdlər növbəti həftədən beşgünlük payız tətilinə çıxır

Sumqayıt yolunda sərxoş sürücünün törətdiyi qəzada ölümə səbəb olan həkimlə bağlı QƏRAR

Sumqayıt yolunda avtobus zolağı tətbiqi tənqid olunur – yol daha da yükləndi

Sumqayıtda 2 yeni məktəb binasının layihələndirilməsinə start verilir

Sumqayıtda 1000 abonentin təbii qaz təchizatı dayandırılır

Bakı–Sumqayıt yolunda sıxlıq: sürücülər ehtiyatlı olsun

Sumqayıtın sabiq hakiminin cəzası 9 ildən 6 ilə endirildi

Sumqayıtda kirayə mənzil seçimi üçün yeni imkanlar açılır

Sumqayıtda vaqonda yanğın baş verib

Sabiq təhsil rəisinə ağır cəza: Rüfət Hacıyev 8 il 6 ay həbs edildi

Travmatologiya şöbəsində ödəniş tələbi ilə bağlı vətəndaş şikayəti

Sumqayıtın və digər rayonların icra başçıları nə qədər maaş alır? - SİYAHI

“Sumqayıt” klubu sarı vərəqələrə görə cərimələnib

Sumqayıtda ləğv olunmuş “Dəmir Bank”a məxsus obyekt hərraca çıxarılır

Sumqayıtdan paytaxta və bölgələrə gedən yeni avtobus marşrutları müsabiqəyə çıxarılır

1 2 3 4 5 6 7 8 9 10 ... 985
15-11-2025, 13:21
14-11-2025, 18:14
14-11-2025, 16:26
14-11-2025, 16:11
14-11-2025, 16:07
14-11-2025, 13:10
14-11-2025, 11:57
14-11-2025, 11:52
14-11-2025, 11:47
14-11-2025, 09:29
14-11-2025, 09:01
13-11-2025, 20:05
13-11-2025, 19:48
13-11-2025, 17:57
13-11-2025, 17:42
13-11-2025, 16:38
13-11-2025, 15:57
13-11-2025, 15:50
13-11-2025, 15:47
13-11-2025, 12:42
13-11-2025, 12:38
13-11-2025, 12:29
13-11-2025, 11:25
13-11-2025, 11:15
13-11-2025, 10:51
13-11-2025, 10:23
13-11-2025, 10:00
12-11-2025, 21:33
12-11-2025, 21:28
12-11-2025, 18:54
12-11-2025, 17:37
12-11-2025, 17:14
12-11-2025, 16:19
12-11-2025, 15:24
12-11-2025, 12:45
12-11-2025, 12:42
12-11-2025, 12:38
12-11-2025, 12:33
12-11-2025, 12:21
12-11-2025, 12:17
1 2 3 4 5 6 7 8 9 10 ... 985