Azərbaycan gəncliyi hər sahədə dünya gəncliyinə nümunədir



2 Fevral - Gənclər Günüdür, 1997-ci ildən etibarən bu tarix ölkəmizdə gənclər siyasətinə verilmiş yüksək dəyərin təzahürü olaraq, təntənəli şəkildə qeyd edilir. Ulu Öndər Heydər Əliyevin imzaladığı müvafiq sərəncamla MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə ölkəmizdə gənclər üçün xüsusi bir gün təsis olunmuşdur. Gənclərə verilən önəmin bariz nümunəsi olaraq ölkəmiz bu sahədə də dünyanın bir çox ölkəsini qabaqlamışdır. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 Avqust - Beynəlxalq Gənclər Günü elan edildi.
Ulu Öndər Heydər Əliyev hələ ötən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı gənci keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə göndərir və orada müxtəlif ixtisaslar üzrə təhsil almalarına şərait yaradırdı. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə 1500-dən artıq azərbaycanlı gənc keçmiş ittifaqın aparıcı ali təhsil olcaqlarına göndərilməklə, onların bütün təminatlarının dövlət tərəfindən həyata keçirilməsinə nail olmuşdu. Ulu Öndər 1982-ci ildə Azərbaycanda rəhbərlikdən getdikdən sonra da azərbaycanlı gənclərin təhsilini ön planda saxlamışdı.
Heydər Əliyev 1993-cü ildə xalqın istək və arzusu ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrdə olduğu kimi, gənclər və idman sahəsində də mükəmməl dövlət siyasətinin əsasını qoydu. Sabitliyi təmin etməklə yanaşı, Ulu Öndər gənclərin yetişdirilməsinə xüsusi diqqət ayırırdı.
Gənclər siyasətinin həyata keçirilməsi istiqamətində sistemli işin aparılması məqsədilə ilk addım olaraq Heydər Əliyevin imzaladığı 26 iyul 1994-cü il tarixli fərmanla ölkəmizdə Gənclər və İdman Nazirliyi yaradıldı. Nazirliyin yaradılmasında əsas məqsəd qısa vaxtda gənclər siyasətinin əsas konturlarını müəyyənləşdirmək idi.
İkinci addım 1995-ci ildə Gənclər Təşkilatlarının Milli Şurasının yaradılması oldu. Bunun davamı kimi cəmiyyətin inkişafında və müxtəlif problemlərin  həllində gənclərin rolunu artırmaq, onların ölkənin gələcək inkişafında iştirakını və məsuliyyətini yüksəltmək məqsədilə Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürüldü və 2 fevral 1996-cı ildə gənclərin I Forumu keçirildi. Məhz 2 Fevral daha sonra Gənclər Günü olaraq xalqımızın tarixinə düşdü.


Üçüncü addım gənclər sahəsində dövlət siyasətinin uğurla həyata keçirilməsi məqsədilə bu sahənin zəruri qanunvericilik bazasının formalaşdırılması oldu.
Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün  uğurla davam etdirilir. Bu siyasətin sayəsində Azərbaycan idmanı və gənclər sektoru böyük tərəqqiyə nail olub. Azərbaycanda gənclər sahəsində tədbirlər kompleks şəkildə hazırlanır və həyata keçirilir. Bunun nəticəsində ölkədə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilmiş, gənclərin ictimai həyatda rolu önəmli dərəcədə artmışdır. Ölkəmizdə müntəzəm olaraq keçirilən böyük idman yarışları, idmançılarımızın beynəlxalq turnirlərdə əldə etdiyi çoxsaylı qələbələr bu sahədə əldə edilmiş tərəqqinin bariz təzahürləridir. Onu da qeyd etmək istərdim ki, 5 mart tarixi hər il Azərbaycanda bədən tərbiyəsi və idman günü kimi qeyd olunur. Bu faktın özü bir tərəfdən simvolik məna daşıyır, digər tərəfdən isə idman və bədən tərbiyəsinin Azərbaycanda həyat tərzi kimi qavranıldığını göstərir.
Azərbaycan gəncliyi ilə bağlı dövlət proqramları, gənclərin inkişaf strategiyası, eləcə də xaricdə təhsillə bağlı müxtəlif dövlət proqramları qəbul edilərək, uğurla icra edilir. Bu sırada "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı", habelə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı"nı qeyd etmək olar. Bu proqramlar nəticəsində minlərlə Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində dövlət hesabına təhsil alır, savadlı kadr kimi yetişirlər. Təhsildən sonra isə gənc kadrlar müvafiq işlərə qəbul olunur və "Yüksəliş" kimi müsabiqələr nəticəsində vəzifələrə təyinat alırlar.
Hazırda "2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası"nda qarşıya qoyulmuş vəzifələr uğurla icra olunur.  Bütün bunların nəticəsində ölkəmizdə gənclərlə iş sahəsində ciddi keyfiyyət dəyişiklikləri əldə edilib, onların ictimai həyatda rolu önəmli dərəcədə artıb. 
"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" da hazırda uğurla icra edilir. Hər il 10 nəfər gəncə fərdi təqaüd verilir. Gənclərin ictimai həyatda iştirakını təmin etmək məqsədilə gənclər mərkəzləri, gənclər evləri, olimpiya idman mərkəzləri fəaliyyət göstərir.
Gənclərimizin son illərdə idman sahəsində və beynəlxalq yarışlarda qazandığı uğurlar da göz qarşısındadır. Bu uğurların təməli də dövlətin gənclər siyasəti ilə bağlıdır.
Təhsil siyasətinin əsas hədəflərindən biri gənc nəsillərin savadlı və vətənpərvər ruhda yetişməsidir. Neft kapitalının insan kapitalına çevrilməsi siyasəti buna nümunədir. Sadə dildə desək, Azərbaycanın enerji resurslarından əldə edilən qazancın önəmli hissəsi təhsilin keyfiyyətinin yüksəlməsinə yönəldilir. Dövlət büdcəsində təhsil xərcləri ildən-ilə artırılır.
Məlumdur ki, təhsilin əsası orta məktəblərdə qoyulur. Yüksək təhsil üçün məktəblər müasir tələblərə cavab verməlidir. Azərbaycanda təhsilin keyfiyyətinin yaxşılaşdırılması və beynəlxalq standartlara uyğunlaşdırılması üçün dövlət tərəfindən maliyyələşdirilən müxtəlif layihələr həyata keçirilir. Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə fond tərəfindən 2005-ci ildən etibarən həyata keçirilən "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi xüsusi əhəmiyyətə malikdir. Layihə çərçivəsində ölkə miqyasında çoxsaylı yeni məktəblər inşa edilərək və ya əsaslı şəkildə təmir edilərək məktəblilərin istifadəsinə verilib və bu iş hal-hazırda da davam etdirilir.
Gənclər də dövlətin onlar üçün yaratdığı imkanlardan səmərəli istifadə edirlər. Azərbaycan gəncliyi istər Vətən müharibəsində, istərsə də ondan sonrakı dövrdə üzərinə düşən tarixi vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Vətən müharibəsinin əsas hərəkətverici qüvvəsi gənclər olmuşdu. Vətən müharibəsindəki qələbəmiz həm də gənclərlə bağlı aparılan uğurlu siyasətin nəticəsi idi.
Ermənistandan fərqli olaraq Azərbaycan Ordusu bütün müharibə dövründə müharibə qanunlarına əməl edərək özünü ləyaqətlə apardı. Eləcə də, 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı yalnız hərbi təyinatlı obyektlərin hədəfə alınması, mülki əhaliyə zərər vurulmaması Azərbaycan hərbçisinin yüksək intellekti və peşəkarlığı ilə bərabər, nəcib tərbiyəsindən də xəbər verirdi. Azərbaycan başqa cür davrana bilməzdi, çünki bu, ümumiyyətlə, Azərbaycan xalqının xarakterinə ziddir.
Yüksəktəhsilli gənc nəslin yetişməsi Azərbaycan həqiqətlərinin, o cümlədən Qarabağ müharibəsi ilə bağlı mövqeyimizin dünyaya çatdırılması, habelə ölkəmizin beynəlxalq səviyyədə yumşaq gücünün formalaşması üçün zəruridir. Savadlı gənclərimiz Azərbaycan həqiqətlərinin, torpaqlarımızın azad edilməsi və suverenliyimizin bərpası ilə bağlı mövqeyimizin dünyaya çatdırılmasında da  əhəmiyyətli rol oynayırlar.
 1ee80eb9636f5826ac340b5a4f65e2be.jpg (55 KB)
Adil Əliyev, Milli Məclisin sədr müavini, parlamentin Gənclər və İdman Komitəsinin sədri,

2-02-2024, 10:41 99

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903