Kənd təsərrüfatı əməkdaşlarına mina təhlükəsizliyi təlimi keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun tarixi qələbəsindən sonra işğaldan azad edilmiş torpaqlarımızda aparılan bərpa-quruculuq işləri, infrastruktur layihələrinin icrası prosesində Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları da iştirak edirlər. Aqrar sektorun əsas fəaliyyət sahəsi olması nəzərə alınaraq Kənd Təsərrüfatı Nazirliyinin bu ərazilərə mütəmadi səfər edən əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsi, onların mina və partlayıcı sursatlarla bağlı biliklərinin artırılması məqsədilə təlimlər keçirilir.
Sumqayit.tv xəbər verir ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən birgə təşkil edilən növbəti təlimdə partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmənin ümumi əsasları, təhlükəli ərazinin əlamətləri, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə təqdimat olub. Həmçinin, müxtəlif növ mina və sursatın vizual tanınması üçün maketlər nümayiş etdirilib, insan həyatı üçün təhlükəli olan hərbi sursat və mina növləri nümunələr əsasında izah olunub, ehtiyatsızlığın ölümlə nəticələnə biləcəyi, eləcə də təhlükə anında həyata keçirilməli olan addımlar iştirakçıların diqqətinə çatdırılıb.
Həmçinin, ANAMA tərəfindən Nazirlik əməkdaşlarına məlumatlandırıcı broşür, poster və digər elektron vəsaitlər Nazirliyin əməkdaşlarına təqdim edilib.
Eyni zamanda, işğaldan azad edilən ərazilərə səfər edən əməkdaşlar və təlim iştirakçılarının bu sahədə təlimçi kimi formalaşmaları üçün onlara Təlimçilər üçün Təlim (TOT) formatında təlimlər keçirilib, iştirakçılara sertifikatlar və təlimat kitabçaları təqdim edilib. TOT təlimlərinə qatılan şəxslər növbəti mərhələdə Kənd Təsərrüfatı Nazirliyinin işğaldan azad edilmiş ərazilərinə səfər edəcək digər əməkdaşlarına minaların təhlükəsinə dair təlimlər keçəcəklər.
Qeyd edək ki, bu günə qədər ANAMA tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin 60-dan çox əməkdaşına müvafiq təlimlər keçirilib.

14-09-2021, 15:12 188

Digər xəbərlər

Sumqayıt Telekommunikasiya Qovşağında işçi sayı zərurət yarandıqca optimallaşdırılacaq

Zakir Fərəcov sakinlərin müraciətlərini dinlədi - FOTO

Xırdalan-Sumqayıt reysləri nə vaxt bərpa olunacaq?

İlham Əliyev fərman imzaladı – Sumqayıtla bağlı dəyişiklik də var

Şagirdlər növbəti həftədən beşgünlük payız tətilinə çıxır

Sumqayıt yolunda sərxoş sürücünün törətdiyi qəzada ölümə səbəb olan həkimlə bağlı QƏRAR

Sumqayıt yolunda avtobus zolağı tətbiqi tənqid olunur – yol daha da yükləndi

Sumqayıtda 2 yeni məktəb binasının layihələndirilməsinə start verilir

Sumqayıtda 1000 abonentin təbii qaz təchizatı dayandırılır

Bakı–Sumqayıt yolunda sıxlıq: sürücülər ehtiyatlı olsun

Sumqayıtın sabiq hakiminin cəzası 9 ildən 6 ilə endirildi

Sumqayıtda kirayə mənzil seçimi üçün yeni imkanlar açılır

Sumqayıtda vaqonda yanğın baş verib

Sabiq təhsil rəisinə ağır cəza: Rüfət Hacıyev 8 il 6 ay həbs edildi

Travmatologiya şöbəsində ödəniş tələbi ilə bağlı vətəndaş şikayəti

Sumqayıtın və digər rayonların icra başçıları nə qədər maaş alır? - SİYAHI

“Sumqayıt” klubu sarı vərəqələrə görə cərimələnib

Sumqayıtda ləğv olunmuş “Dəmir Bank”a məxsus obyekt hərraca çıxarılır

Sumqayıtdan paytaxta və bölgələrə gedən yeni avtobus marşrutları müsabiqəyə çıxarılır

“MyGov” platformasında “İş yerinə dair arayış” xidməti istifadəyə verildi

1 2 3 4 5 6 7 8 9 10 ... 985
Dünən, 18:14
Dünən, 16:26
Dünən, 16:11
Dünən, 16:07
Dünən, 13:10
Dünən, 11:57
Dünən, 11:52
Dünən, 11:47
Dünən, 09:29
Dünən, 09:01
13-11-2025, 20:05
13-11-2025, 19:48
13-11-2025, 17:57
13-11-2025, 17:42
13-11-2025, 16:38
13-11-2025, 15:57
13-11-2025, 15:50
13-11-2025, 15:47
13-11-2025, 12:42
13-11-2025, 12:38
13-11-2025, 12:29
13-11-2025, 11:25
13-11-2025, 11:15
13-11-2025, 10:51
13-11-2025, 10:23
13-11-2025, 10:00
12-11-2025, 21:33
12-11-2025, 21:28
12-11-2025, 18:54
12-11-2025, 17:37
12-11-2025, 17:14
12-11-2025, 16:19
12-11-2025, 15:24
12-11-2025, 12:45
12-11-2025, 12:42
12-11-2025, 12:38
12-11-2025, 12:33
12-11-2025, 12:21
12-11-2025, 12:17
12-11-2025, 11:42
1 2 3 4 5 6 7 8 9 10 ... 985