“Bu iddialar tamamilə əsassızdır” - Rəsmi Bakıdan Ermənistana CAVAB

“Bu iddialar tamamilə əsassızdır. Azərbaycanın Xarici İşlər Nazirliyi bu xüsusda məlumat yayaraq Ermənistanla Azərbaycan arasında yaranmış sərhəd gərginliyi ilə bağlı vəziyyətə aydınlıq gətirib. İlk öncə vurğulamaq istərdim ki, sərhəd məsələlərinin kökündə duran səbəb Ermənistanın 2020-ci il noyabrınadək Azərbaycan ərazilərini qanunsuz işğal altında saxlaması olub. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini pozan məhz Ermənistandır. Azərbaycan yalnız beynəlxalq səviyyədə tanınmış sərhədlərini bərpa edir”.

Sumqayit.tv xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistanın Azərbaycan-Ermənistan sərhədindəki son gərginliklə bağlı iddialarına, Azərbaycanın guya Ermənistanın “suveren ərazisini” pozduğuna dair iddialarına münasibətində bildirib.

“Rəsmi açıqlamalarımızda artıq bildirildiyi kimi, Ermənistanla sərhəd olan Azərbaycanın azad edilmiş bölgələrində hava şəraitinin mülayimləşməsi ilə əlaqədar, Azərbaycan özünün ərazi bütövlüyü çərçivəsində həyata keçirilən sərhəd mühafizə sisteminin gücləndirilməsi işini davam etdirir. Bu proses Ermənistanla Azərbaycan arasındakı sərhəd xəttini təyin edən, tərəflərin hər birində olan xəritələr əsasında həyata keçirilir.

Biz hər zaman beynəlxalq səviyyədə tanınmış sərhədlərin suverenliyinə, ərazi bütövlüyünə və toxunulmazlığına hörmət edirik.

Şübhəsiz ki, bu prinsiplərə qarşılıqlı hörmət, bu əsasda mehriban qonşuluq münasibətləri qurmaq və sərhədlərin delimitasiyası/demarkasiyası prosesinə xoş niyyətlə başlamaq ortaya çıxa biləcək bütün mübahisələrin həll edilməsinin yeganə yoludur.

Ermənistan və Azərbaycan müharibədən yeni çıxmışlar, buna görə də uğurlu sərhəd demarkasiyası və delimitasiyası sülh və təhlükəsizliyin təminatı üçün açar rolunu oynayır.

Onu da vurğulayım ki, son aylar ərzində tərəflər arasında sərhəd məsələləri üzrə fikir ayrılıqları olub və bunların hamısı üçtərəfli bəyanatların tərəfləri arasında danışıqlar yolu ilə həll edilmişdir. Hesab edirik ki, bu cür fikir ayrılıqları siyasi və diplomatik yollarla həll edilməlidir”.

Sual: Beynəlxalq ictimaiyyətin bəzi üzvləri də son sərhəd gərginliyinə reaksiya verdi, bu açıqlamaları necə şərh edərdiniz?

Cavab: Sərhəd demarkasiyası və delimitasiyası ikitərəfli məsələdir, olduqca mürəkkəb və texniki bir prosesdir. Əlbəttə, üçüncü ölkələrin bölgədəki vəziyyətlə əlaqədar, gərginliyin kəskinləşməsinin aradan qaldırılmasına yönələn narahatlıqlarını başa düşürük. Hesab edirik ki, belə həssas bir mövzuda hər hansı bir açıqlama verməzdən əvvəl bütün fendamental səbəblər və məsələlər hərtərəfli araşdırılmalıdır.

Bildiyiniz kimi, sərhəddə gərginlik yaranan kimi Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəhbərliyi dərhal bölgəyə səfər edib, qarşı tərəfin sərhədçiləri ilə danışıqlara başlayıb. Hazırda vəziyyəti normallaşdırmaq üçün müvafiq addımlar atılır.

Təəssüf ki, bu texniki məsələ təxribat xarakterli bəyanatlar və Azərbaycana qarşı qarayaxma kampaniyası ilə şişirdilib. Bu cür destruktiv yanaşma yalnız gərginliyin artmasına xidmət edir.

Aydındır ki, Ermənistan tərəfindən qeyri-adekvat reaksiyalar və təxribat xarakterli açıqlamalar bu ölkədəki seçkiqabağı vəziyyətlə əlaqədardır. Ermənistanın bu məsələdən siyasi vasitə kimi istifadə etmək cəhdləri qəbuledilməzdir.

Bir daha təkrarlamaq istərdim ki, Azərbaycan suverenlik, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına hörmət əsasında sülh, təhlükəsizlik və regional əməkdaşlığa tam sadiqdir.

Ermənistanın siyasi və hərbi dairələrinə beynəlxalq sərhəd boyunca dövlətlərarası sərhəd rejiminin reallığını qəbul etmələrini, bölgədəki vəziyyəti əsassız olaraq gərginləşdirməmələrini və sərhəd məsələlərini ikitərəfli kanallar vasitəsi ilə Azərbaycan tərəfi ilə konstruktiv şəkildə işləməklə həll etmələrini tövsiyə edirik.

Bu kimi hallar hər iki tərəfin müvafiq sərhəd orqanları arasında qarşılıqlı təmaslar yolu ilə həll edilə bilər və edilməlidir.

Azərbaycan bölgədəki gərginliyin həllinə sadiqdir və bunun üçün qarşı tərəfi də müvafiq addımlar atmağa çağırırıq.

16-05-2021, 11:40 289

Digər xəbərlər

Tender qalibi MMC yenə gündəmdə – Sumqayıtda iki müqavilə

Sumqayıt sakininin idarə etdiyi avtomobil Qubada piyadanı öldürdü

Azərbaycan–Özbəkistan Strateji Tərəfdaşlığının Yeni Siyasi Çərçivəsi

Sumqayıtda 1000 abonentin qazı kəsiləcək

Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıtda dəmir yolundan 67 min manatlıq metal oğurlayanlar SAXLANILDI

Qurumlar sosial şəbəkə rəylərini izləyirmi? – Sumqayıt TV rəsmi sorğu göndərdi

Sumqayıtda sürücülük vəsiqəsi almaq asanlaşır

Sumqayıtda Türkiyə vətəndaşı ölmüş halda tapılıb

Prezident İlham Əliyev Naxçıvanda yeni təyinatlarla idarəçilikdə şəffaflıq və məsuliyyət mesajı verdi

Bu gün Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur

Sumqayıt sakinləri üçün AZAL reyslərində “powerbank” istifadəsinə yeni qadağa tətbiq olunacaq

Mehdiabadda kafedə bıçaqlanma: iş Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb – TƏFƏRRÜAT

Sumqayıtda müntəzəm marşrut avtobusları üçün yeni tələblər müəyyən edilib

Sumqayıtda kişi restoranın pilləkənlərindən yıxılaraq ölüb

Sumqayıtda bir gündə iki avtomobil yanıb

Prezident İlham Əliyevin 12 noyabr çıxışı dövlət idarəçiliyində yeni mərhələnin başlanğıcıdır

MDU-da “Velo Park – Sağlam Gənclik, Yaşıl Kampus” layihəsinin təqdimatı keçirildi - FOTO/ VİDEO

Sumqayıtda avtomobil dərəyə aşdı

Sumqayıtda piyada zolağı maşınlarla bloklanıb, digər tərəfdə isə keçid birbaşa köşk üstünə düşür - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 986
Bu gün, 13:51
Bu gün, 11:52
Bu gün, 11:42
Bu gün, 10:55
Bu gün, 10:36
Bu gün, 10:14
Dünən, 15:00
Dünən, 13:31
Dünən, 13:15
Dünən, 13:01
Dünən, 12:35
Dünən, 12:20
Dünən, 12:05
Dünən, 12:00
Dünən, 11:47
Dünən, 11:21
Dünən, 11:06
Dünən, 10:49
Dünən, 09:15
Dünən, 09:00
15-11-2025, 13:21
14-11-2025, 18:14
14-11-2025, 16:26
14-11-2025, 16:11
14-11-2025, 16:07
14-11-2025, 13:10
14-11-2025, 11:57
14-11-2025, 11:52
14-11-2025, 11:47
14-11-2025, 09:29
14-11-2025, 09:01
13-11-2025, 20:05
13-11-2025, 19:48
13-11-2025, 17:57
13-11-2025, 17:42
13-11-2025, 16:38
13-11-2025, 15:57
13-11-2025, 15:50
13-11-2025, 15:47
13-11-2025, 12:42
1 2 3 4 5 6 7 8 9 10 ... 986