Sumqayıtın uşaqlar üçün oyun meydançaları niyə baxımsız qalıb?

 

Sumqayıtda son illər uşaqlar üçün oyun meydançalarının sayı artsa da, onların vəziyyəti və təhlükəsizliyi ilə bağlı narazılıqlar səngimir. Şəhərin bir çox məhəlləsində uşaqların asudə vaxtını səmərəli keçirməsi üçün yaradılan bu məkanlar bəzən baxımsızlıq ucbatından öz funksiyasını tam yerinə yetirə bilmir. Xeberle.com-a məsələylə bağlı şəhər sakinləri tərəfindən çoxsaylı şikayətlər daxil olur.
Sumqayıt bulvarında yeni salınmış oyun meydançası uşaqlar və valideynlər tərəfindən məmnuniyyətlə qarşılanıb. Burada salınmış yelləncəklər, idman qurğuları və təhlükəsiz örtük valideynlərə müəyyən rahatlıq verir. Ancaq məhəllələrdə vəziyyət fərqlidir. Məsələn, mikrorayonlarda yerləşən bəzi meydançalar köhnəlib, avadanlıqları sıradan çıxıb və bəzən zibillik vəziyyətində olur.  Meydançalardakı yelləncəklərin, qurğuların çoxu qırılıb, qırılmayanlar isə pas atıb, rəngi solub. Bəzilərinin ətrafı zığ-palçıqdır. Uşaqların asudə vaxtlarını keçirmələri üçün nəzərdə tutulan sahələrin ətrafında isə avtomobillər park edilib, heç bir qoruyucu sipər yoxdur. Lakin, şəhərin bəzi məhəllələrində ümumiyyətlə uşaqların oynaması üçün meydança yoxdur.
Şəhər sakini Aysel Əliyeva deyir ki, uşaqları üçün yaxınlıqda təhlükəsiz meydança tapmaq çətindir:
"Bəzi yerlərdə meydançalar var, amma çoxu baxımsızdır. Qırılmış yelləncəklər, pas tutmuş dəmir hissələr uşaqlar üçün təhlükə yaradır. Bəzən uşaqları oraya buraxmağa qorxuram.”
Digər bir valideyn, Rauf Məmmədov, bildirir ki, yeni salınan meydançalar da çox zaman qısa müddət sonra baxımsız qalır:
"Yeni açılış olanda hər şey səliqəlidir, amma bir neçə aydan sonra nəzarət zəifləyir. Halbuki uşaqlar üçün bu cür məkanlar həm fiziki inkişaf, həm də sosiallaşma baxımından çox vacibdir.”
Sakinlər şəhər rəhbərliyi tərəfindən uşaqlar üçün oyun meydançaları ilə bağlı daha geniş və davamlı baxım tədbirlərinin görülməsini tələb edirlər.
Mütəxəssislər hesab edirlər ki, hər məhəllədə ən azı bir təhlükəsiz, müasir standartlara cavab verən oyun meydançası olmalıdır. Bunun üçün bələdiyyə və icra orqanlarının mütəmadi monitorinqlər aparması, həmçinin sakinlərin təkliflərinin nəzərə alınması vacib sayılır.
Sonda qeyd edək ki, uşaqların sağlam böyüməsi və sosial inkişafı üçün belə məkanların sayı qədər keyfiyyəti və təhlükəsizliyi də önəmlidir. Sumqayıtda bu istiqamətdə görülən işlər sevindirici olsa da, şəhər sakinlərinin gözləntiləri hələ tam qarşılanmayıb.
Elşən Yəhyayev,
Xeberle.com



31-10-2025, 11:50 160

Digər xəbərlər

İcra Hakimiyyətindən Sumqayıt.tv-nin müraciətinə reaksiya: Bulvarda təmir işlərinə başlanılıb

Beynəlxalq Fizika Olimpiadasının qalibləri SDU-da qəbul olundu-FOTO

Əfsanə ilə varis finalda: Messi və Yamalın hekayəsi gündəm oldu

Türkiyə və Gürcüstan hərbçiləri Azərbaycana gələcək: "Eternity-2026" üçün hazırlıq başladı.

Sabah Sumqayıtda temperatur 35 dərəcəyə yüksələcək

"Sumqayıt"ın ilk sınaq oyununun tarixi dəyişdi

"Azəriqaz"da struktur dəyişikliyi: Yeni departament yaradıldı

Xəzərdə boğulmaların artmasının səbəbi nədir? – Ekspertdən açıqlama

Tramp İlham Əliyevlə bağlı məqaləni öz hesabında paylaşdı-FOTO

Ülvi Mehdiyev: "ASAN müraciət" platforması artıq Sumqayıtda da aktiv istifadə olunur

Novxanı sahillərində qanunsuz balıq ovu iddiası: Sakinlər narahatdır

Sumqayıtlı həkim dünya birincisi oldu: 28 ölkənin mütəxəssisini geridə qoydu-FOTO

Sumqayıt"ın ilk yoxlama oyununun tarixi bəlli oldu

Cinayətlə bağlı məlumatların araşdırılma müddəti uzadıldı – Prezident dəyişiklikləri təsdiqlədi

Slovakiya Prezidenti İlham Əliyevlə bağlı paylaşım etdi: “Bu dostluq jestini yüksək qiymətləndirirəm”

Azərbaycanda məktəblərin internetlə təminatında böyük sıçrayış

17 yaşlı oğlana işgəncə işi: Sumqayıt Apellyasiya Məhkəməsindən qərar

Sumqayıt sahilində növbəti təmizlik aksiyası keçirildi-FOTO

Sumqayıtda sakinlərlə növbəti görüş keçirilib-VİDEO

Şuşadan yüksələn strateji mesaj: Azərbaycan–Slovakiya tərəfdaşlığı yeni mərhələyə qədəm qoyur

1 2 3 4 5 6 7 8 9 10 ... 1082
Bu gün, 22:17
Bu gün, 20:16
Bu gün, 17:07
Bu gün, 16:37
Bu gün, 15:13
Bu gün, 14:50
Bu gün, 14:32
Bu gün, 14:05
Bu gün, 13:15
Bu gün, 13:12
Bu gün, 12:14
Bu gün, 11:59
Dünən, 19:33
Dünən, 18:29
Dünən, 18:26
Dünən, 18:20
Dünən, 18:02
Dünən, 14:57
Dünən, 14:11
Dünən, 13:51
Dünən, 13:24
Dünən, 13:07
Dünən, 12:32
Dünən, 12:00
Dünən, 11:50
14-07-2026, 21:04
14-07-2026, 20:00
14-07-2026, 18:27
14-07-2026, 17:41
14-07-2026, 16:39
14-07-2026, 15:54
14-07-2026, 15:35
14-07-2026, 14:22
14-07-2026, 14:16
14-07-2026, 13:16
14-07-2026, 12:57
14-07-2026, 11:55
14-07-2026, 11:35
14-07-2026, 11:28
13-07-2026, 21:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1082