Qum-çınqıl karxanalarında nöqsanlar aşkarlanıb


“Bərpası mümkün olmayan faydalı qazıntı materiallarının hasilatı gələcəkdə su ehtiyatlarının tükənməsinə, çirklənməsinə və ekoloji tarazlığın pozulmasına səbəb ola bilər”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin Geoloji Ekspertiza və Reyestr şöbəsinin aparıcı mütəxəssisi geoloq Sadiq Əmiraslanov bildirib. 
Onun sözlərinə görə, İmişli rayonunda yerləşən Bəhrəmtəpə-1, Bəhrəmtəpə-2 və İmişli qum-çınqıl yataqları ərazilərində monitorinq aparılıb:
“Məlum olub ki, yerin təkindən istismar qaydalarına riayət olunmaması nəticəsində Araz çayının müasir məcrasının dəyişib, yaxınlıqda yerləşən yaşayış məntəqələrində yeraltı suların səviyyəsi aşağı düşüb, minerallaşma dərəcəsi isə dəyişib.
Karxanaların fəaliyyəti nəticəsində Araz çayının yeni məcrasında çayın sağ və sol kənarlarında “oyuq”lar əmələ gəlib, çayın müasir məcrasından kənarda isə göllər və axmazlar yaranıb”.
O qeyd edib ki, açıq səthə malik olan yeraltı sulardan buxarlanma baş verdiyinə görə həmin sular yüksək minerallaşma dərəcəsinə malikdir:
“Bəhrəmtəpə-2 qum-çınqıl yatağının 50 faiz ərazisində karxana fəaliyyəti nəticəsində dərinliyi 22 m-ə qədər olan göllər əmələ gəlib.
Həmçinin göllərdə su səviyyəsinin aşağı düşməsi ilə qum-çınqıl yatağının ətrafındakı ərazilərdə qrunt sularının səviyyəsinin aşağı düşməsi və kimyəvi tərkibində neqativ dəyişiklik baş verib. Araz çayının müasir və qədim məcrası ərazilərində karxana fəaliyyəti zamanı əmələ gəlmiş çuxurlar, gölməçə və göllərin uyğun litoloji tərkibə malik materiallarla rekultivasiya olunması məqsədəuyğun hesab edilir”.
Qeyd edək ki, sözügedən ərazidə hələ 2020-ci ildə işində nöqsanlar aşkar olunan karxanaların fəaliyyəti dayandırılıb. 2021-ci ildə isə istismara icazə şərtlərini pozan karxanaların dağ-mədən aktları ləğv olunub və hasilat işləri qadağan edilib. 

Bizimlə əlaqə saxlayın


17-03-2022, 12:29 233

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041