
Sumqayıt Dövlət Universitetində yeni kadr təyinatı həyata keçirilib.
Sumqayit.tv xəbər verir ki, universitetin rektoru Nurəli Yusifbəylinin imzaladığı əmrə əsasən, Cəfər Xanış oğlu Əsədov rektorun maliyyə və təsərrüfat məsələləri üzrə müşaviri vəzifəsinə təyin olunub.
Yeni təyinatla əlaqədar iyunun 3-də keçirilən görüşdə rektor Nurəli Yusifbəyli Cəfər Əsədovu universitet kollektivinə təqdim edib.
Qeyd edək ki, Cəfər Əsədov uzun illər bank sektorunda fəaliyyət göstərib. O, 2001-ci ildən 2026-cı ilin aprel ayınadək ABB ASC-də filial müdirinin müavini və filial müdiri vəzifələrində çalışıb.
Cəfər Əsədovun yeni vəzifədə universitetin maliyyə və təsərrüfat fəaliyyətinin inkişafına töhfə verəcəyi gözlənilir.

Bu gün, 13:08
6