Kim Alyaskaya sahibdirsə, o bütün dünyaya sahibdir


Alyaska. İlk baxışda Yerin kürəsinin qurtaracağındakı bu ərazinin heç bir geosiyasi əhəmiyyət daşımadığı təəssüratı yaranır. Çünki orada ancaq buzlar və qayalardır. Ora necə faydalı ola bilər?! Yəqin ki, 1 milyon 519 min km² ərazisi olan Alyaskanı 1867-ci ildə 7,2 milyon dollar qızıl pula (1 km²-i 4,74 dollara düşür) Amerikaya satan rus imperatoru II Aleksandr və onun nazirləri də belə düşünürdülər. Ancaq Alyaska ilə bağlı hər şey o qədər də sadə deyil. Hesab olunur ki, bura planetin ən mühüm strateji yerlərindən biridir.
ABŞ-ın ən şimal və ərazisinə görə ən böyük ştatı, Berinq boğazı vasitəsilə Rusiya ilə dəniz sərhəd olan Alyaskanın geosiyasi önəminə dair hazırladığı məqaləni təqdim edir.
Məsələn, bu cəsur generala baxın. Onun adı Billi Mitçeldir. O, Birləşmiş Ştatların Hərbi-Hava Qüvvələrinin əsasını qoyan şəxsdir.
1935-ci ildə (ölümündən bir il əvvəl, 56 yaşında) Billi ABŞ Konqresində çıxış edir, o, burada başqa şeylərlə yanaşı deyib:
“Mən inanıram ki, Alyaskanın sahibi olan bütün dünyaya sahib olacaq. Mən hesab edirəm ki, bura dünyanın ən mühüm strateji yeridir”.
Dörd ildən sonra İkinci Dünya müharibəsi başladı, daha 4 il sonra (1943-cü ildə) amerikalılar əlacsız qalaraq Alyaska uğrunda yaponlarla döyüşdülər. Yeri gəlmişkən, onlar həmin döyüşdə qalib gəliblər. Yaponlar darmadağın edildilər və ruhdan düşdülər.
Bəs niyə Alyaska amerikalılar (belə çıxır ki, həm də yaponlar) tərəfindən belə mühüm yer hesab olunur?
Təkcə resurslar deyil
Əlbəttə, ağla gələn ilk fikir Alyaskanın inanılmaz resurslarıdır. Bunlar qiymətli metallar (xüsusilə, qızıl), almaz, karbohidrogenlər (neft, qaz, daş kömür) və bioloji resurslardır (balıq, mollyusklar, meşələr və sair).
Bəli, Alyaskada bütün bunlar kifayət qədərdir. Bir dəfə oxumuşdum ki, hazırda Alyaska bir gün ərzində Rusiyanın alqı-satqı əməliyyatı nəticəsində qazandığından daha çox gəlir gətirir. Yeri gəlmişkən, Alyaskada qızıl onun Amerikaya satılması ilə eyni vaxtda aşkar edilib. Region 1896-cı ildə “Klondayka qızıl hərarəti”nin başlanmasınadək zəif inkişaf edib. Ancaq bu “qızıl hərarəti” illərində Alyaskada 1000 tona yaxın qızıl hasil edilib ki, bu da 2020-ci ilin qiymətləri üzrə təxminən 36 milyard dollara uyğun gəlir.
Bununla belə, böyük miqdarda təbii resurslara bir çox yerlərdə rast gəlinir. Məsələn, Rusiyanın bir hissəsi olan Yakutiyada və ya Mərkəzi Afrikada. Lakin amerikalılar üçün bu ərazi ən mühüm dəniz yollarına nəzarət etmək baxımından önəmlidir.
Asiyadan ABŞ-a qədər
Əgər biz qlobusa baxsaq, görərik ki, ən mühüm dəniz yolları məhz Alyaskanın yanından keçir.
Məsələn, ABŞ-dan bu ölkələrə yol məhz Aleut adalarından (Alyaska) keçir: Çin, Yaponiya, Koreya, Rusiya, Vyetnam, İndoneziya, Malayziya və Filippin.
Hətta bu ölkələr dünya üzrə dəniz ticarətinin demək olar ki, yarısını təkbaşına yaradırlar. Ancaq bu da hələ hamısı deyil. Məhz Malakka boğazından ABŞ-a ən qısa yol Alyaskadan keçir.
Gəlin, bunu adi xəritədə izah edək (qara əyri xətt əslində ən qısa yoldur, çünki Yer kürə şəklindədir)
Qısaca desək, Malakka boğazından keçən və ABŞ-a getmək istəyən hər şey Alyaskaya doğru istiqamət götürməlidir. Və bunlar, məsələn, aşağıdakı ölkələrin gəmiləridir:
- Hindistan (dünyanın üçüncü iqtisadiyyatı)
- Körfəz ölkələri (bəli, onlar üçün Malakka boğazı vasitəsilə ABŞ-ın qərb sahillərinə getmək daha asandır)
- Banqladeş, Myanma və ABŞ-a yük daşıyan digər ölkələr (məsələn, Banqladeş dünyanın əsas geyim tikilişi mərkəzlərindən biridir).
Bütün bu gəmilər Sakit okeanı keçərək qaçılmaz olaraq Alyaska rayonuna keçir. Ona görə də bu regiondakı hərbi bazalar dünya ticarətinin əhəmiyyətli hissəsinə nəzarət etmək iqtidarındadır. Beləliklə, Alyaska hazırda ABŞ-a məxsusdur, odur ki, onlar özlərini təhlükəsiz hiss edə bilərlər.
Amma məsələn, yaponlar Alyaskanı ələ keçirsəydilər, ABŞ-a malların tədarükü ciddi şəkildə çətinləşərdi. Eyni sözlər Rusiyaya da aiddir. Əgər Rusiya indi Alyaskaya sahib olsaydı, bu, Amerikaya təzyiq üçün ciddi “kozır” olardı.
teleqraf
Müəllif: Səxavət Həmid

19-04-2022, 14:40 273

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903