Kartofun qonur çürüməsi - aqrotexniki qaydalar


Kartofun qonur çürüməsi (Ralstonia solanacearum sensu lato) tropik, subtropik və mülayim iqlim qurşaqlarının hakim olduğu bölgələrdə geniş yayılıb. Xüsusilə 1980-1990-cı illərdə Şimali Avropada, kartof bitkisinin istehsalını artırmaq üçün suvarmanın normadan artıq tətbiqi, xəstəliyin suvarma yolu ilə daha çox yayılmasına səbəb oldu.

Sumqayit.tv bununla bağlı məlumatları və aqrotexniki qaydaları diqqətinizə çatdırır:

Kartofun qonur çürüməsi 1975-ci ildən Bitki Karantini və Mühafizəsi üzrə Avropa və Aralıq Dənizi Təşkilatının (EPPO) A2 siyahısına daxil edilib. Eyni zamanda Beynəlxalq Bitki Mühafizəsi Konvensiyası üçün də karantin əhəmiyyət kəsb edir.
Bu xəstəliyin rast gəlindiyi ölkələrdə əsaslı məhsul itkisi qeydə alınıb. Bugünədək ən böyük iqtisadi zərər Cənub-Şərqi Amerikada, İndoneziyada, Braziliyada, Kolumbiyada və Cənubi Afrikada kartof, pomidor bitkilərində müşahidə olunub. Yunanıstanda 1951-1953-cü illərdə kartof əkinlərində ciddi məhsul itkisi baş verib. Venesuelada 1992-1996-cı illərdə xəstəlik səbəbi ilə məhsul itkisi 37%-ə çatıb. Xəstəliyin sirayətlənməsi əsasən 5-75% arasında dəyişir.
Beynəlxalq ticarətdə sirayətlənmiş kartof yumrularının və digər vegetativ çoxaltma üçün istifadə olunan əkin materiallarının daşınması əsas yayılma yolu hesab edilir. Patogenlə sirayətlənmiş belə sularla sulama aparılarkən bakteriya əsas sahib bitkilərə yayılır.
Bakteriya əksər bitkiləri yoluxdurma qabiliyyətinə malikdir. 200-dən çox bitki növü, xüsusilə tropik və subtropik bitkilər patogenin raslarından birinə və ya başqalarına həssaslıq göstərirlər. Lakin dünyada iqtisadi əhəmiyyət kəsb edən əsas sahib bitkilər kartof, pomidor, banan, tütündür. Eyni zamanda xəstəliyin rast gəlindiyi bitkilərə badımcan, bibəri, pambıq, araxis, maniok, gənəgərçəyi, zəncəfil və s. misal göstərmək olar. Yüksək temperatur və rütubətlilik xəstəliyin daha da inkişafına səbəb olur. Bakteriyalar suvarma suyu, yoluxmuş  şitillər və istifadə edilən avadanlıq və maşınlardakı qalıqlar vasitəsilə yayılır. Xəstəliyin törədicisi, eyni zamanda, gövdədəki və köklərdəki zədələnmiş hissələrdən, eləcədə stolonlardan bitkiyə daxil olaraq sirayətləndirir. Bunun üçün bitkilərin zədələnməsinin qarşısı alınmalıdır. Kartof bitkisini kökləri vasitəsilə yoluxdurur.
Xəstəliyə qarşı təsirli kimyəvi mübarizə metodu yoxdur. Torpağa tətbiq edilən fumiqantların da təsiri çox aşağıdır və ya heç yoxdur. Ona görə fitosanitar, aqrotexniki tələblərə ciddi şəkildə əməl etmək lazımdır.
  • İdxal-ixrac prosesləri zamanı karantin tədbirlərinə ciddi qaydada əməl edilməlidir;
  • Xəstəliyin müşahidə edildiyi sahədə torpaqdakı inolkulyumu yox etmək üçün 5-7 il müddətində növbəli əkinə əməl edilməlidir. Kartofun qarğıdalı və ya lobya ilə rotasiya edilməsi daha məqsədəuyğundur. Torpağa verilən üzvi mənşəli gübrələr torpaqdakı bioaktivliyi artırmaqla inokulyumun azalmasına səbəb olur;
  • Suvarma kanallarının ətrafında quşüzümü kimi alaq otları və öz-özünə yetişən kartoflar çıxarılaraq sahədən uzaqlaşdırılmalıdır;
  • Əkin zamanı yalnız sertifikatlı, xəstəliyə qarşı davamlı sortlardan və sağlam yumrulardan istifadə edilməlidir. Kəsilmiş yumrulardan qəti istifadə etmək olmaz. Kəsilmiş yumruların toxumluq kimi istifadə edilməsi xəstəliyi 2,5 dəfə artırmaqla 40% məhsul itkisinə səbəb olur;
  • Bitki köklərində yara əmələ gətirən nematodlarla patogen arasında sinergizm mövcud olduğu üçün nematodlara qarşı kimyəvi mübarizə aparılmalıdır.

13-10-2021, 14:24 344

Digər xəbərlər

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

Yağışdan sonra Sumqayıtın bəzi küçələri gölməçəyə çevrilib - VİDEO

Paşinyan: “Sumqayıta dönüş məsələsi gündəmdə olmayacaq”

Uşaqlara sosial şəbəkə QADAĞASI gəlir – Mask hamını SİLKƏLƏDİ

Ferda Amin Sumqayıtda “Komedium” şousu ilə çıxış edəcək

Sumqayıt nümayəndə heyəti Çində keçirilən beynəlxalq konfransda iştirak edib - FOTO

Sumqayıtda məktəbin hasarı aşıb – güclü yağış fəsad törətdi - VİDEO

Müstəqillik Günü ilə bağlı deputatdan diqqətçəkən açıqlamalar

Sumqayıtda da filialı olan klinikanın rəhbərləri ilə bağlı məhkəmə işi gündəmdə

Sumqayıt Sənaye Parkına 16 milyon manatlıq yeni investisiya

Milli Məclisdə Sumqayıtla bağlı hakim təyinatı məsələsinə baxılır

“Sumqayıt” Saşa İliçlə yollarını ayırıb

Saakaşvilinin SON GÖRÜNTÜSÜ - Elə bir FOTO paylaşdı ki...

Sumqayıt da daxil olmaqla 3 şəhərdə əməliyyat: 40 kiloqram narkotik aşkarlanıb - VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1058
Dünən, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
25-05-2026, 19:40
25-05-2026, 19:32
25-05-2026, 19:26
25-05-2026, 19:23
25-05-2026, 19:18
25-05-2026, 19:10
25-05-2026, 19:06
25-05-2026, 19:03
25-05-2026, 16:59
25-05-2026, 14:54
25-05-2026, 14:17
25-05-2026, 13:25
25-05-2026, 13:22
1 2 3 4 5 6 7 8 9 10 ... 1058