Sumqayıtlı məktəbli beynəlxalq uğurları ilə seçilir

 
Sumqayıt şəhər 23 nömrəli tam orta məktəbin şagirdi Nəsir Bəşirov elm və texnologiya sahəsində əldə etdiyi nailiyyətlərlə diqqət çəkir.

Sumqayit.tv xəbər verir ki, Nəsir Bəşirov uğur yoluna hələ 6-cı sinifdə başlayıb. O, həmin il informatika fənni üzrə Respublika Fənn Müsabiqəsində bürünc medal qazanıb. Bir il sonra isə fizika fənni üzrə qızıl medala layiq görülüb.

Nəsir 8-ci sinifdən etibarən Respublika Fənn Olimpiadalarında iştirak edərək ardıcıl dörd il yüksək nəticələr göstərib. O, 8-ci sinifdə gümüş, 9-cu sinifdə qızıl, 10-cu sinifdə gümüş, 11-ci sinifdə isə yenidən qızıl medal qazanıb.

İstedadlı məktəbli proqramlaşdırma sahəsində də mühüm uğurlara imza atıb. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin təşəbbüsü ilə keçirilən “İddia Cup” proqramlaşdırma müsabiqəsində gümüş medal qazanan Nəsir beynəlxalq yarışlarda da ölkəmizi uğurla təmsil edib.

Belə ki, o, “Info 1 Cup” beynəlxalq proqramlaşdırma müsabiqəsində bürünc medal əldə edib, Avropa Gənclər İnformatika Olimpiadasında (EJOI) isə həvəsləndirici sertifikata layiq görülüb.

Qazandığı yüksək nailiyyətlər nəticəsində Nəsir Bəşirov ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul hüququ əldə edib. O, gələcək təhsilini ADA Universitetinin “Kompüter elmləri” ixtisası üzrə davam etdirməyi planlaşdırır.

Nəsir Bəşirovun uğurları Sumqayıt məktəblilərinin elm, texnologiya və innovasiya sahələrində əldə etdiyi nailiyyətlərin növbəti nümunəsi kimi qiymətləndirilir.


Bu gün, 14:08 38
Bu gün, 14:08
Bu gün, 13:20
Bu gün, 13:08
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1060