Sumqayıtda 7A saylı avtobusdan narazılıq – sürücü Avtovağzala getməkdən imtina edib-FOTO

Sumqayıt sakinləri növbəti dəfə şəhərdaxili marşrut avtobusu ilə bağlı şikayət edir.

Sumqayit.tv-yə daxil olan məlumata görə, Sumqayıt şəhərində fəaliyyət göstərən 7A saylı marşrut avtobusu ilə bağlı sərnişinlər narazılıq bildiriblər.

Məlumata əsasən, hadisə bu gün saat 16:00–17:00 radələrində baş verib. Sərnişinlərdən biri bildirib ki, avtobusa minərkən sürücü əvvəlcə Avtovağzala gedəcəyini desə də, işıqfor qırmızıya düşdükdən sonra pul yığan şəxs sərnişinlərə “sağa dönürük, Avtovağzala girmirik” deyib.

Hadisə zamanı sürücü bir xanıma “tez ol, xanım, qırmızıya düşəcəyik” deyərək kobud tonda reaksiya verib. Daha sonra avtobus Avtovağzal istiqamətinə daxil olmadan hərəkətini davam etdirib.

Şahidlərin sözlərinə görə, bu cür hallar tez-tez təkrarlanır və sərnişinlər artıq bu vəziyyətdən beziblər.

Sərnişinlərdən biri qeyd edib ki, bu gün axşam, hadisədən təxminən 1 saat əvvəl də başqa bir 7A saylı avtobusda eyni vəziyyət yaşanıb. Onun sözlərinə görə, həmin sürücü də Avtovağzala girməyib və bu an videoya çəkilib.

Sakinlər bildirirlər ki, marşrut xətti üzrə kart sistemi tətbiq olunacağı deyilsə də, bu sistemin dəqiq nə vaxt istifadəyə veriləcəyi barədə hələlik rəsmi məlumat yoxdur.

Sərnişinlər aidiyyəti qurumlardan problemin aradan qaldırılmasını və 7A xəttinə daha ciddi nəzarət olunmasını tələb edirlər.


31-10-2025, 19:59 188

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041