Paşinyan yarıtmaz buyuruq qulu statusunda


Avropa İttifaqının Ermənistandakı missiyasını daha da genişləndirməsi əslində Rusiyaya təhdiddir. Çünki bu missiyanın əsas məqsədi Rusiyanı sıxışdırıb bu ölkədən çıxarmaqdır. Missiyanın üzvlərinin sayının 138-dən 209-a çatdırılması da bu məqsədə xidmət edir. Hələ də səbr göstərən Rusiya isə müəyyən təzyiq vasitələrinə əl atmaqla asi düşmüş hayları əməllərində düzəliş etməyə vadar edir. Ancaq Fransa və digər ölkələr Ermənistana azacıq kömək və bol vədlərlə onu geri çəkilməmək üçün təlimatlandırırlar. Ermənistanla Avropa İttifaqı arasındakı “mülki missiya” ilə bağlı anlaşma prosesində Rusiya da hərəkətə keçdi, hətta Ermənistana bir neçə il əvvəl vəd edib göndərmədiyi “Smerç” raketləri göndərdi. Rusiya bununla güman etdi ki, Ermənistanı bir müddət də öz əlində saxlaya biləcək və Avropa İttifaqı ilə daha da irəli gedən anlaşmalardan çəkindirəcək. Axı, ermənilər ömür boyu şantaj yolu ilə qazanmağrı həyatlarının mənasına çeviriblər.
Həm də daha sərfəli şərtlərin müqabilində hər cür xəyanətə və satqınlığa gedən haylar öz ənənələrinə yenə də sadiq qaldılar. Rusiyanın “Smerç”lərinə yiyələndilər, Avropa İttifaqının qucağında otumağı məqbul saydılar. Təbii ki, rəsmi Moskva bu asiliyə qarşı daha sərt tədbirlər görməli olacaq. Hələlik Rusiya və Ermənistan arasındakı gərginliyin görünən tərəfi Yuxarı Larsın bağlanan qapılarıdır. Rusiya Ermənistanın üç nəfəsliyindən birini kəsməkdədir. Son məlumata görə, Rusiya sərhədində 500 yük maşını gömrük nəzarət məntəqəsində qalıb . Rusiya tərəfi bunun adını “hava şəraitinin pisləşməsi, dumanlı yollar” qoyub. Amma diqqət edəndə havanın deyil, münasibətlərin soyuduğu istiqamətdə getdiyini görmək elə də çətin deyil.  Xatırlatmaq yerinə düşər: Ermənistan parlamentindəki terror hadisəsi Azərbaycanla anlaşma gözlənildiyi ərəfədə törədildi. Hətta Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasına hesablanmış Sürix protokollarının ratifikasiya olunmaması da rəsmi İrəvanın olmayan siyasi iradəsinin məhsulu deyildi. Təsəvvür edin, Rusiya Ermənistanı təcrid vəziyyətindən çıxarmağa yönəlmiş bir layihəni pozdu. Lakin buna qarşı çıxmağa kimsənin cürəti çatmadı. Kreml anlayırdı ki, Ermənistanın Türkiyə ilə sərhədlərini açması, blokdan çıxması, özünə nəfəslik qazanması, Avropaya üz tutmasını sürətləndirə və vassalı əlindən çıxa bilər. Nəticədə Ermənistan rəhbərliyi özünün imzaladığı sənədi belə, parlamentdən keçirə bilmədi. Həmişəki kimi çətin məqamda aciz qaldı. Ermənistanın baş naziri Nikol Paşinyan yenə də yarıtmaz buyruq qulu statusunda qaldı. İndi "qazanlar qapalı qaynayır". Daşanda kimi yandıracağı hələlik bəlli deyil. Ancaq Ermənistanın ciddi zərər çəkəcəyi gün kimi aydındır. // ikisahil

27-01-2024, 10:00 180

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102