Almaniyada işləyən azərbaycanlı həkim “delta” variantı haqda xəbərdarlıq edir

 Koronavirusun ilk  dəfə Hindistanda aşkarlanan  “Delta” və “Delta plus” variantları sürətlə yayılmaqda davam edir. Artıq dünyanın 100-ə yaxın ölkəsində, o cümlədən Azərbaycanla qonşu Türkiyə, Rusiya və Gürcüstanda virusun bu ştammına yoluxmalar qeydə alınıb. Bu baxımdan “delta” variantının  ölkəmizə də keçmə ehtimalı yüksəkdir. Qeyd edək ki, “Delta” variantının yoluxuculuq qabiliyyəti COVID-19-a nisbətən daha sürətli və təhlükəlidir. Həmçinin bu ştamma yoluxanlar xəstəliyi daha ağır keçirirlər.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, tibb elmləri doktoru Nuran Abdullayev virtualaz.org-a açıqlamasında bildirib ki, “delta” variantına yoluxmalar hər həftə 50 faiz daha çox olur.

N.Abdullayevin sözlərinə görə, hazırda sürətlə yayılan “delta” variantı payıza qədər dünya üzrə yoluxma sayının qalxmasına və yeni dalğaya səbəb olacaq. Bu variantın yoluxduruculuq qabiliyyəti yüksəkdir, amma tək səbəb bu deyil: “Eyni zamanda, “Secondary Attack Rate” dediyimiz, yəni təkrar yoluxma əmsalı  da böyükdür. Lakin bu o demək deyil ki, yoluxan şəxs iş kollektivində hamını yoluxduracaq. Amma məsələn, koronavirusun digər variantında bir nəfər digər iki nəfəri yoluxdururdusa, “Delta” variantında 4-5 nəfəri yoluxduracaq.  Bu da onu göstərir ki, insanların canlı ünsiyyətləri daha ciddi problem olacaq”.
Alim hesab edir ki, Azərbaycanda bu variantın qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Yoluxmalar  ən çox 10-39 yaş qrupu arasında, yəni ya peyvənd almayanlar, ya da bir dəfə peyvənd olunanlar arasında daha çox rast gəlinir. “Azərbaycanda və Almaniyada taktika fərqlidir. Azərbaycan əvvəlcə “Delta” variantına yoluxmanın qeydə alınıb-alınmadığını təsdiqləməlidir. Virusa yoluxma qeydə alınarsa, “Delta” variantı tapılan şəxsin ətrafı, kontakda olduğu hər kəsi bir neçə gün gözləmədən dövlət hesabına PCR testi etməli və müvafiq izolyasiya, karantin tədbirlərini görməlidir”,-alim deyib.
Virtualaz.org

1-07-2021, 14:11 204

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041